Əsir qadın. Meyxoş Abdullah

Читать онлайн.
Название Əsir qadın
Автор произведения Meyxoş Abdullah
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

silahını sinəsinə basaraq, ayaq üstə atəş açırdı. Həmin anda iki düşmən əsgəri də yerə sərildi. Əks tərəfdən də komanı atəşə tutmuşdular. Güllələrin yan-yörəmizdən və başımızın üstündən vıyıltıyla ötüb keçməsi vəziyyətin o qədər də yaxşı olmayacağından xəbər verirdi. Bizim işimiz xeyli çətinləşmişdi. Təpə göz qabağında olduğu üçün biz atəş hədəfindəydik. Düşmən əsgərləri isə yolun kənarındakı çökəklikdən atırdılar. Əli körpüdə öldürdüyü düşmən əsgərlərindən götürdüyü avtomatlardan da istifadə edərək atəş açırdı. Bir azdan yolda bir hərbi maşın göründü. Maşın dayanan kimi içindən əsgərlər tökülərək, yerə uzanıb atəş açdılar. Komanın içndə ağzı üstə uzanmışdıq. Salamat qalmağımıza səbəb də bu idi. Komanın böyür-başının taxtaları güllələrdən qırıq-qırıq olub başımıza səpələnirdi. Bu vəziyyətdə uzun müddət duruş gətirmək ağlıma belə gəlmirdi. Əli daha atəş açmırdı. Onun başını qaldırmağa belə imkanı yox idi. Deyirəm axı, koma təpənin üstündə olduğu üçün əliçi kimi aydınca görünürdü. Elə bu vaxt yaxınlıqda güclü bir partlayış qopdu. Partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Gözlərimi açanda, Əlini qan içində çabalayan gördüm, sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. Yaralı qolundan qan fışqırırdı.

      Özümü itirdiyim üçün donub yerimdəcə qalmışdım, nə edəcəyimi bilmirdim. Əli isə sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi.

      Uşağı qucağımdan yerə atıb, onun üstünə yüyürdüm. O, gözlərini bərk-bərk sıxaraq, dişlərini bir-birinə kilidləmişdi. Sifəti ağappaq idi. Bədəninin ayrı-ayrı yerlərindəki qan ləkələri, onun bir-neçə yerdən yaralandığını göstərirdi. Özümü tamam itirmişdim, qışqırmaqdan başqa bir şey edə bilmirdim. Handan-hana özümə gəlib, götürdüyüm çantadan bir qədər təmiz ağ parça tapıb, onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan fışqırırdı. Ərim isə susurdu. Bəlkə də o, ağrıdan qışqırıb, fəryad qoparardı, lakin bizi qorxutmamaq üçün canını dişinə tutub, bir təhər dözürdü. Üst-başım onun qanına bulaşmışdı. Əlinin başını dizimin üstünə qoyub hönkürürdüm. O, nə isə pıçıldayırdı, amma dediklərini anlamaq olmurdu, səsi boğazında xırıldayıb, sönürdü.

      Küləşin üstünə düşüb qalmış uşaq da dayanmadan ağlayırdı, onun səsini sanki eşitmirdim. Bu anda mənə hər şeydən əziz Əli idi. İstəyirdim elə bu dəqiqə o, ayağa qalxıb bizi buradan uzaqlaşdırıb aparsın. Onun ölümü hamımızın ölümü demək idi. Əli isə zarıyırdı. O, nəfəsini çiyinlərindən alırmış kimi tövşüyürdü. Düşmən əsgərləri isə hərəkətə gəlmişdilər, ətrafa səpələnmiş halda bizə tərəf irəliləyirdilər.

      Mən onların gəldiyini görüb, ərimin başını dizimin üstündən qovzayaraq:

      – Əli… Əli… dur də onlar gəlirlər axı, – deyə təlaş içərisində qışqırırdım.

      Onun halı özündə deyildi, taqəti kəsilmək üzrəydi. Sol əlini yavaş-yavaş ətrafında gəzdirərək nə isə axtarırdı. Mən sürünərək ondan bir az aralı düşmüş avtomatını götürdüm və silahı onun əlinə verdim. Əli gözləri yumulu halda silahın dəstəyindən yapışdı. Silahı tutmaq iqtidarında deyildi, silah onun əlindən sürüşüb yerə düşdü.

      Düşmənlər lap yaxındaydılar. Aramızda, artıq çox az məsafə qalmışdı. Yəqin ki, onlar atəş açan şəxsin öldüyünü, ya da ölümcül yaralandığını hiss etmişdilər. Çünki mənim fəryad qopararaq, ağladığımı görürdülər. Əlinin səsi tamam eşidilməz olmuşdu, uşaq isə birdüzümə qışqırırdı. Qalmışdım ikisinin arasında, bilmirdim ki, hansını ovudum. Mən uşağı qucağıma alıb sinəmə sıxdım, qorxdum ki, səsini kəsmək üçün onu güllələyərlər. Özüm isə bərkdən qışqırırdım, qışqırırdım ki, düşmənlər mənə atəş açıb öldürsünlər. Bu anda elə ölmək istəyirdim ki… Amma onların məni öldürmək fikirləri yox idi.

