Название | Avropa. Türklər. Böyük Çöl |
---|---|
Автор произведения | Murad Acı |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243734 |
İki min il əvvəl Hindistana gedən yolları hələ ot basmayıb. Böyük Biysk yolu hələ işləyir. Lakin indi bu yol gödəlib, daha həmin yolla zəvvarlar getmir. Tibetə gedən daha bir qədim yol da dövrümüzə qədər gəlib çıxıb; bu, Nerçinsk yoludur…
Bircə Altaydan qərbə uzun müddət heç kim cığır açmadı. Dağ sakinlərinin psixologiyası burada özünü aydın göstərirdi: adamlar naməlum çöldən ehtiyatlanır, adət etdikləri dağlarda yollar axtarırdılar.
Onlar çölə yalnız əlacsız qalanda gedirdilər. İki min il yarım bundan əvvəl Altayda dinlərarası münaqişə baş verdi, vahid din bütpərəstliyi əvəzlədi. Tenqriçilik yayılmağa başladı. Lakin bir çoxları Göy Allahını qəbul etmədi, razılaşmayanlar çıxıb getdilər. Onlar çölə yola düşdülər. Bu adamları “skiflər” adlandırdılar (görünür, bu, “skitlər” sözü ilə, yəni “cəlayi-vətən” ifadəsi ilə birbaşa bağlıdır). Skiflərin rəsmi tarixi isə başqa sey deyir[15]. Lakin… Qara dəniz ətrafı düzənliklərdə və Altay dağlarında tapılan “skif” arxeoloji abidələri tamamilə eynidir. Bəs onda skifləri türklərdən nə fərqləndirir? Heç nə.
P.Çaadayev
Çaadayev soyadının kökündə «türk xalqlarına geniş məlum olan bir ad durur. O həm də tarixdən məlumdur, bilirik ki, Çingiz xanın ikinci oğlunu Cağatay adlandırırdılar. «Ca ğatay» sözünün əsasında monqol-türk sözü olan… «igid», «vicdanlı», «səmimi» sözü dayanır».
Bununla yanaşı, N.M.Karamzinin “Xalqlar göydən düşmür və yerə də girib yoxa çıxmır…” sözlərini yaddan çıxaran rus elmi təsdiqləyir ki, skiflər “yiyəsizdirlər”. Bəlkə, skiflər indiyə qədər qalıblar? Bəlkə, bu gün onlar “çuvaş” adlanırlar?! Bu türk xalqı həddindən artıq qeyri-adidir. O, qıpçaq dünyasının mərkəzində, lakin ondan ayrı yaşayır. Həmişə belə olub…
Hazırda xristian adlanan çuvaşların mənəvi irsi hələ bu yaxınlaradək tamamilə başqa idi, onda xristianlıqdan əsər-əlamət yox idi. Xalq öz mədəniyyətini unutmayıb. Bu mədəniyyət uzaq keçmişdə türklərin Altaydakı adət-ənənələrini çox xatırladır, onların inancı kimi başqa bir inanc yoxdur. Çuvaşların dili özünəməxsus melodik və çox qədimdir, hər türk üçün anlaşıqlı deyil… Çuvaşlar türk tarixinin canlı, lakin təəssüf ki, dünya elmi tərəfindən hələ oxunmamış səhifəsidir.
“Skiflərin” bir hissəsi, görünür ki, Ukraynada da qalıb. Onlar öz dillərini unudublar, lakin məişətlərində gözəçarpan bəzi xırdalıqlar bu xalqın uzaq keçmişindən xəbər verir; məsələn, xalq tikmələrində çuvaşlardakı ornamentlərin eynisi olan, özünəməxsus ornamentlər… Onlar özündə çox qiymətli məlumat daşıyır: irəlidə bu barədə söhbət gedəcək. Yaxud dəfn adətləri… Bir sözlə, “skif” səhifələri türk sirləri ilə doludur.
Lakin sonrakı Altay səhifələri çox aydın oxunur, II–V əsrlərdə Xalqların Böyük köçü onları dəqiq əks etdirir. Əhalinin sıx məskunlaşdığı Altayda yaşayan insanlar üçün Tale gələcəyə çöldən keçən bir yol açırdı. Başqa yol sadəcə yox idi. Yalnız çöl, çoxsaylı xalqı qəbul edə bilən, demək olar ki, məskunlaşmamış yeganə ərazi olaraq qalırdı.
Lakin dağlılar düzəndə yaşamağı öyrənmək üçün onilliklərlə inanılmaz səy göstərməli və zəhmət çəkməli oldular. Burada heç nə onlar üçün dağlarda adət etdikləri kimi deyildi, çöl hər şeyin başqa cür olduğu yeni təbii şərait idi! Bu, bütün türk tarixini dərk etmək üçün açar, fövqəladə coğrafi müqəddimədir.
