Название | Uşaqlıq. Yeniyetməlik... |
---|---|
Автор произведения | Лев Толстой |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244069 |
Nənəm yazdığım şeiri ona oxumaq istəyirdi, amma fikrini dəyişib şeiri bürmələyib qutunun altına qoydu. Sanki eşitdiklərindən sonra knyaginyanın belə əsərə qulaq asmağa layiq olmadığını qərara aldı.
– Ah, cavanlarınızla məni tanış etsəniz, – knyaginya bizə baxıb mehribanlıqla gülümsədi.
– Bu, kübar bir gənc olacaqdır, – atam Volodyanı göstərib sonra əlavə etdi: – Bu isə şairdir.
– Şair hansıdır? – knyaginya soruşdu.
Atam fərəhlə gülümsəyib:
– Budur, bu kəkilli balaca oğlum, – deyə cavab verdi.
«Mənim kəkilimin bura nə dəxli, danışmağa başqa söz qəhətdir?» – düşünüb otağın bir küncünə çəkildim.
Gözəllik haqqında mənim qəribə anlayışım var idi – hətta Karl İvanıçı dünyada ən gözəl adam hesab edirdim. Lakin özümün qəşəng olmadığımı çox yaxşı bilirdim, ona görə də xarici görünüşümlə bağlı eşitdiyim hər eyham qəlbimi ağrıdırdı.
Yaxşı yadımdadır ki, bir dəfə nahar zamanı – onda mənim altı yaşım olardı – anam dedi ki, mənim ağıllı gözlərim, qəşəng təbəssümüm var. Lakin atamın gətirdiyi dəlillər qarşısında anam təslim olub çirkin olduğumu etiraf etdi.
– Nikolenka, – atam yanağımı sığalladı, – bil ki, qəşəng olmadığın üçün səni heç kəs sevməyəcək. Buna görə də çalışmalısan ki, ağıllı və mehriban uşaq olasan.
Bu sözlər çirkin olduğuma nəinki məni inandırdı, həm də əmin oldum ki, hökmən mehriban və ağıllı bir uşaq olacağam.
Buna baxmayaraq tez-tez məyus olurdum. Fikirləşirdim ki, mənim kimi yastı burnu, qalın dodaqları, boz rəngli xırda gözləri olan bir adam heç vaxt xoşbəxt ola bilməz. Allaha yalvarırdım ki, möcüzə göstərsin, məni qəşəng bir oğlana çevirsin. Hazırda ixtiyarımda olanları, gələcəkdə malik ola biləcəyim hər şeyi gözəl sifət üçün verərdim.
Knyaz İvan İvanıç
Knyaginyanın israrlarından sonra nənəm şeiri yazdığım kağızı gizlətdiyi yerdən çıxardı və mənə uzatdı ki, oxuyum. Knyaginya şeirə diqqətlə qulaq asdıqdan sonra onun müəllifini təriflərə qərq etdi. Bu təriflər nənəmin ürəyini yumşaltdı və knyaginya ilə fransızca mehriban şəkildə söhbət etməyə başladı. Axırda isə knyaginyanı uşaqları ilə birlikdə axşam yeməyinə çağırdı.
Həmin gün təbrikə gələnlərin ardı-arası kəsilmədi.
Onlardan biri yetmiş yaşlarında olan hündürboy, böyük epoletli hərbi mundir geymiş knyaz İvan İvanıç idi. Knyaz İvanıç öz igidliyi sayəsində hələ çox gənc yaşlarında böyük mənsəb sahibi olmuşdu. Mən gözümü ondan çəkə bilmirdim. Hamının bu adama hörmətlə yanaşması, onu gördükdə nənəmin çox sevinməsi, nənəmlə sərbəst rəftarı məndə knyaza qarşı ehtiram doğururdu. Atam şeirimi İvan İvanıça oxuyanda o məni yanına çağırıb nənəmə beləcə də dedi:
– Xalaqızı, nə bilirsən, bəlkə də, bu uşaq ikinci Derjavin11 olacaq.
Qonaqlar dağılışdılar, atamla Volodya çölə çıxdı. Qonaq otağında knyaz, nənəm və bir də mən qaldıq.
– Bəs bizim sevimli Natalya Nikolayevna nə üçün gəlməyib? – knyaz qəfil soruşdu.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Lələ – keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəçisi
2
Mürəbbiyə – keçmişdə dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan qadın
3
Eşikağası – keçmişdə imkanlı şəxslərin evində qulluqçuları idarə edən şəxs
4
Müşəmbə – su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça
5
Poruçik – kiçik zabit rütbəsi
6
Konsert – orkestrin müşayiəti ilə bir musiqi aləti tərəfindən ifa olunmaq üçün yazılmış musiqi əsəri
7
İkona – xristian dininə məxsus müqəddəslərin təsvir edildiyi boyakarlıq əsəri
8
Knyaginya – knyaz arvadı
9
Lakey – nökər
10
Knyaz – çar Rusiyasında bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul
11
Qavril Romanoviç Derjavin (1743–1816) – Rusiya dövlət xadimi, şair
11