İrqlərin hökmranlığı və Arçibald sərhədləri. Tural İsmayılzadə

Читать онлайн.
Название İrqlərin hökmranlığı və Arçibald sərhədləri
Автор произведения Tural İsmayılzadə
Жанр
Серия İrqlərin hökmranlığı
Издательство
Год выпуска 0
isbn 978-9952-8411-7-6



Скачать книгу

bunun Qara dağların şər qüvvəsi ilə əlaqədar olduğuna əmin idi. Semiqon fikirləşmədən sanki neçə fəsildir hazırladığı məharətini azadlığa buraxaraq meşənin dərinliyinə tərəf irəliləməyə başladı. Ay işığının ağacların arasından saldığı kölgələrlə, demək olar, meşənin tam ortasına çatdı. Gövdələrinə əsasən ən iri ağaca dırmaşıb budaqların arxasında gizləndi. Semiqon bunu uzun fəsillərdir hər gün ağlında canlandırırdı. Nə qədər qüvvətli və cüssəli olsa da, bir qərb maralının arxasınca heç vaxt qaça bilməzdi. Ancaq belə onu tələyə salıb uzaqdan oxla yaralasaydı, sonra hansısa şansı ola bilərdi. O, bilirdi ki, fiziki güclü olmağı sadəcə ona digər ovçulardan meşəyə tez çatmağa kömək edəcək. Artıq uzun müddət keçməsinə baxmayaraq, meşədən sadəcə digər iştirakçıların səsi gəlirdi. Deməli, həm vaxtı azalır, həm də maralın gizlənə biləcəyi ərazi daralırdı. Sübh açılana qədər maralı tapa bilməsəydi, ola bilsin ki, sınaqdan da keçə bilməyəcəkdi. Çünki hava aydınlansa, onu ağacda gizlədən budaqlar da aydınlanacaq və artıq mübarizəsini başqa cürə aparmalı olacaqdı.

      Semiqon ağacdan düşmək qərarına gəldi. Yayını və oxunu əlinə alıb belini söykədiyi budaqdan araladıqda boğuq səs eşitdi. Ani hərəkət etmədən səsə qulaq asmağa başladı və ona tərəf yaxınlaşan iki ovçunu qaranlıqda ayırd edə bildi. Hər iki ovçunu tanıyırdı, amma rəqabətli bir vəziyyətdə onların belə bir yerdə maralı ovlamağa çalışmaqları onu şübhələndirdi. Özünü biruzə vermədən dinləməyə davam etdi. Birinci və öndə gələn ovçu Semiqon olduğu ağacdan bir neçə addım aralıda dayandı və yerə oturaraq danışmağa başladı:

      – Bu, necə ola bilər axı? Mən necə belə səhvə yol verə bilərəm?

      – Bu, sənin günahın deyil, bura gələn hər kəs bilir ki, ovçu olmaq üçün ölümün caynağından keçməlidir. Sən sadəcə sənə lazım olanı əldə etmək istəyirsən.

      – Düzdür! Amma indiyə kimi heç bir ovçu başqa ovçunu öldürməyə çalışmayıb!

      Semiqon bunu eşitdikdə ürəyi az qalsın yerindən çıxacaqmış kimi atmağa başladı. Bir az dikəlib oxlardan birini yavaşca yaya keçirdi və özünə tərəf astaca dartıb peşmançılıq hissi ilə danışan ovçunu nişan aldı.

      – Səni anan mənə tapşırıb! Meydanda az qalsın sınaq başlayanda yıxılacaqdın. Həmən an geri baxanda gördüm onun üzündəki qorxunu. Sən indi maralı tutmaq üçün əlindən gələni edirsən! Mənə sınaq lazım deyil və sənə kömək edəcəm, amma gərək sən bu baş verənləri heç kimə danışmayasan. Birinci dəfə deyil dağın bu tərəfində ovçu öləcək.

      Bu danışıqların nə mənaya gəldiyini bilirdi Semiqon. Aşağıdakı peşman ovçu kəndin ən hörmətli və ən imkanlı ailəsinin tək oğludur. Deməli, yanındakı yaltaq isə onun ya anasından, ya atasından nə isə vəd alaraq sınağa qoşulub.

