Название | Dünya tarixinin Turan Dövrü |
---|---|
Автор произведения | Ələsgər Siyablı |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952837124 |
Sasanilər sülaləsinin hakimiyyəti dönəmində də Türklərin yaşadığı əraziləri Turan və Mərz-i Turan yəni Turanlıların ərazisi adlanırdı.
Firdovsinin “Şahnamə” əsərində və digər ərəb-fars mənbələrində İranı təmsil edən farslarla, sakları təmsil edən Turan arasında uzun illər ərzində davam edən və gah birinin gah da digərinin qələbəsi ilə nəticələnən çoxsaylı savaş səhnələri öz əksini tapmışdır. Bu savaşlarda Turanlıların başında iranlıların Əfrasiyab adlandırdıqları padşah dururdu. Mahmud Qaşqarlı və Yusif Balasaqunlu Əfrasiyabı Turan padşahı Alp Ər Tonqa adlandırırlar. İranlıların başında isə Kəyanilər sülaləsi, xüsusən də onlara mənsub olan və farsların Keyxosrov, avropalıların isə Kir adlandırdıqları şahları dururdu.
Turları inadcıllıqla irandilli tayfalar kimi qələmə verən avropa və rus tarixçilərinin iddalarının əksinə olaraq Şahnamə müəllifi Firdovsi heç bir şübhəyə yer qoymadan onların türklər olduqlarını aydın şəkildə yazmışdır.
Türklərin qədimdə adlarından biri Tur olduğu kumu digər adları da Sak idi. VI əsr Bizans tarixçisi Menandr Türklərdən bəhs edərkən onların qədim zamanlarda sak adlanrıldıqlarını yazır.
Fars dilində Turan həm turlar həm də turların ölkəsi deməkdir. Fransız tarixçi J.Blochet Avestada bəhs olunan Tur və Tura kəlmələrinin Türk demək olduğunu isbat etmişdir. İngilis türkoloq Marqvart da özlərini ilk dəfə Tura adlandıranların sak mənşəli massagetlər olduqlarını yazır.
Tur və Turan adlarını yalnız Avestaya və digər farsdilli mənbələrə əsaslanaraq izah edənlərin iddalalarının əksinə olaraq Ön Asiyada Avesta yaranmadan və İran dövləti meydana çıxmadan çox öncələr Tur və Turan adları müxtəlif formalarda şəhər, ölkə, etnonim, hidronim, teonim adları şəklində mövcud idi.
İngilis tarixçisi və Sumeroloqu E.Norris də digər müəlliflər kimi Tur adının öntürk dilinin bir qolu olan və onun sak dili kimi təqdim etdiyi midiya dilində geniş şərhini vermişdir. Onun yazdığına görə Bisütun kitabəsinin sak mətnində “Tur” sözünün mənası oğul deməkdir, bu söz həmçinin “doğulmaq”, ”törəmək” “yaranmaq” anlamları da daşıyır. “Tur” və “Tar” sözləri sak dilində ekvivalentdir və mənaları oğul və doğulmaq, törəmək deməkdir. Sakların dilində oğul sözü “Tur” və “Sakri” olmaqla iki müxtəlif şəkildə ifadə olunurlar. Lakin Tur oğul mənasında eyni zamanda bir titul ifadə etdiyi halda “sakri” sadəcə oğul yəni kiminsə oğlu deməkdir. Norrisin fikrinə görə türklərin ulu əcdadı Tur adının mənası qədim turanlıların dilində sadəcə oğul anlamı daşımır, Tur Tanrıın oğlu deməkdir. (Norris E. 1852, Səh. 185)
Yuxarıda XIX əsrin görkəmli assuroloq və tarixçiləri J.Oppertin, F.Lenormanın, E.Norrisin və digərlərinin Tur, Turan və Turuq/Turqu kimi eponimlərin elmi linqvistik izahlarını nəzərə alaraq bu sözlərin sumer dilində kokret etimologiyası əsasında şərh etmək olar.
Bizim fikrimizə görə Turan sözü Y.Oppertin də qeyd etdiyi kimi bilavasitə sumer dili ilə əlaqədə izah olunmalıdır. Tur sözü yuxarıda da, geniş surətdə şərh edildiyi kimi sumer dilində çox mənalı sözdür və bir mənası da “oğul” deməkdir. Tur eponimi Sumer dilində eyni zamanda müqəddəs bir yeri adlandırmaq üçün istifadə edilən bir metafordur. Oppertin, Lenormanın və Norrisin də qeyd etdiyi kimi Tur sadəcə bir “oğul” anlamı daşımayıb “Tanrının oğlu” deməkdir.
