Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı

Читать онлайн.
Название Dünya tarixinin Turan Dövrü
Автор произведения Ələsgər Siyablı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952837124



Скачать книгу

birliyindən yaranmış konfedarativ xarakterə malik idi. Turukku uzun müddət ərzində Mesopotamiyanın şimalındakı şəhərlərə basqınlar yapan yarım köçəri qəbilə xalqı kimi qəbul olunurdu. Qüdrətli Assuriya və Babil dövlətləri bir neçə yüz il ərzində döyüşkən Turukkulara qarşı mübarizə aparsalar da, onu tamamilə özünə tabe edə bilmədi. Aramsız Assuriya hücumları qarşısında davam gətirə bilməyən Turukkuların böyük bir qismi Zaqros dağları yaylalarında məskunlaşmış digər xalqlar kimi şərqə doğru daha təhlükəsiz ərazilərə köçməyə məcbur olmuşlar. (Kitabın sonrakı bölümlərində Turukkular haqqında geniş bəhs olunacaqdır.)

      Tarixi faktlara əsasən Türk adı bir dövlət adı olaraq iddia edildiyi kimi ilk dəfə Göy Türk dövləti adında deyil Hommelin də qeyd etdiyi kimi Turuk(ku) dövlətinin adında öz əksini tapmışdır.

      A.Spayser Elamın qonşuluğunda Dəclə çayının doğusunda yerləşən Tukriş ölkəsinin Qutulərə aid olduğunu yazır. Onun fikrinə görə Lullibilərlə eyni qrupa daxil olan Turukki və Tukri/Tikriş eyni adın “r” hərfinin yer dəyişməsi ilə müxtılif formalarını təşkil edir. (A.Spayser, 1930, Səh. 96)

      İngilis tarixçisi F.Smithə görə Mesopotamiyada ari, sami və turan irqləri arasında qarşıdurmanı irqlər arasındakı mübarizənin yalnız bir fazasını təşkil edir. O yazır ki, Asiya sakları olan tatar və fin tayfaları tərəfindən təmsil olunan və nə vaxtsa cənubun məhsuldar ölkələrinə axın edərək yerləşən böyük Turya və ya Turan irqi hansı səbəblərdənsə yenidən Mərkəzi Asiyanın bir o qədər də qonaqpərvər olmayan ərazilərinə geri dönmüşlər. Asiyanın qərbində 1500 il ağalıq edən iskit-saklar yenidən öz ilkin vətənlərinə geri dönüşü orda yerləşmiş arilərlə qarşıdurmaya və müharibələrə səbəb olmuşdur. (Smith P. 1888, Səh. 379)

      Qədim Turan irqinin bir qolunu da Kiçik Asiyada məskunlaşmış Troya və Etrusklar təşkil edirdilər. Tarixi mənbələrdə əks olunduğuna görə Akkad çarı Sarqonun m.ö. 2312-ci ildə Sumerə qarşı başladığı işğalçılıq yürüşü nəticəsində sumerlilərin bir hissəsi öz vətənlərini tərk edərək müxtəlif istiqamətlərə mühacirət etmişdilər. Onların bir qolu da Kiçik Asiyaya hərəkət etmiş və burada bir çox xalqların formalaşmasına səbəb olmuşdur. Etnik köklərinin köçmən sumerlərin təşkil etdiyi xalqlardan biri də Troya tayfaları və etrusklar olmuşlar.

      Troyalıları türk hesab edən XV əsr bizans müəlliflərinin fikirlərinə uyğun olaraq Etruskların Troya şəhərinə verdikləri “Truia” adı ilə iranlıların türklərə verdikləri “Tura” adı arasında mütləq bir bağlılıq vardır. Hər iki ad öntürklərin mixi yazılarda ifadə olunan Tur eponimi ilə əlaqədardır.

      Bir çox müəlliflər Etruskların sumer mənşəyinə malik olduqları haqqında fikirlər irəli sürüblər.

      Yunanlılar Etruskların adını “Tyrrhen” şəklində yazıb “Türhen” kimi tələffüz edirdilər. Yunan əlifbası dəyişikliyə uğramadan öncə onların Etrusklara verdikləri daha qədim ad isə “Turhan” idi. “Turhan” adı Etruskların İtaliyadakı əfsanələrində dəyişik şəkillərdə əks olunmuşdur.

      Anadoludan İtaliyaya köçdükləri zaman Etruskların başçılarının adı Turhan idi. Strabon yazır ki, “Türhen İtaliya sahillərinə yanaşdı. Eyni bölgədə on iki şəhər saldı. Bu bölgə Türhenia adlandı. Türhen bu on iki şəhərin idarəsini Tarkhon adlı başçıya həvalə etdi. Şəhərlərdən birinin adı da Tarkhinia idi. Başçı Tarkhon hələ uşaq olduğu zamandan ağlı ilə ətrafdakıları təəccübləndirdiyi üçün əfsanədə ağ saçlarla doğulduğu qeyd olunmuşdur”. (Adile Ayda, 1987, səh. 153)

      İtaliya və etrusklar haqqındakı bölümdə bu haqda geniş bəhs ediləcəkdir.

