Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan. Ələsgər Siyablı

Читать онлайн.
Название Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan
Автор произведения Ələsgər Siyablı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952837131



Скачать книгу

linqvistik və digər dəlillərə əsasən ural-altay qrupuna bağlamağın daha inandırıcı və doğru olduğu fikrini irəli sürür. (H. Frankfurt, 2005)

      Orta Asiyada aşkar edilən ən qədim arxeoloji mədəniyyətlərdən biri də Qazaxıstan çöllərinin mərkəzində “Üç çayarası” adlanan Tobol, İrtış və İşim çaylarının bir-biri ilə ən yaxın məsafə təşkil edən vadilərində 1980-ci ildə aşkar edilmiş, e.q. 3500-ci ilə aid Botay arxeoloji mədəniyyətidir. Botayda atın əhliləşdirilməsi, bəslənməsi və təsərrüfat məqsədilə istifadə edilməsinin ən qədim mərkəzlərindən biri olduğu müəyyən edilmişdir. Arxeoloji araşdırma nəticəsində Botayda və onun ətrafındakı digər arxeoloji mədəniyyətlərdə 5500 il öncə insanlar tərəfindən at südündən qida kimi istifadə olunduğu sübut olunmuşdur.

      Fikrimizə görə Avropa bilim adamlarının Okus uyqarlığı adlandırdıqları və Orta Asiyanı əhatə edən arxeoloji mədəniyyətin Turan uyqarlığı adlandırılması daha doğru olar.

      E.q. 3-cü minillikdən isə atın ilk olaraq əhliləşdirildiyi Qazaxıstanın Botay mədəniyyəti insanlarının güneyə köçləri və Okus mədəniyyəti insanları ilə qarışması tendensiyası müəyyən olunmuşdur. Genetik araşdırmalara görə R1b haploqrupunun daşıyıcıları olan öntürklər 5700–5100 il öncə Qazaxıstanda Botay arxeoloji mədəniyyətinin əsasını qoymuşlar. Son arxeoloji məlumatlara görə at 5500 il öncə ilk olaraq Qazaxıstanda əhliləşdirilmişdir. (Клесов А., Основная загадка, Səh. 40–41)

      Rus genetiklərinin də iştirak etdiyi Beynəlxalq genetika mütəxəssislər qrupunun apardığı tədqiqatlar Qazaxıstanın e.q. 3700-3100-ci illərə aid edilən Botay mədəniyyəti mənsubları ilə hind-avropalı mənşəyə malik hesab edilən Yamnaya mədəniyyəti mənsubları arasında hər hansı bir genetik qohumluq əlaqəsi müəyyən edə bilməmişdir. Qazaxıstanda və Qırğızıstanda aşkar edilmiş insan qalıqlarının DNA testi onların Yamnaya deyil, Botay mədəniyyətinin yaradıcıları insanlara mənsub olduqlarını sübut etmişdir. Atın məhz Yamnaya mədəniyyəti insanları tərəfindən əhliləşdirilməsi iddiaları onlardan yüz illərlə öncə Botay arxeoloji mədəniyyətində əhliləşdirilmiş at qalıqlarının aşkar edilməsi ilə təkzib olunmuşdur. Beləliklə, əhliləşdirilmiş atın hind-avropa mənşəli Yamnaya mədəniyyəti mənsubları tərəfindən bütün dünyaya və o cümlədən Avrasiyaya yayıldığı haqqındakı iddialar əsassız iddiadır. (Peter de B. Damgaard, Jour, Science 29 juni 2018, vol. 360)

      Genetik və arxeoloji tədqiqatlar sübut edir ki, Okus uyqarlığının əkinçi əhalisi IV–III minilliyin mis dövründə Güney Asiya və İran yaylasında əkinçi əhali təbəqəsinin yaranmasında əsas rol oynamış və Turan bu bölgəyə əhali miqrasiyasının əsas mənbəyini təşkil etmişdir. Bürünc dövründə Anadoludan şərq istiqamətində hərəkət edib Orta Asiyaya gələn əkinçi əhali qrupu burdakı Okus uyqarlığı insanları ilə qaynayıb qarışaraq mədəniyyətin yeni bir inkişafına təkan vermişdir. (V. Narasimhan, Jour, Science, Vol. 365, 2019)

      Türkistanda Anau mədəniyyətinin davamı kimi dəyərləndirilən, Özbəkistanın Qaraqalpaq bölgəsində Aral dənizi ətrafında 1939-ci ildə məhşur rus-sovet arxeoloqu və tarixçisi S.P.Tolstov tərəfindən aşkar edilmiş, e.q. VI–III minilliklərə aid Neolit dövrünün Kelteminar mədəniyyətidir. Kelteminar mədəniyyətini sovet dövründə inadcıllıqla türklərə deyil, fin-uqorlara aid etməyə cəhd göstərirdilər. Lakin müasir dövrdəki linqvistik və genetik araşdırmalar fin-uqorların tarix səhnəsinə çox gec dövrlərdə qədəm qoyduqlarını və onların bu mədəniyyətlə hər hansı bir əlaqələrini olmadığı təkzib edilməz elmi dəlillərlə sübut olunmuşdur. Keltenminardakı oturaq əhali balıqçılıqla və ovçuluqla məşğul olurdular. Kelteminarın sakinləri 100–130 nəfər insanın yerləşə bildiyi böyük icma evlərində yaşayırdılar. VI minilliyə aid Kelteminar mədəniyyətinin aşkar edilməsi Orta Asiyanın hind-iranlıların ilkin vətəni olması haqqındakı əsassız iddiaları puça çıxarmış oldu. (С.П. Толстов, 1962)

