Həbsxana . Qənimət Əlisaoğlu

Читать онлайн.
Название Həbsxana
Автор произведения Qənimət Əlisaoğlu
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8278-5-9

Скачать книгу

tərəfdarına, əsl sadistə çevirir. Əlində iynə öz qoluna, yaxud «bratan»ın qoluna, sinəsinə, kürəyimə, ayağına və yumşaq yerinə «nakolka»44 vuran məhbus başqasına verdiyi bu əzabdan zövq alır. Əzab çəkən özü də, heç olmasa, iynələndiyi müddət ərzində xarici aləmdən ayrıldığına görə bu fiziki əzabdan iynələnərək ləzzət alır. Çoxları çöldə törətdiyi cinayət və qəbahətin əvəzini bu yolla özündən, öz bədənindən çıxarır (cismani cəza mənəvi cəzadan öncə yaranıb). İynələrin yerindən çıxan qan onlarda və digər kamera yoldaşlarında ikrah hissi doğurmur, əksinə, onları insan qanına hərisliyə çağırır. Bu iblis çağırışı, bu iblis səsi çoxlarının beyninə əbədi həkk olunur. Dünən xırda bir səhvə görə bura düşən məsum bir gənc bu gün qan axıtmaqdan ləzzət alır, dili ilə bu qanı yalayır, onun qoxusundan, dadından nəşələnir. Kamerada nə qədər kəsif qoxu olursa olsun, bu bir iynə deşiyindən çıxan qanın iyi hökmən hiss olunur, məhbusa qəribə bir həlimlik gətirir. Və onda heç təəccüblənmirsən ki, nə səbəbə köpək balığı qan iyini neçə kilometr uzaqdan hiss edə bilir!

Prokuror, müstəntiq, hətta, büt kimi təmiz olsa belə, sən ona da qan hərisi, qana susamış iblis kimi baxırsan.

Bunları duyduqca da köpəkləşdiyini, yırtıcılaşdığını hiss edirsən. Bu qan iyi səni daha çox qana, qan təşnəsinə, qan ümmanına səsləyir…

Kimin sifətinə baxırsan, qan izi görürsən.

Kimin gözlərinə baxırsan, qan axtarırsan.

İnsanı ətsiz, sümüksüz bir test qan kimi görürsən…

Və üzmək istəyirsən bu nəhayətsiz qan leşkərində…

Budur istintaq izolyatorunun məhbusa bəxş etdiyi mənəviyyat.

Budur «nazor» biganəliyinin, rəis karlığının, «oper» korluğunun nəticəsi.

Budur «cəmiyyətdən müvəqqəti təcrid etmə»nin nailiyyətləri.

Sabah baş kəsib, qəssab kimi insan şaqqalayacaq sadisti bu gün özümüz formalaşdırırıq.

Əhsən belə cəmiyyətə!

Əhsən belə qanuna, belə hakimiyyətə!…

Kameraya verilən çörəyə çörək deməyə adamın dili gəlmir, «burjuy»lar adi «zek»lərdən fərqlənərək ağ çörək alıb yeyə bilirlər ki, bu da digər məhbuslarda onlara qarşı nifrət hissi doğurur. Burası da var ki, qəbul olunmuş qaydaya görə, hər «daçka»45 alanda (yəni evdən yemək gələndə) «burjuy» ас kameralara «qrev» göndərməlidir. «Qrev» maddi yardımdır və bu termin, Rusiya türmələrində «podoqrev»46 kimi qəbul olunub. Onun az-çoxluğunun elə bir təfavütü yoxdur. Təki olsun. Özlüyündə bu iş xeyirxahlığa oxşasa da, əslində rüşvətdir. Çünki «qrev» almayan «stroqaç» başını «kormuşka»dan çıxarıb qışqıracaq:

– «Burjuy»i, müsulmani, acgöz haramzadalar, «krısa»lar!

«Burjuy» da bu təhqiri eşitməmək üçün rüşvət verməyi üstün tutur.

Hər «nazor» növbəyə gələndə qoynunda-qoltuğunda bir, ya iki çörək, bir neçə qutu çay gətirir. Fotoqraf və əl izi götürən də beləcə gətirdiklərini birə beş qiymətə «burjuy»lara xidmət eləyirlər.

1985-ci ildə 1-ci korpusun ikinci mərtəbəsində 38, 39, 45 «burjuy», 41 və 44 isə «yarım burjuy» kameraları idi, 1985-ci ilin sonuna yaxın 45 və 41 №-li kameralar rəqabətə dözə bilməyib markalarını əldən verdilər.

