Название | Orion – 51 |
---|---|
Автор произведения | Ruzigar Ələkbər |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Redaktor:
Ümid Abbas Nihan
Ruzigar Ələkbər. Orion 51. Roman
Köhlən Nəşriyyatı. 304 səh.
I hissə. Yuxulardakı talelər. 51.
Ovçu
Köhnə adı ilə desək, Yunanıstanın ən ucqar nöqtəsində yerləşən Kovagnos kəndi, indi Musiksos kimi adlandırılan əyalətin kiçik kəndlərindən biridir. Üçüncü dünya müharibəsinin fəsadlarından yan ötüşən bu kənd, ilk nəzərlərdəncə insanı valeh edir. Bir çoxuna görə, əgər Kovagnos kəndi NATO ordusu tərəfindən uğurla istila edilə bilinsəydi, bugünkü Hellenas dövləti hələ də Yunanıstan olaraq tanınacaqdı. Hellenas dövləti, köhnə
Cənubi Avropa və Balkan ölkələrinin ərazilərinin bir hissəsini əhatə edirdi.
Bu dəfə, məhz bu ərazilərdə yaşayan xalqlar, dünyanı üçüncü utancından xilas edə bilmişdi.
Ağır müharibələr dövründən artıq altı il ötürdü. İndi insanlar dinc başla oturub, yenidən səhvlərini təhlil edirdilər. Bir çox politoloqlara görə
tək günahkar Amerika Birləşmiş Ştatları, bəzilərinə görə isə bu dəfə də
Marks və Engels idi. Bundan başqa, digər düşüncədə olan politoloqlar da var idi ki, onlara görə nə günah, nə də ki, günahkar var idi; Onlar, sadəcə, kapitalist sistemin çöküşünə sevinməyi tövsiyə edirdilər.
Əslində isə ümümbəşəri siyasi gərginlik, başlanğıc nöqtəsini 2020-ci ildən 2022-ci ilə qədər müddəti əhatə edən karantin dövründən götürmüş-dü. Sosial – ictimai izoliyasiya, az müddətli iş rejimləri, xidmət sektoru və
turizm sənayesi, iri sənayə müəssisəllərinin və beynəlxalq iqtisadi münasibətlərin fəaliyyətindəki böhranlı vəziyyətin yaranmağı ilə nəticələnmişdi.
Bir çox mütəxəssisə görə bu, kapitalizmə qarşı yönələn xəbərdarlıq siqnalı idi. Bu siyasəti Amerika Birləşmiş Ştatlarına qarşı, nə kapitalist, nə də sosialist kimi sosialist bir dövlət olan Çin Xalq Demokratik Respublikası, siyasi gərginlik yaratmaq üçün tətbiq etmişdi. Lakin müharibənin sonu heç ÇXDR-nın özü üçün də uğurlu olmamışdı. Belə ki, o, yerini yeni qurulan, Çin dövlətinə vermişdi və bu ölkədə də, digər dünya ölkələrindəki kimi 7
daxili böhranlar, anarxiya, kütləvi etirazlar və hakimiyyət hərc-mərcliyi hökm sürməkdə idi.
Halbuki dünya xalqları aclıq və səfalət içində olsalar da, hələ də öz yeknəsək üsyanlarının uğuruna inanmaqda idilər. Hellenasda isə vəziyyət tamam başqa cür idi. Avropanın sağ qala bilən “avropalı” təfəkkürü, yalnız burada öz təsir gücünü itirməmişdi. Hellenasdan kənarda isə vəziyyət bir qədər təbəddülatlı idi. Şimali və Qərbi Avropa ölkələri elə bir siyasi böh-ranın içində idi ki, bu mənzərə, tarixçilərdə yeni “Viking əsri” təəssüratı yaradırdı. Bəs necə olmuşdu ki, Hellenas qurulmuşdu və Avropa mədəniyyəti və siyasi kultunun yeni mühafizəçisinə çevrilmişdi? Səbəb olduqca bəsit və anlaşılan idi. Bu totalitar rejimdən qaçıb, Yunanıstana sığınan avropalılar sayəsində baş vermişdi. Belə ki, Avropanın bəzi ölkələrində, müxalif partiyalar və anarxist politoloqlar, ziyalılar və s. bu qəbildən olan insanlar, iqtidarları ABŞ və NATO-nun təsir gücündən imtina etməyə çağırırdı. Həmin müddətdə öz iqtidarları tərəfindən ciddi təzyiqlərə məruz qalan bu cür adamların bəziləri ya ölkədən deportasiya edilirdi, ya da onlar elə özləri kütləvi şəkildə xarici dövlətlərə axın edirdilər. Bu axının ən intensiv istiqaməti Yunanıstan idi.
Beşinci kolonun və diaspora, həmçinin lobbiçilik misiyalarının, iqtidarları “amerikanlaşdırmaq” kimi uğurlu siyasəti, əslində, Avropanı çoxdan ABŞ-ın müstəmləkəsinə çevirmişdi. Bu isə 2047-2057- ci illəri əhatə
edən Üçüncü Dünya müharibəsinə xəbərdarlıq ola biləcək digər əlamət idi.
