Gülüstani İrəm. Аббас-Кули-ага Бакиханов

Читать онлайн.
Название Gülüstani İrəm
Автор произведения Аббас-Кули-ага Бакиханов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8450-8-2



Скачать книгу

Əli Yəzdinin əsəridir. Teymur dövrünün tanınmış tarixçisidir. Yəzd şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ildə vəfat etmişdir. Onun yazmış olduğu «Zəfərnamə», Teymurun tarixi hadisələrini təsvir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha vardır. Bunlardan biri Nizaməddin Şaminin «Zəfərnamə» sidir. Bu kitab Teymur zamanında və onun əmrilə yazılmışdır. İkinci də məşhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə» sidir. Hatifi, «Teymurnamə» adı ilə də adlanan bu əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir.

/9j/4QAYRXhpZgAASUkqAAgAAAAAAAAAAAAAAP/sABFEdWNreQABAAQAAAA8AAD/7gAOQWRvYmUAZMAAAAAB/9sAhAAGBAQEBQQGBQUGCQYFBgkLCAYGCAsMCgoLCgoMEAwMDAwMDBAMDg8QDw4MExMUFBMTHBsbGxwfHx8fHx8fHx8fAQcHBw0MDRgQEBgaFREVGh8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx8fHx

Примечания

1

Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.

2

Uyğun, müvafiq.

3

Pakt, saziş.

4

Əsər, kitab.

5

Üstünlük, layiqlik, mükəmməllik.

6

Layiqlilik, üstünlük.

7

Qaynaq.

8

Müqavilə, pakt, saziş.

9

Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları «Əlmüxtəsər fi-tarixülbəşər» ilə «Təqvimülbüldan» adlı əsəridir.

10

Moisey Xorenski – V əsr tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərindən ən görkəmlisi hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlərdən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cümlədən rus dilinə də tərcümə olunmuşdur.

11

Əmin-Əhməd Razi – «Həft-iqlim» adlı məşhur əsərin müəllifidir. Bu əsər köhnə üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetişmiş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002-ci (=1593) ildə yazılmışdır.

12

Çamçiyan – XVIII əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərdən başlayaraq XVIII əsrin axırına qədər yazmışdır. Çamçiyanın «Ermənistan tarixi» bu əsəri, üç cilddən ibarət olaraq 1785-1787-ci illərdə Venesiya şəhərində çap olunmuşdur.

13

Məsudi – ərəb tarixçilərinin ən böyüklərindən biridir, hicri III əsrin axırlarında Bağdad şəhərində anadan olmuş və 346-cı (=957/8)ildə Misirdə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Mürucüzzəhhəb» adlı kitabdır.

14

Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani – XVI əsrin ikinci və XVII əsrin birinci yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aid bəzi əsərləri vardır. «Risaleyi-Rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından Rüstəm xanın adına yazmışdır.

15

Dağıstanda mənsəb və vəzifə, canişin mənasında işlənib. Vergi, xristian və yəhudilərdən cizyə, müsəlmanlardan da zəkat yığan.

16

Avar xanı.

17

Bətləmyus (Ptolomey) məşhur Yunan riyaziyyatçısı və astronomlarındandır, II əsrin birinci yarısında anadan olmuşdur. «Coğrafiya» adlı əsərində Albaniya və Ermənistan haqqında da məlumat vardır.

18

Şərqdə yetişən ən məşhur tarixçilərindən Mirxondun əsəridir. 1433-cü ildə Bəlxdə anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünün sonlarında yazılmış ən mühüm tarix kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin bir ensiklopediyasıdır.

19

«Rövzətüssəfa» müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özü də məşhur tarixçilərdəndir. 1475-ci Heratda anadan olmuş və 1535-ci ildə Gücəranda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardan ən böyük və ən qiymətlisi «Həbibüssiyər» adlı kitabıdır. Xandəmir «Həbibüssiyər» də dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri təsvir edir.

20

Ammian Martsellin – Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. «Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. Ammian Martselinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır.

21

Yaqut Həməvi – 1178 və ya 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə vəfat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Möcəmülbüldan» dır. Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.

22

Herodot – ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər arasında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ticarət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi üçün olduqca qiymətlidir.

23

Qatterer – alman tarixçisidir. 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan Ümumdünya tarixi» adlı kitabıdır.

24

Prokopi – yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən məşhur tarixçisidir.

25

Dekin – fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların. türklərin, moğolların və sair tatarların ümumi tarixi» adlı kitabıdır.

26

Katib Çələbi – məşhur şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstanbulda anadan olmuş və 1067-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru coğrafiyaya aid «Kəşfüzzünun» adlı kitablarıdır.

27

Plini – məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin «Təbii tarix» adlı əsərində Azərbaycan Tarixi və coğrafiyası haqqında qiymətli məlumat vardır.

28

Strabon – məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri «Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır. Strabon əs