Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Читать онлайн.
Название Azərbaycan şairi Nizami
Автор произведения Мамед Эмин Расулзаде
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8452-1-4

Скачать книгу

href="#n58" type="note">58 Sadə, şairlər deyil, nəsillərini «Kəyanilər»ə bağlayan Şirvanşahların saray və ailələrinə belə türkcənin girdiyini görürük. Xaqani bir mərsiyəsində Alçiçək adındakı Şirvan prinsesinə ağlamışdır. Qızına türkcə ad taxan bir hökmdarın sarayında türkcə danışılmadığı düşünüləməz!

Gəncə böyüklüyü ilə mütənasib bir sərvətə də malik imiş. 1221-ci ildə gəncəlilər verdikləri altınlar bahasına şəhəri moğol talanından qurtarmışlar.59

Gəncə gözəl sənət əsərləri ilə də tanılırmış. İndiki halda Gürcüstanın Kutais vilayəti Gelati monastırında bulunan, yüksək bir sənət əsəri olan Dəmir qapı XII yüzilin ilk yarısında gürcü kralı Dimitri tərəfindən zəlzələdən xarab olan Gəncədən çalınmış, buraya götürülmüşdür.60

Bu qısa qeydlərdən Şirvanşahlarla Pəhləvanlılar dövründəki XII yüzildə Azərbaycanın önəmli bir ədəbiyyat mərkəzi olduğu anlaşılır. Bu, yıxıcı zəlzələlər ilə yaxıcı müharibələrdən az da olsa Təbrizdə, Bakıda, Naxçıvan və sairə kimi yerlərdə hələ baqi qalan memarlıq anıtların yalanlanmayan şahidliklərilə də təsdiq olunmaqdadır.

XII yüzildə sadə, Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində bulunmuşdur. Bu sıralarda Gürcüstan krallığı da tarixinin parlaq bir çağını, kraliça Tamar ilə şair Rustavelinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan ilə Azərbaycan arasında genəl surətdə bir dostluq və səmimiyyət vardı. Bu eyi münasibət bilxassə, Şirvanşahlar ilə gürcü kralları arasındakı əqrabalıq bağı ilə qüvvətlənmişdi. Şirvanşah Axsitanın anası bir gürcü prinsesi idi. Onun ruslara qarşı qazandığı zəfərində gürcü salnaməçilərinə görə, bir müttəfiq sifətilə gürcülərin də ortaqlıq hissələri varmış. İki məmləkət arasında kültür baxımından dəxi, çox böyük ilgilər vardı. Yaxın Doğu kültürünün təsirində bulunan Gürcüstan sarayında şairlərə yapılan himayə Şirvan sarayı ilə Azərbaycan gələnəyini təqliddən irəli gəlirdi.61 Tiflisdə kral David tərəfindən müsəlman şair və sufilərə xas bir mədrəsə bina edilmişdi. Bizzat Tamar ozamankı Azərbaycanda bilxassə, himayə və inşad olunan ədəbiyyatın təsirində idi.62 Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Doğu Kültürü ilə sıx bağlarla bağlı olub azərbaycanlı çağdaşlarından və bizzat Nizamidən ilham almışdır.63

Qafqaz Batı mədəniyyəti ilə Doğu mədəniyyətinin qarşılaşdığı bir keçiddir. XII yüzildə bu keçid özündə bulunan iki mədəniyyətin qarşılıqlı təsirini bilxassə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli konu və ideyalarını demək olar ki, tamamilə Doğudan almış, xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu belə rəvayət edilməkdədir. Mütəəssib keşişlər Şotanın əsərlərini xristianlığa müxalifdir deyə aforoz (qovmaq) etmişlər.64 Halbuki Şirvanlı Xaqani müsəlman və farsca yazmış bir şair ikən əsərlərində xristianlığın bir çox ideyaları ilə terminlərinə bolca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz, çağının ən böyük müməssili Nizamidə də görürük. Hissən türk və müsəlman olan şairin ən gözəl məxluqu – Şirinin qafqazlı bir erməni (Ərmən. «Bilim düzənləyicisinin açıqlamaları»na bax.) prinsesi oluşu təsadüfi olmasa gərəkdir.

6. MİLLİYYƏT BAXIMINDAN ƏDƏBİYYATDA ŞƏKİL VƏ MƏNA

Nizami indiyə qədər Doğu və Batı araşdırıcıları tərəfindən daha çox İran ədəbiyyatının bir müməssili olaraq incələnmiş və şəxsiyyəti ancaq bu sifətlə tanınmışdır.

Bu kökləşmiş şöhrətə rəğmən, Nizami bizə görə, bir Azərbaycan şairidir və bu, onun sadə, «Gəncəvi» olmasından dolayı deyildir.

Gəncəli Nizaminin Azərbaycanla olan maddi ilgisi, hal tərcüməsi yazılırkən mümkün olduğu qədər bəlirtiləcəkdir.

Mənəvi ilgisinə gəlincə bunu söyləmək lazımdır: dilinin farsca olmasına rəğmən, şairin daşıdığı hissiyyat ilə işlədiyi konular onun Azərbaycan duyuşlarından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.

