Название | KAPİTAL. Siyasi iqtisadın tənqidi |
---|---|
Автор произведения | Карл Генрих Маркс |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8245-3-8 |
«Dəyər» (mübadilə dəyəri) «şeylərin xassəsidir, sərvət» (istehlak dəyəri) «insanın xassəsidir. Bu mənada dəyər hökmən mübadilənin olmasını tələb edir, sərvət isə–yox»). «Sərvət» (istehlak dəyəri) «insanın atributudur, dəyər – əmtəənin atributudur. İnsan və ya cəmiyyət sərvətli olur; inci və ya almaz qiymətli olur… İnci və ya almaz bir inci və ya almaz olaraq dəyərə malik olur»).
İndiyədək hələ heç bir kimyaçı incidə və almazda mübadilə dəyəri kəşf etməmişdir. Lakin dərindən tənqidi düşündüklərini iddia edən və bu «kimyəvi» maddəni ixtira edən iqtisadçılar hesab edirlər ki, dəyər şeylərin özünə məxsusdur, onların istehlak dəyəri isə onların maddi xassələrindən asılı deyildir. Həmin iqtisadçıların bu əqidəsini belə qəribə bir cəhət möhkəmləndirir ki, şeylərin istehlak dəyəri insanlar üçün mübadiləsiz, yəni şeylə insan arasındakı bilavasitə münasibətdə reallaşır, halbuki dəyər ancaq mübadilədə, yəni müəyyən ictimai prosesdə reallaşa bilər. Burada sadədil Doqberini necə də xatırlamayasan ki, o, gecə gözətçisi Sikola37 belə şeylər öyrədir: «gözəllik şəraitin verdiyi nemətdir, oxuyub yazmaq məharətini isə təbiət verir».
İKİNCİ FƏSİL
MÜBADİLƏ PROSESİ
Əmtəələr özləri bazara gedib bir-biri ilə mübadilə oluna bilməz. Deməli, biz onları saxlayanlara, əmtəə sahiblərinə müraciət etməliyik. Əmtəələr şeydir və buna görə də insan qarşısında acizdir. Əmtəələr öz xoşu ilə getmirsə, insan onlara zor işlədə bilər, yəni onları götürüb apara bilər38. Müəyyən şeylər arasındakı münasibətlərin əmtəə münasibətləri ola bilməsi üçün əmtəə sahibləri arasındakı münasibətlər gərək elə şəxslərin münasibətlərindən ibarət olsun ki, onların bu şeylərə iradəsi çatsın: beləliklə, bir əmtəə sahibi yalnız digərinin iradəsi üzrə, deməli, onlardan hər biri yalnız onların hər ikisi üçün ümumi olan iradə tədbiri vasitəsi ilə öz əmtəəsini özgəsinə verib özgə əmtəəsinə yiyələnə bilər. Deməli, onlar bir-birini xüsusi mülkiyyətçi kimi tanımalıdırlar. Bu yuridik münasibət, – bunun da forması müqavilədir, həm də bu müqavilənin qanunla təsbit edilib-edilməməsinin fərqi yoxdur, – iradə münasibətidir, bunda da iqtisadi münasibət əks olunur. Bu yuridik münasibətin və ya iradə münasibətinin məzmununu iqtisadi münasibət özü verir39. Burada şəxslər bir-biri üçün ancaq əmtəələrin nümayəndələri kimi, yəni əmtəə sahibləri kimi mövcuddurlar. Tədqiqat gedişində biz ümumiyyətlə görəcəyik ki, şəxslərin xarakterik iqtisadi maskaları ancaq iqtisadi münasibətlərin təcəssümüdür və bu şəxslər həmin münasibətlərin təmsilçiləri kimi bir birinə qarşı dururlar.
Əmtəə sahibini öz əmtəəsindən fərqləndirən məhz odur ki, əmtəə üçün hər bir başqa əmtəə cismi ancaq onun öz dəyərinin təzahür formasıdır. Anadangəlmə bərabərləşdirici və həyasız olan əmtəə nəinki öz canını, hətta öz cismini də hər bir başqa əmtəə ilə, hətta simaca Maritornesdən də eybəcər bir əmtəə ilə mübadilə etməyə həmişə hazırdır. Əmtəənin başqa əmtəə cisimlərindəki konkret xassələri qavramaq qabiliyyəti olmamasını əmtəə sahibi öz beş və daha artıq hissi ilə tamamlayır. Onun əmtəəsi onun özü üçün bilavasitə istehlak dəyərinə malik deyildir. Yoxsa o həmin əmtəəni bazara çıxarmazdı. Bu əmtəə başqaları üçün istehlak dəyərinə malikdir. Öz sahibi üçün əmtəənin bütün bilavasitə istehlak dəyəri ancaq ondan ibarətdir ki, bu əmtəə mübadilə dəyəri daşıyıcısıdır və, deməli, mübadilə vasitəsidir40. Buna görə də əmtəə sahibi öz əmtəəsini mübadilə yolu ilə elə başqa əmtəələrə dəyişmək istəyir ki, onların istehlak dəyərinə ehtiyacı olsun. Bütün əmtəələr öz sahibləri üçün istehlak dəyəri deyildir və öz sahibi olmayanlar üçün istehlak dəyəridir. Deməli, bunlar daim əldən-ələ keçməlidir. Lakin əmtəələrin belə əldən-ələ keçməsi bunların mübadiləsidir, mübadilədə isə onların bir-birinə münasibəti dəyərlərin münasibəti kimidir və onlar bir dəyər olaraq reallaşır. Deməli, əmtəələr istehlak dəyəri kimi reallaşmaq imkanı almazdan əvvəl dəyər kimi reallaşmalıdır.
