Название | Qardaşım Elçibəy haqqında xatirələrim |
---|---|
Автор произведения | Murad bəy |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Saat 10–11 olardı. Uşaqlar gəlib dedilər ki, kənddən adam gəlir. Alaçıqların sol tərəfində bir qaya var idi. Vəlinin dərəsinə baxırdı. Oradakı yola dərədən enən yer deyilirdi. Qayadan baxanda ora görünürdü. Kənddən gələn adamlar görünürdü. Balaca uşaqlar çığırardılar: «Kənddən adam gəlir, kənddən adam gəlir». Birinci axşam – dünən səs verməyə gedən adamlar gəlirdilər. Gələnlər balaca uşaqları təbrik edir, onlara məntəqədən aldıqları konfetləri paylayırdılar. Onlar uşağın anadan olmasını məntəqədə eşitmişdilər. Hamı bir-birini muştuluqlayırdı. Qədirqulu kişiyə, kolxoz sədri dayım Fərrux kişiyə göz aydınlığı verdilər.
Seçki komissiyasının sədri tez iki adam ayırıb bir balaca qutu möhürlü iki bülleten ayırıb bu adamlara verib siyahıda adları olan iki nəfərin vərəqəsini də verib dedi: «Tez Xəlil yurduna gedin, səs versinlər, qutunu gətirin». Bunlar Bənövşə qarı, Mehrinisə bacıdır. Onlar da birinci səs verənlərlə bir yerdə gəlib çıxdılar. Bənövşə qarı onları qarşıladı. Gələn adamlar Murad kişi, bir də cavan oğlan Ağaqulu idi. Mələk bacının dayısı və onlar atdan düşüb qutunu özlərində saxlayıb bülletenləri qarıya verib dedilər: «Biri sənin, biri də Mehrinisə xalanın. Bura da qol çəkin». Bənövşə qarının savadı yox idi. Barmağını mürəkkəbə basıb vərəqəyə vurdu. Anam adını yazmağı bacarırdı. Adını yazıb vərəqəni onlara verib bülletenləri isə qutuya saldılar. Uşaqlar alaçığın yanına toplaşan camaatla birlikdə «uçastok, uçastok» deyib qışqırırdılar. Ancaq ağıllarına gətirmirdilər ki, 57 il bundan sonra «uçastok» deyənlər bütün Azərbaycan – böyüklü-kiçikli «Elçibəy, Elçibəy» deyib qışqıracaqlar. Bənövşə qarı qutunu gətirənlərə öz alaçığında çay-çörək verib yola saldı. Biz uşaqlar onların dalınca «uçastok, uçastok» təpəndə onlar gözdən itənəcən qışqırdıq.
Artıq səsverməyə gedənlər qayıtmaq üzrə idi. Onlarla Qədirqulu kişi də var idi. Saat 2–3 olardı. Günortanı keçmişdi. Gələnlərdən balacalar muştuluq alırdılar. Qədirqulu kişi xurcundan atın üstündə olan balaca səbətdən uşaqlara gilas paylayırdı. O biri kişilər hərəyə iki-üç konfet verdi. Bənövşə qarı Qədirqulu kişini alaçığın qabağında qarşıladı. Təbrik edib içəri girib uşağı tez götürüb sonra ona içəri girməyə icazə verdi. Uşağı onun qucağına verib xeyir-dua elədi. Sonra uşağı alıb pərdənin dalında yatağında yatmış anama verdi. Qarının icazəsi olmadan alaçığın həndəvərinə kənar adam buraxmırdı. Öz ailəmizdən başqa. Bir neçə gündən sonra kənddən kolxozda təsərrüfatda qalıb işləyən ağsaqqallar öz ailələrini görməyə gəlmişdilər. Onlardan Mirismayıl, Miryəhya, İldırım, Əbdürrəhman, Mədət və başqaları var idi. Onların hamısı Pirdavdandan olan (qaçqınlar) ağsaqqallar idi. Atamızı-anamızı təbrik etdilər.
Anam daha durub öz işini görür, inəklərimizi sağır, sağılmış südlərdən məhsullar hazırlayırdı (yağ, pendir, şor, qurud və sair). O günlərdə dayım Fərrux (kolxoz sədri), qardaşım İbrahim gəldilər. Bənövşə qarı onları da təbrik etdi. Uşağı dayıma, sonra da qardaşım İbrahimə verdi. Onlar da uşağı sonra anama verdilər. Hal-əhval tutduqdan sonra anam qardaşına üz tutub dedi: «Qardaş, uşağın adını qoymaq lazımdır. Kötüyə salmaq lazımdır»? Dayım dedi: «Onda ağsaqqalları çağırıb yığın bura, ad qoyarıq». Qoyun gələndə mənə de.