NATO-nun üzvlüyündən imtina edən Fransa və İngiltərə kimi dövlətlər ABŞ-ın gizlin, dəhşətli planlarını əvvəlcədən hiss etmiş kimi idilər. Buna görə də, ümümdövlət statusunda, rəsmi sərəncamla NATO-dan imtina edən Avropa dövlətləri də, yalnız bu ikisi idi. Bugünkü vikinglik görünüşünü ən çox özlərində təcəssüm etdirməklərinin səbəbi bəlkə də yalnız bu idi. Bəli, bəşər yenidən öz çirkab heysiyyətindən paklaşmağı arzulayırdı.
Hellenasın gücü onun ordusundan çox, məhz elə düşünən insanların-da idi. Həmin o insanlar ki, onlar bir zaman öz ölkələrindən mühacirət edə-rək bura yerləşmişdilər. Əslində, Hellenas bütün Avropanın özü idi. Kə-narda qalan dövlətlər isə sadəcə olaraq, bədbəxt taleləri ilə mübarizə apar-mağa məhkum idilər. Hərçənd indiki vaxtda Hellenası da, bütünlüklə “ağrısız-bəlasız” bir dövlət kimi görə bilmərik. Çünki müharibələr hər nə qədər səngimiş olsa belə, hələ də yeni təhlükələr gözlənilirdi. Elə buna görə də, mədəni irs, fəlsəfi təfəkkür və avropalı nüfuzunu ziyalılar, sənətkarlar 8
və ya mədəniyyət nümayəndələri yox, əsgərlər qoruyurdu, yaxud da qo-rumalı idi.
Bu ölkədəki sosial-ictimai vəziyyət sənaye inqilabı ərəfəsindəki dövrü xatırladırdı. İnsanlar öz talelərini, rifah halına salmaq üçün dayanmadan çalışırdılar. Bəs bu, indiki vaxtda, ifrat dərəcədə nifrət bəslənən kapitalizmin yenidən doğuşuna səbəb ola bilərdimi? Heç kim, hələ ki, heç nə
bilmirdi.
Kovagnos kəndi, Hellenasın həm də, ən böyük hərbi istehkamlarından birinin yerləşdiyi coğrafi məntəqə sayılırdı. Bu hərbi istehkamda beş
yüzdən çox zabit, minə yaxın əsgər xidmət göstərirdi. Onların əsas vəzifəsi, şimaldan gələn hər hansısa bir təhlükənin, həmçinin ölkəyə qanunsuz yollarla keçməyə çalışan mühacir və ya qaçqınların qarşısını almaq idi.
Hellenas ordusunda xidmət göstərən elə bir zabit, elə bir əsgər yox idi ki, onlardan hansısa biri ailəsindən ən azı bir nəfərini müharibə illərində
itirməsin.
Hərbi istehkam üç mərtəbəli, düz bucaqlı formasında olan binadan ibarət idi və Hellenasın şimal sərhədlərinin onda birini mühafizə etmək məsuliyyətini icra edirdi. Əsgərlərin böyük bir hissəsi kimsəsiz “gənclər”
idi və onlar müharibədən sonra xüsusi təlimlər keçirilərək ordu sıralarına daxil edilmişdilər.
Hərbi istehkamın yerləşdiyi ərazidən təxminən iki kilometr uzaqlıqda, həmçinin istehkama daha yaxın olan sərhəd məntəqəsindəki əsgərlər, həm döyüş bacarıqları və həm də fiziki güclərinə görə digər məntəqə əsgərlərindən fərqlənirdilər. Bununla belə, onları istehkamın əsas mühafizəçiləri də saymaq olardı. Məntəqədə xidmət göstərən əsgərlərin əksəriyyəti yunan idi və bu, yalnız, məhz bu məntəqədə, bu cür bir xarakteristika yaratmışdı.
Onların içərisində yalnız iki nəfər başqa millətdən idi ki, bunlardan da biri serb, digəri xorvat idi. Zabit korpusunda isə hər millətdən olan zabitlə qarşılaşmaq mümkün idi.
Lefteris Vlahos milliyyətcə yunan idi. Onun haqqında danışmazdan qabaq, əvvəlcədən bir şeyi qeyd etmək lazımdır ki, o, buradakı zabitlərdən xeyli fərqli xararkterə sahib bir adam kimi tanınırdı. Bu fərqlilik onun özü üçün qüsur sayıldığı qədər, başqaları üçün də məzəmmət səbəbi idi.
Kapitan Vlahosun öz-özü ilə danışmaq kimi bir vərdişi var idi. Əgər onun iri əzələli qolları, boyu-buxunu və ordudakı nüfuzu olmasaydı, yəqin ki, onu asanlıqla məsxərəyə qoyar və dəli adlandırardılar. İllərin hərbi təc-9
rübəsini öz xarakterik xüsisiyyəti kimi mənimsəyən Vlahos, həm də, mahir atıcı idi. Xülasə, onun bütün bu keyfiyyətləri, dəli adlandırılmağı üçün maneə idi. Lakin zamanla bu məsələ