Əsasən 38-ci, 39-cu və 41-ci kameralar ağ çörəklə təmin olunur, Hind çayı, «Rus arağı» içir, «kormuşka» larını, hətta, bəzən qapılarını neçə saat açıq saxlayırdılar. Daxili qaydalar buna icazə vermir – pul isə qaydaları istənilən məcraya yönəldə bilir.

44-cü kamera «stroqaç»ların47 idi. «Stroqaç» – ağır cinayət üstündə ikinci və üçüncü dəfə tutulanlara deyirlər. Müvəqqəti saxlama kameralarına hərdən «tranzit»lər, yəni Bayılda bir neçə gün saxlanılıb sonra başqa türməyə, başqa respublikaya göndərilənlər də düşürdülər.

«Osobıy»lar48 da birinci korpusda hərdən müvəqqəti «qonaq» saxlanılır. «Polosatıy»49 məhbusun əynində, doğrudan da, eninə zolaq-zolaq xətli paltar, «teleqreyka»50 olur.

İlk tutulanlarla «stroqaç»ların və «polosatıy»ların əsl fərqini başa düşmək üçün onların gözlərinə baxmaq kifayətdir; təzə hələ utancaqdır, gözlərində ümid işığı, qorxu hissi var.

«Stroqaç» buranı öz evi bilir; ona nə türmə qapılarının qalınlığı təsir edir, nə də «nazor»un yekəbaşlığı. Əslində «nazor» özü onlardan ehtiyat edir, çəkmir.

«Polosatıy» üçün nə Bayıl türməsi var, nə qaranlıq, nə də işıq. Onun üçün amnistiya da boş sözdür, koloniya da. Başını dik tutub şax yeriyir, heç kimin üzünə baxmağı özünə rəva bilmir. Daxilən tükənmiş adamdır, zahirən məğrur, əyilməz. Ümumiyyətlə, cəmiyyət tərəfindən sayılmayanlar ədalı olur. Onları xüsusi kameralarda – «smertnik»51, ya da «vışak»52 kamerasında saxlayırlar. Bu korpusda sakitlik hakimdir – milçək uçsa səsi eşidilər. Ağzıboş «nazor»ların verdikləri məlumata görə, «vışak»ları elə burada, Bayıl türməsinin zirzəmisində xüsusi təchiz olunmuş kamerada güllələyirlər (əgər, onlar «tranzit» deyilsə).

Bu əməliyyatı, adı bizə məlum olan iki starşina yerinə yetirir. Əməliyyat belə aparılır: gecə təqribən saat 11-dən sonra bütün «kormuşka»lar bağlanır. Bu prosesi nə qədər gizli aparmağa çalışsalar da, hökmən hiss olunur. Həmin gün adı məlum iki starşina adi vaxtlardan fərqli olaraq gecə öz iş yerlərində görünürlər ki, bu da əməliyyatı məhz onların aparmaqlarına maddi sübutdur. «Vışak» əvvəlcə həkim müayinəsindən keçir.

Ölümün astanasında olduğunu başa düşən «vışak»lar özlərini müxtəlif cür aparırlar. Qorxusundan kameradan çıxmaq istəməyib ürəyi partlayanlar da olur, zirzəmidəki xüsusi kameraya aparılanda şəstlə addımlayanlar da, özünü batıranlar da… «Vışak» heç vaxt güllələnməyə aparıldığını dəqiq bilmir. Adətən, «müstəntiq gəlib» bəhanəsi ilə aparılır. Ancaq o da uşaq deyil ki, yağlı dilə tutasan.

Xüsusi kameraya salınan «vışak» tərtibatlar arasında tərpənmək imkanından məhrum edilir və elə vəziyyətdə yerləşdirilir ki, dəmir qapının xüsusi deşiyindən onun təkcə allahlığı görünür. Mümkün altı sərbəstlik dərəcəsindən məhrum edilmiş «vışak» anbaan öz ölümünü gözləyir. Silah (avtomat) qabaqcadan sazlanır, ölüm hazır vəziyyətdə «vışak»ın başının üstündən asılır. Ölümün labüdlüyünü yüz faiz başa düşən «vışak», qapı üzünə örtüləndən sonra sosialist qanunçuluğunun ona bəxş etdiyi bu bir neçə saniyədə nə düşünür görəsən?

Üzünə ölüm

44

1) Döymə, tatu 2) Yerini xəbər vermə (rusca).

45

«Peredaça» sözündən – sovqat mənasında (rusca).

46

Hərfi mənası qızışdırma (rusca).

47

Stroqiy – ciddi (rusca) sözündən.

48

Xüsusi (rusca) sözündən.

49

Zolaqlı (rusca).

50

Xüsusi qalın paltar növü (bədəni isidən mənasında – rusca).

51

Ölümlü (rusca).

52

Güllələmə cəzası almışlara deyilir (vısşiy sözündən – rusca).