İrqlərin hökmranlığı və Arçibald sərhədləri. Tural İsmayılzadə

Читать онлайн.
Название İrqlərin hökmranlığı və Arçibald sərhədləri
Автор произведения Tural İsmayılzadə
Жанр
Серия İrqlərin hökmranlığı
Издательство
Год выпуска 0
isbn 978-9952-8411-7-6



Скачать книгу

hansı uşağa. Şəhərdə hər cür irqdən və qəbilədən varlıqlar küçədə o yana-bu yana ticarətlə məşğul olurdular. Bartun da insan ticarətçiyə az rast gəlinirdi. Uzun fəsillər əvvəl cənubdan gələn varlıqlar Bartun və ətraf bütün kəndlərdəki insanlara hücum çəkmiş, demək olar, sağ insan qoymamışdılar. Sağ qalanlar isə orta Arçibalda, Barkova və ətraf kəndlərə qaçmışdılar. Həmən dövrlər geridə qalsa da, insanların yaşadığı qorxular onlara bura yenidən qayıtmağa imkan vermir. Şəhərdə eldin ticarətçilər ən çox gözə çarpırdı. Onları digər irqlərdən fərqləndirən önə çıxan uzun sifətləri və demək olar ki, yerə çatan əlləridir. Boyları insan boyları ilə eyni olsa da, bu fərqli bədən quruluşuna görə onları insanlardan ayırd etmək çox da yorucu olmur.

      Neyla artıq cənub qapılarına çatmışdı. Onu kabil irqindən olan iki detron qarşıladı. Kabil irqi Arçibaldın ən qədim və ən ibtidai irqi sayılır. Onlar insanlara bənzəsələr də, fiziki cəhətdən inanılmaz gücə malikdirlər. Bir kabil fərdinin gücünü bəzən üç insan gücünə bərabər tuturlar. İbtidai irq olmaqlarının səbəbi isə meşələrdə və mağaralarda yaşamağı üstün tutmaqlarıdır. Ümumiyyətlə, divar və ya taxta evlərdə yaşayan bir kabil belə yoxdur. Detron dəstələrində xidmət göstərən kabillər belə gecəni açıq havada yatmağa üstünlük verirlər. Neyla detronlara çatarkən eyni detron salamı ilə qarşılandı. Qapıların sağ və sol hissələrində hər on beş addımdan bir daşdan gözətçi qüllələri inşa edilmişdi. Hər qüllədə gündüz bir, gecə iki detron cənubu həmişə nəzarətdə saxlayırdılar. Neyla ona ən yaxın sağ qülləyə taxta pilləkənlərlə çıxdı. Cənuba, bütün Arçibaldın “Cənub Boşluğu” adlandırdığı əraziyə baxdı. Bir anlıq gənc və gözəl döyüşçü bu ərazilərin nə qədər canlar aldığını fikirləşdi. Bu qədər döyüşlər görsə də bu torpaqlar, hələ heç kəs və heç bir irq cənub boşluğunun hansı sirləri gizlətdiyini bilmirdi. Hətta bəzən bu qədər ordunun bu əraziləri niyə və nədən qoruduğunu da bilmirdi Neyla. Uzun fəsillər əvvəl “Qara qüvvələrin” başçısı, hal-hazırda adının qadağa olunduğu bir insanla mübarizə aparırdı Arçibald. Lakin hər kəs bilir ki, qara qüvvələr məğlub oldu və qalan tərəfdarları da aclıqdan cənub boşluğunda tələf oldular. Amma yenə də Yüksək İcma bu sərhədlərdə nədənsə ehtiyat edirlər.

      Neyla arxasındakı rutin şəhər səs-küyü ilə qarşısındakı cənub boşluğunun ölüm səssizliyi arasında incə bir xətdə, gözətçi qülləsində gününü necə keçirəcəyi barəsində fikirləşirdi. Sakit bir gün planlaşdırırdı. Ya şəhərin şimalındakı yeni detronlarla görüş keçirdəcək, ya da elə cənub qapılarında gəzəcəkdi. Bu fikirlərin içərisində cənuba zillənən cavan qız onu aşağıdan səsləyən insan detronu ikinci dəfədən eşitdi. Geriyə dönüb belindən azacıq aşağıda sallanan xəncərindən tutaraq şəhərin enli küçəsinə baxdı. Onu çağıran orta boylu detron idi. Detron münasib vəziyyətdə olmadığı üçün birinci salamlaşmaq istəmədi, lakin sonra Neylanın sərt baxışları altında detron salamı verərək dedi:

      – Cənub döyüşçüsü, sizi şəhər başçısı çağırır.