      Eramızın I əsrində yaşamış Romalı tarixçi Pomponiy Mela Herodotun öncə qeyd etdiyi yirklərin yerləşdiyi ərazilərdə, Volqa və Ural çayları boyunca yaşayan Turcia adlı tayfalardan bəhs edir

      Herodot etruskların kökünü Kiçik Asiyaya bağlayır. Kiçik Asiyadan köçərək İtaliyaya gedən etruskların da kökü Tirasa bağlıdır. Yunan mifologiyasında Turas Troyanın ilk çarı və şəhərin əsasını qoyandır. Homer Turası yunan variantına uyğun olaraq Ares adı ilə təqdim edir. Yunan mifologiyasında Turos/Ares Trakyanın patronudur. Son genetik araşdırmalar nəticəsində etruskların Kiçik Asiya kökənli olduqlarının sübut olunması Herodotun versiyasını təsdiq edir. Etruskların adı da (latınca Etrusci) və ya qədim yunanca tirren/tirsen traklarla eyni kökdən gəlir. Etrusk adındakı “e” ön şəkilçidir və sözün kökü “trusk”-dur.

      Ünlü italyan tarixçisi Luici Pareti “Le origini degli Etruschi” adlı əsərində yazır ki, “Bizanslı Stefanosa görə Tarkhon Tarkhinia şəhərinə öz adını vermişdir. Tarixçi Virqilə görə Tarkhon Etruskların Lidiya mənşəli başbuğu və Eneanın müttəfiqidir. O, Turhanın qardaşı, Heraklın isə nəvəsidir. Digərləri isə Tarkhonu Turhanın oğlu hesab edir. “Beləliklə, Paretinin verdiyi məlumatda Etrusklardan iki kralın adının Tarkhun olduğu meydana çıxır. Bu ad iki tərkibdən ibarətdir Tur və Khan, Tur türklərin ənənəvi eponimi “khan” isə hökmdar ünvanıdır. (Adilə Ayda, səh. 154–155)

      Türklərdə əkinçilik tanrısı Tari adlanırdı. Bu ad türklərdə əkinçiliklə əlaqədar bir çox sözün kökünü təşkil edir. Tarla, Tarım, Tariq, Taril, Tariqlıq, Tarı kimi sözlər həmin kökə bağlıdırlar. Kilikiyada əkinçilik tanrısı Tarhun adlanırdı, Hititlərin məhsuldarlıq tanrısı da Tarxuna adlanırdı. Türklərdə hakimiyyət mənsubu təbəqənin nümayəndələri Tarxan ünvanı daşıyırdılar. Romanın etrusk mənşəli aristokrat sülaləsi Tarkuniya adını daşıyırd. Bu adın kökünü Kiçik Asiyadakı turanlı öntürklərin Tarku tanrısı təşkil edirdi. (Yusif Ziya Özer. 1932, Səh. 360)

      Türk adı ilə bənzərlik təşkil edən və onun dəyişik fonetik şəkli olan Turşa və Turuska adı həm Misirdə, həm də Hindistanda türklərlə əlaqələndrilən qədim eponimlərdir.

      Turshalar e.ə. II minilliyin ikinci yarısında Misirə hücum edən və qədim müəlliflərin “dəniz tayfaları” adlandırdıqları tayfalardan biridir. Tursha adı iki tərkibdən ibarətdir, Tur-sha. Tur türklərin ənənəvi eponimi “sha” isə “sak” kəlməsinin qarşılığı, daha doğrusu Tursak adının dəyişik formasıdır.

      Tursak eponimi Sumer mətnlərində də keçir və mənası Sumer dilində nəvə, yəni oğulun oğlu, digər bir anlamı isə oğulların rəhbəri-başçısı deməkdir. (J.Halloran. 1999, Səh. 45, 110)

      Avesta Hindistanın sanskrit dilinə çevrildiyi zaman Tur adının qarşılığı kimi Turuşka adından istifadə olunmuşdur. Bu onu göstərir ki, hindlilər Sakları Tursak adlandırmışlar. İtaliyada latınlar Etruskları Tyrrhen adı ilə yanaşı “Tusc” adı ilə də adlandırırdılar. Lakin İtaliyanın bəzi yerlərində aşkar edilmiş yazılarda Etrusklara Turscı də deyildiyi məlum olmuşdur.

      Bütün bu deyilənlərə nəticə vuraraq qeyd etmək labüd olur ki, Etrusklar, Choular, Basklar və Turshalar da Saklar idilər ən doğrusu isə Türk saklar idilər. (Adile Ayda, 1987, səh. 160)

      Hititlərin baş tanrısı olan Tarkuya Kiçik asiyanın bir çox xalqları tərəfindən etiqad olunurdu ki, bu onların etnik mənşə baxımından qohum olduqlarını sübut edirdi. Kiçik Asiya xalqları içərisində Tarxun adı geniş yayılmışdı. (Eduard Meyer. 1913, Səh. 702)

      Hititlərin