Название | Avropa. Türklər. Böyük Çöl |
---|---|
Автор произведения | Murad Acı |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243734 |
Heç vaxt olmayan “monqol-tatar əsarəti”nə inandırıldılar. Bu uydurma fikir XIX əsrdə, slavyanpərəstlik dövründə meydana gəlib, müəllifi isə bir gimnaziya müəllimidir, onun haqqında N.M.Karamzinin yazılarında bir neçə sətir qeyd də var. Bu təxəyyül məhsulu çoxlarının ürəyincə idi.
İ.Mürat – fransız marşalı, Napoleonun tərəfdarı
Məgər türklər tarixlərini Çingiz xan dövründənmi başlayıblar? Məgər bizim dövlətçiliyimiz Qızıl Ordadanmı başlayıb? Akademik bisavadlar nə ixtiyarla türklər haqqında ikrahla söz açmış hansısa bir fırıldaqçı ərəb taciri ibn Fədlanı[4] türklərin mənəvi fikir peyğəmərinə çeviriblər?..
Yəni biz ağlımızı o qədər itirmişik ki, hər şeyi unutmuşuq? Yəni biz bu qədər mənəviyyatsızlaşmışıq? Yaddaşımız o qədər gödəkdir?
Görünür, belədir – bəzi uydurmaçılar, məsələn, Qazaxıstandan olan biri köçəri mədəniyyətinin “konsepsiyasını” sübut etməyə çalışır… Belə düşüncəsizliyi çətin ağıla gətirmək olar. Böyük Çöldə türklərin heç bir “köçəri mədəniyyəti” olmayıb və ola da bilməzdi. Monqollar köçəri olublar, amma qıpçaqlar heç vaxt köçəri olmayıblar… hətta qazaxların bu cür “elmi” yazılarında belə özlərinin köçəri adlandırılmalarını istəmirlər!
Əcdadlarımız oturaq həyat keçiriblər, əkinçilik və maldarlıqla məşğul olublar; onlar gözəl sənətkar idilər, müdafiə məntəqələri tikir, suvarma kanalları çəkir, yol və körpülər salırdılar… Ən qədim çuqun xış məhz türklər yaşayan Altayda tapılıb, hansı ki ondan eramızın əvvəlində istifadə edilib. Bir çox “qədim rus şəhərlərinin” və yaşayış məntəqələrinin əsası IV–V əsrlərdə, Xalqların Böyük köçü başa çatanda türklər tərəfindən qoyulub.
Nikopollu skif (M.Gerasimovun bərpası)
Kenkoldan olan hun (M.Gerasimovun bərpası)
“Köçəri mədəniyyəti” termini elmdə olan siyasətçilər tərəfindən uydurulub. Çölü zəbt etdikdən sonra türk xalqını öz mədəniyyətindən məhrum etmək, onu kütləyə çevirmək lazım idi. Təsadüfi deyil ki, Böyük Sovet Ensiklopediyasının üçüncü nəşrində “Türklər” haqqında məqalə ümumiyyətlə yox idi, halbuki ensiklopediyanı tərtib edənlər başqa xalqları, hətta Afrika xalqlarını belə unutmamışdılar…
Bu yaxınlaradək çox şeylər diqqət çəkmirdi, lakin indi müstəqil Azərbaycan və Özbəkistanda bu barədə bilməmək ayıbdır. Onlar, qismən Rusiya, Ukrayna və Qırğızıstan, eləcə də Qazaxıstan köçərilərin heç vaxt yaşamadığı Dəşt-i Qıpçaq adlandırılan Böyük Çöl ölkəsinin tarixi varisləridir.
Ərəblər Böyük Çölü “Şəhərlər ölkəsi” adlandırırdılar, ibn Battuta və digər səyyahlar belə yazırdılar. Varyaqlar isə “varyaqlardan yunanlaradək” yolun hər iki tərəfini (Dnepr su hövzəsi) “Şəhərlər çarlığı”, onların dilində “Qardarik” adlandırıblar… “Köçərilər” və “Şəhərlər ölkəsi” – ziddiyyət açıq-aşkar gözə çarpır.