      On beş nəfərə yaxın düşmən əsgəri bizi mühasirəyə almışdı. Onların acıqlı sifətlərini gördükcə, ətim ürpəşirdi. Ürəyimdən qəribə hisslər keçirdi, allaha yalvarırdım ki, nə olaydı indi Əli ayağa qalxıb onlara atəş açacaq, hamısını biçib, yerə sərəydi. Amma çox heyif ki, mənim düşündüklərim əlçatmaz bir xəyal idi, Əlinin bir də ayağa qalxması möcüzə olardı…

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkEBdwDAREAAhEBAxEB/8QAHgABAAEEAwEBAAAAAAAAAAAAAAkGBwgKAQQFAwL/xAAdAQEAAQQDAQAAAAAAAAAAAAAABwEEBQYCAwgJ/9oADAMBAAIQAxAAAAGfwHj9N/hLqXpXCTUvSs5kwfMa39jtf7rxr691b4cezHfBy5fHLxj7ndjf1UAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAABgFpXquPLR/W9EWmzSiyH4hqK4xFo8Xv+VWxwXTXRmY1tB9lUPabPL5J3z7uVf6dczI6YAAAAAPlx5Uz0ZmqrjB81qAAAAAAAAAAAAAAAAOh13Pmdd7UVxiQAB8uPKmLfNVXc4LmtQAAAAAOvx7fvy6+VABT1vlcQtY9A33zMW3lysdc1rT1vlqg78T+qgAOKU8PpydjsRJtc3esXUyWjUFZ7T6fZZfDj3en2WXe5231rw+leH1rw/VePIAAAoVAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAACk7XOwIQx9UbbWG5AS5Sb4Di0jr3DWd3rtG2uw0vbZypbnC3qysb1tea3ItvPkDtcum0GLkHK7ZIIq26wNJWufrC718AAAAAAAAAAAACmrbMfNy97uxfb59Kim+jLep2WXyp2er22QAAAAAHT4d/l9d99uXVRlnsdQd2Jqu6wNNW+aqe4w1OdGXqPvxCodLhcdznb9Xj39vl0AcFj8PJlU3OCuRf6gAAAAAAAOKPjTn9q9fNa8UpSNrn+7zt7dWG3+ZwvfrXhwr8qc6Yt816HO0p3oy/Q43dR92Hr+91S7+Uj/APVaUbZ7D8nPFLW5261O71eyx+PHsv1mosuHfal7Pbjuxy6gAAAoVAAAAAAAAAAAD4cezo8Ln1e2yAAAAAAAAAGIGr+gYaIq+ivR4XQ+jhsQzl8i4Mog+ndW3OBuNfadbSw3S41/p+HOq+hxcjIab6/ZYWhxkgXvy8aXzzEYeD05SZuVfnP9K0AAAAAAAAAAAAHByAAAAAAAAAD48ezwejJ/Tlwpm3zVc3msd3nblQOh13Pl9d7UXfiPK6776167J4mS1HidWT8zrvejwuvP4XXW49/T49/S4XXS4XHx49ngdOVs7i5D6vHu/R2OXT3edtdbI6LerLRtdjJ6HX17qvFOX7r1+n2WfgdOVqa4ww8vrvMd8DL1urLbvrXjQtns9GWmxXnysc3YyWh1rea3QdltHU43FfXuq/Dj2VxeazVlzglVm8VIfq87GtbzW7aY/cqpuMJ6HZaYe6v6EszipG9LnZ3byegVtea3YXDSnUXdibu5SP67vNWuVf6aVxj1+avb7cZfrNRZV91gAAAFCoABQqAAHBavG7zUnfhfB6Mtc/JaUAAAAAAAAAItY69vxy6J7BAunktHldkjwhCvE/0iyq2OC8s9mgXCfUvSdX3Ov4h6x6AF88zGOXOzQDGroPsvOjcPMPV492K2uTpOBLvzMvZl425VAAH5pX5U7Pvy6gAAAAAAoVD8U5dHhc+j2WgAAAAAAAAAAAAAH5pXr07e1y6QAB+aV/Cv4py+dOfXp2+Z1XvhdWUpS2z1tMfufv8AfiaUtc74HTlbK4mSfN6735U5/evXdTJaJUvfh/rXhxVwr86c+tx7vH6chTPRmraY/c6Hs9mo212OnOjL0zb5qmrfM/Hj2Vdd4DpcLjyuu/8AyrXF3rX4cuh13NS3GFrq81ivbzVr55iMfvy6unwuLZWG6ZE5uIrh3+o3NyGl3Kv9N8/rusRdZn+5F9p1zclpWLGtznjrgpeuBfal1+Pfk/sMI3dymgW8sdv+rrrG7133e7GVTc4Tyeq+s1ipEvNlY69XtshjrgpduBeanVd1gsGdP9OWpxu99zl0e33YyqbrB1rda1e7LxpePKR3RFps1PdGXqq5wVZ3evAUVZ7FWN1r37rTmoAAAAACDiIPprjPr80ej2Wfk9V/eTLR34fTk7b4/ccsNlgfInORFj5hJZuBe6ngTpnqgSPb547pq3zWFep+kZ15i+Xsf2ler8eMHLsg+7eS86Nx8w8qgAeR1X1lMRJNaXeuXNyGlc1qB+aV/VaAU