      Neyla başıyla təsdiq edərək aşağı endi və cənub qapılarını geridə qoyaraq şəhər mərkəzinə ağır addımlarla irəliləməyə başladı. İnsan detron isə onun tam arxasında bir az sağ tərəfdə eyni sürətlə davam edirdi. Başçının evi onun həm də iqamətgahı sayılırdı və şəhər məsələləri ilə bağlı hamı ora müraciət edirdi. İqamətgah detron evinin yanında yerləşirdi. Bu, həm təhlükəsizlik baxımdan, həm də hər hansı əmr olarsa, dərhal icra olunması üçün belə inşa olunmuşdu. Neyla iqamətgaha irəliləyərkən şəhərin mehmanxanasının qarşısında dayandı. Onu mehmanxanın qarşısında duran varlıqlar cəlb etdi. Hansı irqə aid olduqlarını təyin etmək olmurdu. Neylanı ən çox narahat edən bu olmaqla yanaşı, onların öz aralarında danışdığı dil idi. Cavan döyüşçü Arçibaldın, demək olar, bütün dillərini bilirdi, amma bu üç varlığın danışıqları ona tanış gəlmirdi. Onlar həm də qəribə geyimləri ilə də diqqəti cəlb edirdilər. Qarşısını düz uzun xətt kəsən qara libasın ayaqları yerə dəyir, varlıqların üz hissəsində isə gözlərindən başqa heç nə görsənmirdi. Çəhrayı başlıq üz hissələrini tam örtsə də, libasları kimi qara saçları səliqəli şəkildə arxaya tökülmüşdü hər üç qəribə varlıqda.

      Neyla özündən asılı olmayaraq dayanıb sanki illərdir görmədiyi yoldaşlarına baxırdı. Onu yanına yaxınlaşan detronun səsi özünə gətirdi.

      – Döyüşçü, siz yaxşısız?

      Sanki yuxudan ayılan döyüşçü detrona tərəf dönərək:

      – Mən özüm başçının yanına gedərəm, müşahidəçiyə ehtiyacım yoxdur. Sən ordakı, – əlini mehmanxananın qarşısındakı varlıqlara uzatdı, – varlıqların kim olduğunu öyrən. Burda nə edirlər və kimdirlər? Yerli əhalidən olmadıqları açıq-aydın bilinir. Lazım olsa, mehmanxana işçilərini də sorğula, bildirərsən ki, mənim göstərişimlə soruşursan.

      İnsan detron özlərinə xas salamlamayla əmri təsdiq etdi və mehmanxanaya yönəldi. Neyla isə gözünü varlıqlardan ayıraraq yoluna davam etdi.

      Şəhərin küçələri iqamətgaha tərəf daha da genişlənir, ətraf evlər daha da gözəlləşirdi. Sanki şəhərin inşasına mərkəzdən, başçının iqamətgahından başlanıb və getdikcə ətraflara doğru daha həvəssiz inşa edilmişdi. Halbuki, Bartun şəhərinin əsası cənub qapılarının və bir neçə qüllənin inşası ilə başlamışdı. Daş evlərin birini də keçdikdən sonra Neyla artıq başçının evini görəcəkdi. Lakin bu hündür binaların arxasında detron evi və iqamətgah tərəfdən təşviş səs-küyü eşidilirdi. Neyla addımlarını daha cəld ataraq, demək olar, narahatlıqla özünü küçənin başına çatdırdı. Gördüyü mənzərə və xaos onu bir az çaşdırdı. İqamətgahın qarşısında iyirmiyə yaxın detron evinin çıxışında və küçələrdə bir o qədər də detron döyüşçüləri nəyisə müzakirə edirdilər. Neylanın onlara necə yaxınlaşdığını belə hiss eləmədilər. Cənub döyüşçüsü onlara çataraq ucadan qışqırdı:

      – Nə baş verir burda?!

      Bütün döyüşçülər eyni anda çaşqınlıqla geri dönsə də, Neylanı gördükdə hamısı, demək olar, eyni anda detron salamı verdi. Salamlama əsnasında əllərini önlərində çarpaz tutarkən çıxan səs ağır gurultu səsi çıxardaraq bütün Bartuna dərin səssizlik çökdürdü. Bütün döyüşçülər geri çəkilərək Neylanın iqamətgaha keçməsi üçün koridor yaradanda aralarından daha təcrübəli kabil detron irəli çıxaraq izahat verməyə çalışdı.

      – Bizi bağışlayın, hər kəs təlaşlıdır. Yaxşısı budur, siz içəri keçin, başçı sizə vəziyyəti izah eləsin.

      Neyla heç nə demədən içəri keçmək üçün addımlayanda daş divarlar arasındakı taxta çərçivəli pəncərədə ona baxan başçı Hetranı gördü. Hetra cənuba yürüşlərdə iştirak etsə də, ona cənub döyüşçüsü titulu verilməmişdi. Çünki o, bu yürüşlərdə sadəcə təbib kimi iştirak etmiş, yaralıların şəfası və şəhərə daşınması ilə mükəlləf olmuşdu. Amma buna baxmayaraq, o, əzəldən şəhərin idarə heyyətində yer aldığı