Milli mətbəximizi yada salaq, onun undan hazırlanmış xörəklərini xatırlayaq və müqayisə edək: beşbarmaq – un – taxıl – əkinçilik və… köçərilər. Nə alınır? Uyğunsuzluq. Ona görə ki öz taxılımız – çöldə yetişdirilmiş taxılımız var idi. Çovdar və arpanı ənənəvi olaraq qıpçaqlar əkir, hər ikisini çox yüksək qiymətləndirirdilər, çünki sərt Altay iqliminə ən çox uyğunlaşmış bitkilər məhz bunlar idi. Vələmir və qarabaşaq məhsulunu qədim Rusda “tatarka” adlandırırdılar.
M.Kutuzov
«Kutuzovlar soyadının kökündə… Kutuz (quduz) ləqəbi durur ki, o da türk sözü olan «qəzəbli», «tez coşan», «həyəcanlı» deməkdir».
Vaxtdır, bir çox uydurulmuş “həqiqətlərə” yenidən baxılmalıdır. Gec-tez bizim xalqı öz qədim adı ilə adlandırmaq lazım gələcək. Biz qıpçaqlarıq və qıpçaq olaraq da qalmalıyıq… Türkləri tarixi salnamələrdə daha necə adlandırmayıblar ki: avarlar, barsillər, bolqarlar, burqundlar, hunlar, peçeneqlər və onlarca digər adlar… Belə qarışıqlıq siyasətçilərə çox lazım idi, çünki yalnız bu yolla “sübut etmək” olardı ki, Böyük Çöldə parçalanmış halda bir çox müxtəlif tayfa və xalq yaşayıb. Hələ eramızdan əvvəl Çin hökmdarlarına idarəetməni öyrənmək üçün örnək olan vahid türk dövlətçiliyini bax bu cür gizlədirdilər.
Əsrlərin yalanı qarşısında çox şeylər unudulub…
Öz kitablarımda mən bilərəkdən Dəşt-i Qıpçaq əhalisini qıpçaqlar və yaxud çöl adamları adlandırıram. Başqalarını da mənim kimi davranmağa çağırıram. Çünki bizim vətənimizə Qıpçaqlar Çölü deyirdilər, deməli, xalqın da yeganə adı (qəbul edilmiş qaydalara görə), özü də özünü adlandırdığı kimi qıpçaqdır.
Bilirəm, “qıpçaq” türk xalqının qollarından biridir, özü də çox tanınmışı deyil. Qoy belə olsun! O bizim çölə ad verib, gəlin biz onu ucaldaq və bununla Böyük Çölün mədəniyyətini əxz etmiş bütün xalqların da tarixini ucaldaq.
N.Karamzin
«Karamzin soyadının türk kökü var: o, krım-tatar və ya türk dilindən gəlmişdir, mənası qara mirzə deməkdir». Türk dilində «kara» – qara, «mirzə» titulu isə əsilli, nəcabətli adama deyirdilər. Karamzinlərin ailə gerbləri onların Şərqlə əlaqəsini göstərir.
Bu gün biz qıpçaqlar əlliyə qədər “xalqcıqlara” bölünmüşük. Bizi diri-diri parçalayıblar. Ona görə bəziləri ana dilini unudub, digərləri onu azacıq dəyişib, qoruyub-saxlayıblar. Lakin məlumdur ki, xalqı fərqləndirən dil deyil, onun ruhudur. Dil insana ona görə verilib ki, öz fikir və hisslərini səsləndirsin. Dil sözlər üzərində hakim deyil, sözlər ürəkdən gəlir; məsələn, gəlin görək slavyan adlansa da, qanına görə türk misgərləri nəsli Tuççilərdən olan Fyodor Tütçev nə yazır. Hansı ki bunu yalnız qıpçağın ruhu deyə bilər:
Acı taleyin hökmü ilə ayrılsaq da biz,
Yenə də bir xalqıq, bir ananın övladları.
Əzəldən dost-doğma qardaşlarıq biz,
Budur səbəbi bizə olan kin-küdurətin.
“Rus” türkünün sözlərində ocaq istisi, yovşan iyi… süvarilər dəstəsi və ilxı, naxır, sürülər… babamın babasının ulu babasının beşiyi üzərində oxunan mahnı və laylalar var. Düzdür, əsər
4