      İngiltərədə nəşr olunan “Turanlıların və Pan-Turanizmin soraq kitabı” əsərində Turan coğrafiyasının sərhədləri müəyyən edilərək yazılmışdır ki, qədim Turan Mərkəzi Asiyanı, yəni İranın şimalından Əfqanistana qədər, ordan Aral dənizinə və şərqdə Çin Türkistanının da daxil olduğu ərazini əhatə edirdi. Ural-altay dil ailəsinə mənsub etnik birliklər içərisində yalnız türklər qədim Turanda yaşamaqda davam edərək qədim turanlıların bölgədə yeganə varisləri kimi mövcuddurlar. Həmin kitabda yazıldığına görə turanlılar Aralıq dənizinin şərqindən Yapon dənizinə və Şimal Buzlu okenın sahillərinə qədər olan Asiyadakı geniş ərazidə məskunlaşmışlar. Turanlıların iki əsas qolu Avropaya köç etdi, onların bir qolu şimala və qərbə doğru Baltik dənizi və Atlantik okean tərəflərində, cənubda isə Budapeştə tərəf hərəkər edərək bu ərazilərdə yerləşdilər, digər qolu isə cənub-şərqə doğru gedərək Balkanların böyük hissəsində məskunlaşdılar. (A Manual oft he Turanians and Pan-Turanianism, 1920, Səh. 13,14)

      Tarım hövzəsi və Asiyanın yüksək ovalıqları qədimlərdə olduğu kimi bu gün də turanlıların yurdudur. (Egon Eikstedt, 1934, Səh. 278)

      Qədim Turan indiki Türkmənistan və Qazaxıstanın yerləşdiyi ərazini, yəni Mərkəzi Asiyanı, İranın şimalından Əfqanistana, ordan Aral dənizinə və şərqdə Çin Türkistanının da daxil olduğu ərazini əhatə edirdi. (A Manual of the Turanians and Panturanism, London, 1920, Səh. 13)

      Tarixi qaynaqlardan da məlum olduğu kimi türklərin ulu əcadadı Tur eyni zamanda Turan dövlətinin yaradıcısı olmuşdur. Tur ulu əcdad-eponim olaraq öz adını türk ulusunun yaradıcı etnosu olan turlara vermişdir. Turların hakim etnos kimi Turan dövlətinin hakimiyyət sülaləsini təşkil etmələri haqqındakı məlumatlar kökünü Sumer və Ön Asiyanın digər qədim xalqlarının miflərinin təşkil etdiyi Avesta və digər irandilli qaynaqlarda da, öz əksini tapmışdır.

      Turan adlandırılan böyük türk xaqanlığına bir zamanlar İran dastanında Əfrasiyab, ümumi Türk dastanlarında Alp Ər Tonqa və “Oğuznamə” dastanında Oğuz xaqan adlandırılan ulu hökmdar başçılıq edirdi. Yəni Böyük Turan dövləti dedikdə ilk ağla gələn Mərkəzi Asiyada bu adla mövcud olan və bir çox mənbələrdə haqqında bəhs olunan, iran qaynaqlarında Əfrasiyab, türklər tərəfindən isə Alp Ər Tonqa adlandırılan hökmdarın hakimiyyət sürdüyü dövlətdir.

      Tarixi mənbələrdə və Avesta rəvayətlərində arilərin ölkəsi kimi təqdim olunan Aryaşayana və onun tərkibində olan Dranqiananın turların tayfasına mənsub olan Turan padşahı Franqrasyan, yəni Əfrasiyab tərəfindən zəbt olunaraq onun ərazisinə daxil olduğunu yazılır. (И.М.Дьяконов, 1971, Səh. 142–143)

      Dranqiana Turan adının Avestada təhrif olunmuş şəklidir və Turanın güneydə yerləşən bu ərazisi iranlı arilər tərəfindən işğal olunduğu zaman Turan padşahı Əfrasiyab hücum edərək oranı yenidən öz hakimiyyəti altına almışdır.

      Riqvedada Turvaşa, Yada, Anav və Dahyu kimi turanlı öntürk tayfalarının Pəncabı işğal etmək istəyən hind-ari tayfalarına qarşı mübarizəsindən bəhs olunur. Burda adı keçən Dahyu Arsaqilərin mənsub olduqları daha boyu olduğuna heç bir şübhə yeri qoymur.

      Türk xalqlarının böyük mütəfəkkiri Mahmud Kaşğarlı türklərin vətəni olan Turanın bir cahan dövləti olduğunu dilə