Meşənin yoxluğu, məsələn, yeni inşaat materialları, iqlim isə başqa cür yaşayış evləri, məişətin yeni formalarını axtarmağı tələb edirdi. Su, yanacaq, otlaqlar, ehtiyatların saxlanması və bir çox şeylər haqqında indi yenidən düşünmək lazım gəlirdi. Yalnız güclü, fərasətli və zəhmətsevər xalq çölü qəbul edə bilərdi. Əvvəllər burada insanlar tək-tək hallarda məskunlaşırdı, çünki düzənlikdə həyat həddindən artıq çətin idi, onun özünəməxsus sərt təbiəti var idi.
Düzü, çölü görməyən bəzi tarixçilər çox asanlıqla müxtəlif xalqları minlərlə kilometr məsafədə yerləşən düzənə “köçürürlər”. Onlar hətta fikirləşmirlər ki, nabələd adam çöldə bir addım da ata bilməz, məhv olar.
İndinin özündə belə atsız orda yüz kilometr də getmək olmaz. Birincisi, ayaqqabın davam gətirməz. İkincisi, istiqaməti müəyyənləşdirməyi bacarmayan və çöl həyatı vərdişləri olmayan adam burada sağ qala biməz, bura insan üçün Yerin ən çətin təbii zonasıdır. Səhrada bundan asandır, heç olmasa, şaxtası, qarı olmur.
N.Oqaryov
«Şəcərədə qeyd edilir ki, Oqaryovlar nəslinin əsasını qoyan Kutlamamet adını daşıyan Oqar ləqəbli murza xristianlığı qəbul etdikdən sonra Panteleymon adını aldı və Qızıl Ordadan böyük knyaz Aleksandr Yaroslavoviç Nevskinin yanına gəldi». Oqar ləqəbi türk dilində «hündür, böyük» deməkdir.
Çölə isə bizim alimlər bütöv xalqları (heyvanları, yükləri ilə birlikdə) “köçürmüşlər”. Onlar – bu “kabinet sakinləri” bilmirlər ki, çöl dözülməz boranları olan şiddətli qış deməkdir, çöl yandırıcı susuzluğu ilə qızmar yay deməkdir, tam tənhalıq, istiqaməti müəyyənləşdirməyin mümkün olmaması deməkdir. Çöl türklərin qarşısına məhz belə qorxunc halda çıxmışdı.
Qıpçaqlar çölə doğmalaşana qədər onilliklər keçdi və onlar dedilər: “Bizim çöl”. Və çöllə qərbə sarı getməyə başladılar.
Xalqların Böyük köçü möhtəşəm bir hadisədir. Lakin bu nə idi? O necə görünürdü? Bunun qeyri-mütəşəkkil bir izdihamın harasa irəlilədiyi bir proses olduğunu demək düzgün olmazdı. Çöldə insanların heyvanlar üçün otlaq axtararaq avara-avara dolaşdığını hesab edən “köçəri sivilizasiya” nəzəriyyəsi çox ibtidai və sadədir. O, həyatın reallığını nəzərə almır. Yüksək inkişaf etmiş türklər üçünsə bu, ümumiyyətlə, yaramır. Həyat bundan qat-qat mürəkkəb idi.
Ola bilər ki, xalqların köç etməsinə yeni – quru yol nəqliyyatının ixtira edilməsi təkan verdi. Yüngül gəzinti arabası, ağır arabalar, təkər üstündə koma… Ola bilər ki, hər şey başqa cür olub, heç ixtiralardan başlamayıb. Həqiqətdə nə olduğunu biz heç vaxt bilməyəcəyik, nəyin əvvəl, nəyinsə sonra baş verdiyini öyrənməyimiz mümkün olmayacaq. Aydın olan odur ki, II əsrdə qərbə sarı nə izdiham, nə insan toplusu, nə də köçərilər ordusu hərəkət edib.
Arxeoloqların tapıntılarının sayəsində məlum olmuşdur ki, çöldə yeni yaşayış məskənlərinin, şəhərlərin və stanitsaların əsası qoyulur, yollar çəkilir, çaylar üzərindən körpülər salınırdı… Ərazinin mənimsənilməsi prosesi gedirdi, bu, ləng gedən, əziyyətli işdir. Məskunlaşmaq, çoxlarının təsdiq etdiyi kimi, “hunların yürüşü” deyil. Hətta süvarı yürüşü də deyil. Türklər çölün
15
Rusiya akademik elmi isə inadkarcasına, tarixdən heç bir yazılı sübut gətirmədən skifləri İran xalqlarına aid edir. Bütün arxeoloji tapıntıların bu fikrin əleyhinə olmasına məhəl qoymadan yalnız Herodota istinad edirlər. Lakin skif abidələrinin öyrənilməsi göstərir ki, “naməlum yazılar” adlandırılan yazıların üstündəki dolaşıq işarələri ornament kimi qəbul etsələr də, o başqa bir şey yox, türklərin run yazılarıdır. Ayrı-ayrı söz və ifadələr çox dəqiq oxunur. Bu (eyni zamanda Herodot tərəfindən təsvir edilən çöl xalqslarının adət və ənənələri) deməyə imkan verir ki, skiflər başqa yazıya və başqa mədəniyyətə malik iranlılar deyil, məhz türklərdir.