Sumer mifologiyasında baş allah göyüzünün tanrısı An adlanır. An bütün Sumer tanrılarının atasıdır. Tanrı An-ın ideoqrafik mixi işarəsi səkkiz guşəli ulduzdur. Bu səkkiz guşəli ulduz tanrı simvolu kimi bütün önəmli sumer tanrılarının adlarının önündə qoyulur. Səkkiz guşəli ulduz tanrı sözünün genəl simvolu kimi sumerin ümumi tanrı anlayışı olan Dinqir sözü ilə ifadə olunur. Yəni An və Dinqir göy üzü tanrısı kimi sumerin baş tanrısını ifadə edən eyni mənalı sözlərdir. Bu izahı doğrulayan əsas dəlil ondan ibarətdir ki, sumerlərin Dinqir tanrısı ilə türklərin Tenqri-si ekvivalent təşkil edirlər və hər ikisi də göyüzünü – səmanı ifadə edirlər. (J.Halloran. Sumerian Lexicon. Səh. 6)
Dinqir Sumerlərdə göyüzünün tanrısı olduğu kimi, Tenqri də türklərdə göyüzünün tanrısıdır.
Bütün bu deyilənlərdən çıxan sonuc ondan ibarətdir ki. Turan sözünün sumer dilində mənası “Tanrının oğlu”, yəni sumerlərin göyüzü tanrısı An-ın və Türklərin göyüzü tanrısı Tenqri-nin oğlu deməkdir. Turan eponimi zamanla yer, məkan anlamı qazanmışdır. Daha doğrusu, Turan tanrının oğullarının, övladlarının yaşadıqları məkan anlamı daşımışdır.
Turan adının sumer dilində digər bir izahı A-Tura sözündə ifadə olunur. Tura sumer dilində doğulma yeri, yurd anlamı daşıyır, öndəki “A” isə sumer dilində “ata”, “nəsl” anlamı daşıyan sözdür. Turan adı da A-Tura sözündən yaranıb və anlamı ata yurdu, doğulma və ya əcdad yurdu deməkdir. (John Halloran. 1999, Səh. 7, 74)
Sumer mifologiyasında An göy üzünün tanrısı və bütün tanrıların atası və babası idi. O Mesopotamiyanın digər xalqlarının da ən önəmli tanrılarından birinə çevrilmişdir. Yağışın mənbəyi kimi məhsuldarlığa səbəb olan göyüzü tanrısı An-nın epitetlərindən biri də “ürətən öküz” adlanırdı.
Tanrı Anın iki oğlu var idi. Enlil və Enki və hər ikisi də ataları An kimi öküz obrazında idilər. Başlarında öküz buynuzlu tac şəklində təsvir olunurdular.
“Enki və dünya düzəni” mətnində Anın oğlu Enki “öküzdən törəmiş öküz” adlanırdı. Bu ifadə Anın öküzlə özləşdrilməsinə uyğun olaraq onun ürətmək, törətmək kimi məhsuldarlıq keyfiyyətini əks etdrir. (Renate Marian van Dijk-Coombes. 2018, Səh. 11)
Tanrı sözünü ifadə edən An loqoqramının oxunuşlarından biri də “böyük, əzəmətli, nəhəng” deməkdir. Bu işarənin Dinqir teoniminin qısaldılmış şəkli kimi qəbul edildiyini qeyd edən G.Dossi İştaran adının İltaran və ya İlturan şəklində də oxunmasının mümkün olduğunu yazır. (G.Dossin. Səh. 76–78. Kramer Annivesary Volume. Neukirchen. 1976)
Sumer dilində İl/İlu tanrı deməkdir və İlturan və ya Elturan sözünün qədim turan dilində mənası Turan tanrısı anlamı daşımaqdadır.
Türk adı
Türk adının etimologiyası bir çox müəlliflər tərəfindən, o cümlədən də İbrahim Kafesoğlu və Reha Oğuz Türkkan tərəfindən geniş şərh olunmuşdur. (İbrahim Kafesoğlu, Reha Oğuz Türkkan. Türkler, cild 1, Ankara, 2002)
Türk adının etimologiyasına həsr olunmuş əsərlərin heç birində bu sözün Sumer dilinin semantikası əsasında şərh olunmasına hər hansı bir cəhd göstərilməmişdir.
Kolumbiya Universitetinin keçmiş professoru Reha Oğuz Türkkan Türk adının mənşəyi məsələsini şərh edərək yazır: “Türkün ilk doğuşundan bəri T+R+K kökünə dayanan təməl bir soy-irq adı mövcud olmuşdur. Kökü Tur və ya Tür olan bu ad yalnız Altaylarda və Bozkırlardakı ilk türklərdə deyil, Xəzər dənizi ətrafından Orta Doğuya, Yaxın Doğuya və Aralıq dənizinin hər iki sahilinə,