Digər tərəfdən, əmtəələr dəyər kimi reallaşa bilməzdən əvvəl onlar özlərinin istehlak dəyəri olduğunu sübut etməlidir, çünki onlara sərf olunan əmək ancaq başqaları üçün faydalı formada sərf edildikdə nəzərə alınır. Lakin bu əməyin başqaları üçün həqiqətən faydalı olub-olmadığını, bu əməyin verdiyi məhsulun hər hansı bir özgə tələbatını ödəyib-ödəmədiyini ancaq mübadilə sübut edə bilər.
Hər bir əmtəə sahibi öz əmtəəsini ancaq elə əmtəələrə mübadilə etmək istəyir ki, bunların istehlak dəyəri onun tələbatını ödəsin. Bu cəhətdən mübadilə onun üçün xalis fərdi bir prosesdir. Digər tərəfdən, o öz əmtəəsini dəyər kimi reallaşdırmaq, yəni öz əmtəəsini eyni dəyərə malik başqa əmtəə ilə dəyişdirmək istəyir, həm də onun üçün fərqi yoxdur ki, öz əmtəəsi başqa əmtəələrin sahibləri üçün istehlak dəyərinə malikdir, ya yox. Bu cəhətdən mübadilə onun üçün ümumi bir ictimai prosesdir. Lakin eyni bir proses eyni zamanda bütün əmtəə sahibləri üçün yalnız fərdi və yalnız ümumi bir ictimai proses ola bilməz.
Məsələyə bir qədər diqqətlə baxdıqda görərik ki, hər bir əmtəə sahibi üçün hər bir özgə əmtəəsi onun əmtəəsinin xüsusi ekvivalenti rolunu oynayır, buna görə də onun öz əmtəəsi bütün başqa əmtəələrin ümumi ekvivalenti rolunu oynayır. Lakin bu cəhətdən bütün əmtəə sahibləri eyni vəziyyətdə olduqlarından, heç bir əmtəə ümumi ekvivalent deyildir, buna görə əmtəələr bir-biri ilə dəyər kimi eyniləşdiriləcəyi və bir-biri ilə dəyər kəmiyyətləri kimi müqayisə ediləcəyi ümumi nisbi dəyər formasına da malik deyildirlər. Beləliklə, əmtəələr bir-birinin qarşısına ümumiyyətlə əmtəə kimi deyil, ancaq məhsul kimi, yaxud istehlak dəyəri kimi çıxırlar.
Bizim əmtəə sahibləri bu çətin vəziyyətdə Faust kimi düşünürlər: «Əvvəl iş idi». Həm də onlar hələ düşünməyə başlamazdan qabaq iş görürdülər. Əmtəə təbiətinin qanunları əmtəə sahiblərinin təbii instinktində təzahür edir. Onlar öz əmtəələrini bir-birinə dəyər kimi, deməli, əmtəə kimi ancaq o halda bərabərləşdirə bilərlər ki, bunları müəyyən bir başqa əmtəə ilə müqayisə etsinlər, bunları həmin əmtəəyə ümumi ekvivalent kimi qarşı qoysunlar. Bunu əmtəənin təhlili göstərdi. Lakin ancaq ictimai hərəkət müəyyən əmtəəni ümumi ekvivalentə çevirə bilər. Buna görə də bütün başqa əmtəələrin ictimai hərəkəti müəyyən bir əmtəəni ayırır, bütün əmtəələr isə öz dəyərini
37
“Observations”un müəllifi və S. Beyli Rikardsonu bunda ittiham edirlər ki, o, mübadilə dəyərinnn nisbi xarakterini görməmiş və onu mütləq bir şeyə çevirmişdir. Əslində isə əksinədir: bu şeylərin, məsələn almaz və incinin bir mübadilə dəyəri kimi malik olduqları zahiri nisbiliyi o həmin şeylərin zahiri görünüşü arxasında gizlənən həqiqi münasibətə, insan əməyinin bəsit ifadələri olmaq etibarı ilə onların nisbiliyinə müncər etmişdir. Rikardoçular Beyliyə inandırıcı şəkildə deyil, kobud bir şəkildə cavab vermişlərsə, bu ancaq ona görədir ki, onlar dəyərlə dəyər forması, yaxud mübadilə dəyəri arasında daxili əlaqə haqqında Rikardsonun özündə bir şey tapa bilməmişdilər.
38
Öz möminliyi ilə şöhrət tapmış XII əsrdə əmtəələr arasında çox qəribə şeylərə təsadüf edilirdi. Məsələn, o zamankı fransız şairlərindən biri Landi yarmarkasında olan əmtəələr arasında çit, çəkmə, gön, kənd təsərrüfatı alətləri, dəri və sairə ilə yanaşı olaraq “
39
Prudon öz əbədi ədalət,
40
„Çünki hər bir nemət iki cür istehlak olunur. Birincisi özlüyündə şeyə məxsusdur, ikincisi isə – yox; məsələn, səndəl ayağa da geyilə bilər, mübadilə də oluna bilər. Bunların hər ikisi səndəlin istehlak dəyəridir, çünki hətta səndəli ehtiyac hiss etdiyi bir şeyə, məsələn, yeyinti şeyinə mübadilə edən bir şəxs də səndəldən bir səndəl kimi istifadə edir. Lakin bu, səndəlin istehlak olunmasının təbii üsulu deyildir. Çünki səndəl mübadilə üçün mövcud deyildir“ (