Burada biz, yaşadığımız günlər için bilxassə, aktual bir məsələyə toxunmuş oluruq:

– Ədəbi bir əsərin milli olması için sadə, şəkilcə milli olması yetişir və ya gərəkirmi? Yoxsa bir əsəri milli yapan ruh ilə mənamıdır?

– Bizə görə, sadə, şəkil yetməz və bu şəkil önəmli olmaqla bərabər zəruri də deyildir. Bir əsəri milli yapan şəkillə bərabər özün də milli oluşudur. Bu iki amil arasında ahəng olmadığı təqdirdə bizə görə, əsəri milliləşdirən şey şəkildən ziyadə öz, başqa təbirlə dildən ziyadə mənadır. Yabançı dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində bir millət için milli ola bilir.

Əsrimizin ədəbi olayları arasında bu davanın misallarını istədiyimiz qədər bula bilirik. Hər hankı bir əsəri yazıldığı dilə görə milli deyə almaq lazım gəlsə, iyirmi bu qədər ildən bəri Azərbaycan türkcəsi ilə yazılan kommunist abur-cuburlarını (1920-ci il aprelin 28-dən kitab yazılana kimi olan sovet ədəbiyyatını) milli Azərbaycan ədəbiyyatı deyə qəbul etməmiz lazım gəlir və ya Osmanlı klassiklərindən bir çoxu kimi, Nəfinin:

Türkə haq çeşmey-yi irfanı haram etmişdir,

Eyləsə hər nə qədər sözlərini sehr-i həlal.

və ya:

Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,

Qələtpərdaz-i məna bir müzəvvir türk-i layəfhəm65

beytlərinə bənzər və bunlardan daha kötü bir türk düşmənliyi ilə tanınmış, «türk» sözünü bayağılığın, qəddarlığın, idraksızlığın, kötülüyün qarşılığı olaraq qullanmaq çirkinlik və küstahlığını göstərən bir çox türkcəyazar şairlərin divan ədəbiyyatına keçmiş bulunan misra və mənzumələrini «milli ədəbiyyat» deyə hesaba qatmaq gərəkdir.

Finlərin məşhur vətənsevər şairlərini bilirik ki, əsərlərini isveçcə yazmışlar və bunlara qəhrəman Finlandiyanın baş kəndində milli şair deyə anıtlar tikilmişdir.

Bunun kimi, ingilis hakimiyyətinə qarşı milli istiqlal davasını güdən irlandiyalı ədəbiyyat müəyyən bir zamanda ingiliscə yazılmışdır.66 Bu misala Hindistan şərtləri içində dəxi, rastlamaqdayıq.

Rabindranat Taqorun hind özəllik və mədəniyyətini müdafiə edən ingiliscə yazılan şübhəsiz, millidir.

Bu şəkildə düşünürkən şəklin önəmini kiçimsəmək niyyətində deyilik. Dilin çox kərə, məna üzərində dəxi, millilik baxımından etkisi olduğunu bilirik. Fəqət, sənəti «sənət için» deyil, «qayə için» qullanmaq okulunu tutanlar səfində olduğumuzdan, ədəbi bir əsərin milliliyini dartdıqda şəkildən,

59

Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyilə ilgili idi. Z.V.Toqanın islam qaynaqları üzərinə yapdığı tədqiqə görə, ərəblər dövründə 20.000 kq gümüş vergi verən Azərbaycanın Səlcuqluların hakimiyyəti ərəfəsindəki vergisi 27.000 kq, İlxanlılarda isə 59.000 kq gümüş olmuşdur.

60

Frahn. «Men de I’Academie, Vl-e serie, Sciences politiques».t.III, s.531-532.

61

«Шота Руставели и его время». Moskva, 1937. K.S.Kokelidzenin məqaləsi. s.134.

62

Eyni əsər, Pavel İnkorokvanın məqaləsi.

63

Eyni əsər.

64

Eyni əsər.

65

Bax: Agah Sirri Ləvənd. «Divan ədəbiyyatı». İstanbul, 1943. 2-ci basım, s. 591-603.

Türklər haqqında bu düşməncə hökmü verən «türk şairi» haqqında onun çağdaşlarından Tiflinin aşağıdakı beytini də qeyd edək:

Nəfiyi ru siyəhin nidügünü həp bildik,Kəndi çingənədir, amma babası kürd-i pəlid.

Bax: Eyni əsər, səh. 511.

66

«Qayəlik» deyilən ana dillərilə katolik dinləri vaxtı ilə ingilislər tərəfindən mən olunan irlandiyalılar uzun illər rəsmən ingiliscə danışmış və rəsmən protestant məzhəbində bulunmuşlar. Fəqət, bu rəsmiyyətə qarşı İrlandiya milliyyətçiləri feilən mücadilə etmişlər. Bu mücadilənin ədəbiyyatı uzun zaman ingiliscə olmuşdur. 1911-ci ildə bütün İrlandiyada qayəlikcəni oxuyub-yazan yalnız 17.000 adam varmış. İndi isə əhalinin 50%-i bu milli dili öyrənmişdir [Johannes Stoye. «L’Angleterre dans le monde». Paris, 1935. s.338].