Camaatın qoyun sürüsü bərəyə yaxınlaşdı. Hə, budur, qoyun sürüsü gəlir, get öz sürümüzdən keçən ilki qoçu tut gətir. İbrahim üç ililk qoçu alaçığın qabağına gətirdi. Ağsaqqallar hamısı ora yığışmışdılar. Miryəhya ağa duz alıb dua oxuyub üfürdü. Ver, qoç yalasın, dedi. Mirismayıl dayımıza dedi: «İndi qoçu kəs». Qoçu kəsdilər. Obada olanlar, uşaqlı-böyüklü hamı ora yığışmışdı. Ocaqlar, tonqallar alovlanırdı. Orada olan xalalar hamısı çalışırdı. Hərə öz işini görürdü. Ağsaqqallar içəridə döşənmiş döşəklərin üstündə oturmuşdular. Kolxozun sürüsü də gəlib çıxmışdı. Ağsaqqallar bir-bir kişini təbrik edirdilər. Dayım Fərrux ağsaqqallara üzünü tutub dedi: «Uçastokun adını indi qoyaq, yoxsa çörək yeyək sonra?» Miryəhya ağa dedi ki, adını sonra qoyarıq. Üzünü Mirismayıl dayımıza tutub dedi: «Sizin alaçıq yaxındır, dur Quran kitabını gətir bura». Gedib Qurani-Kərimi alaçığa gətirdi. Alaçığa girəndə hamı ayağa durdu. Miryəhya ağaya Qurani-Kərimi verdi. Kitabı aralayıb dedi: «Çox gözəl addır – Əbülfəzil Əbülfəz».
Hamı «adı-sanı ilə yaşasın, uzun ömürlü olsun» deyib süfrə başında əyləşdilər. Süfrədə ağartı məhsullarından hamısı var idi. Sonra süfrəyə kabab, soyutma ət yeməkləri gəldi. Kababı atamızın özü bişirirdi. Yeyib-içib hərə öz alaçığına dağılışdılar. Kəndə gedən də yola düşüb getmək istəyirdi. Dayım, İbrahimin gətirdikləri gilas, gilənar, tut vedrələrini orda olan fermaçılara payladı. Yola düşəndə uşaqlar yenə də onlar gözdən itənəcən dalınca «uçastok-uçastok» – deyib qışqırdılar.
Günlər-aylar gəlib keçirdi. Avqust ayı girmişdi. Otlar solmağa, taxıl zəmiləri yetişməyə başlayırdı. Yaylaqda hərə öz işinin dalınca gedirdi. Mən də anama kömək edir, hər gün su gətirir, çörək, süd bişirmək üçün odun, çır-çırpı yığıb gətirirdim. Almurad da 6-ya keçirdi. Orada anama kömək edir, anam bir yerə gedəndə uşağın yanında qalırdım. Gündə bir dəfə Mələk bacı gəlir, uşağın paltarını aparıb arxda yuyub gətirir, bu minvalla günləri başa vururduq. Mələk bacı anamın əmisi nəvəsi idi. Yaylaqda yeniyetmə qız o idi. 16–17 yaşa dolmuşdu. Rəfiqələri köçmüşdü. Leyla bacı, Kübra, Zabitə – bu il onlar yaylaqda yox idilər. Yeniyetmə oğlanlar da hazırlaşırdılar. Onlardan Əli, Salman, Mirhaşım, Bəşir, Əliabbas, Ağaqulu və başqaları. Onların hamısı tətildə olduğu üçün taxıl yığımı kampaniyasında kolxozda işləyirdilər. Sentyabr yaxınlaşırdı. Məktəb yaşlı uşaqlar kəndə bacı, qardaşla gedirdilər. Yaylaqda uşaqların səs-küyü azalırdı. Məni anam sentyabrın 10-a kimi yaylaqda saxladı.
Mən 2-ci sinifə keçmişdim. Uşaqlar, yaşıdlarım yaylaqdan getdikləri üçün mən də darıxırdım. Məktəbə getmək üçün ayın 10-da dayım yaylağa, fermaya baş çəkmək üçün və bacısını görməyə gəldi. Bacı-qardaş bir-biri ilə görüşəndən sonra soruşdu ki, «uçastok» necədir?» Anam tez uçastoku gətirib dayımın qucağına verdi dedi ki, bu da sənin uçastokun. Uşaq 3 aylıq idi. Artıq gülümsəyir, qığıldayır, əllərini oynadırdı. Dayım uşağın üzündən öpüb anama verdi. Anam dedi ki, gedəndə Muradı da apar, bir həftədir məktəbdən qalır. O da dedi ki, bəs sənə kim kömək edəcək? Anam da dedi ki, indi iş azalıb, özüm hər işi görəcəyəm. Yaxşı, onda hazırlaş. Bir həftədən sonra İbrahimi yollayacağam, gəlsin sizi köçürsün. Anam razılaşıb dedi ki: İbrahimi yolla gəlsin. Axşam üstü kəndə yola düşdük.
Sentyabrın 20-i anam yaylaqdan gəldi. Həmişəki kimi kənddə olan qohum-əqrəbalar