      – Mən sadəcə istəmirdim o məndən öncə maralı tutsun! Mən ona görə oxu atdım! Düşünürdüm yanından keçər, Hamzar da maralı vura bilməz!

      Sonuncu sözünü dedikdən sonra Semiqonun əli boşaldı. Mat qaldı eşitdikləri qarşısında. Lakin özünü cəmləyərək dartdığı oxu ayaq üstə duran ovçunun çiyninə atdı. Ox hədəfə dəyən an sivri ucu çiyinin arxa hissəsindən deşib ön hissədən çıxdı və ovçunun bədənində dayandı. Çiynini tutub yaranın verdiyi ağrını hiss eləməyə başlayanda qışqırmaq üçün ağzını açmışdı ki, yuxarıdan birbaşa önünə tullanan Semiqonu gördü. Semiqonun gözlərindən od püskürürdü. Ovçu nə isə izah eləməyə çalışırmış kimi qarşısındakı ayı boyda insana əlini uzadaraq dayanması üçün işarə elədi. Lakin bu, onu Semiqonun ağır zərbəsindən qurtarmadı. Yaralı ovçu bir neçə addım geriyə uçub dəydiyi ilk ağaca çırpılıb yerə uzandı. Semiqon eyni kin və nifrətlə geri dönüb yerdə oturan ikinci ovçuya baxdı. Ağzını açmamış yerdəki gənc gözündən yaş süzülərək mızıldanmağa başladı:

      – Dayan, Semiqon, yalvarıram dayan…

      – Hamzar hanı?!

      Bu sual bütün meşədə, hətta Dirmada belə eşidildi. Yerdə oturan cavan qorxusundan iki dəfə udqundu və güclə dedi:

      – Meşənin qərbindədir… O, sağdır, ölməyib… Kripsoya çıxan tərəfində… Yaraladım, bilmədim, istəmirdim belə olsun, mən sadə….

      Şimal ovçuları insan irqinin mənsubları idi. Onlar Arçibaldın şimal və şimal-qərbində yerləşən yerli əhali arasından seçilirdilər. Hər fəsil bu ərazilərdə yerləşən kəndlərdə baş tutan sınaqdan uğurla keçən döyüşçülər bu ada layiq görülürdü. Əvvəllər bu cür ovçular yaşayış məntəqələrinin müdafiəsi və gündəlik işlərlə məşğul olurdular. Yüksək icmada insan irqinə söz haqqı verilmədikdən sonra şimal ovçuları döyüşçü təbəqəyə çevrildi. Onların çoxu Arçibaldın digər irqlərinə qarşı çıxan Folian adlı insana qoşudular. Folin və yandaşları məğlub olsa da, şimal ovçuları döyüşçü təbəqə olaraq da qaldı. Vaxt keçdikcə onlar detron sıralarında xidmət göstərməyə başladılar.

      Bartun

      Otağın pəncərəsi gecədən açıq qalmışdı. Səhərin sərin mehi içəri dolmuş, dört divarla bağlı məkana gül qoxulu çəmənlik ətri yaymışdı. Neyla gecəni çox rahat yatmışdı, buna görə də gümrah ayılmışdı yuxudan. Hər səhər olduğu kimi bugün də şərqi Arçibalddan gətizdirdiyi çiçəklərlə çay içmək üçün ayağa qalxmışdı artıq. Üzərində döyüş libasının altından geyindiyi dəri paltar vardı. Dəri paltarı Neylanın incə bədəninə daha da ecazkarlıq bəxş edirdi. O, yan otağa keçərək uzun fəsillər əvvəl atasının cənub yürüşlərindən gətirdiyi aynanın qabağında dayanıb özünü süzdü bir müddət. Belinə qədər uzanan uzun, çəhrayı saçlarını yığıb arxadan bağladı. Bədənini tərpətmədən üzünü aynaya daha yaxın tutdu. Əllərini düz, nazik qaşlarının üzərində gəzdirdi. Yatdığı şirin yuxudan ayıldığı üçün yanaqları ağappaq, dodaqları isə həmən qar bəyazının içində parlayan al qırmızı kəpənəyə oxşayardı. Geri dönərək çiçək çayını dəmlədikdən sonra əlindəki saxsı fincan ilə pəncərəyə yaxınlaşdı. Bartun bu gün daha gözəl idi sanki. Şəhərin şərqindəki Enşi çayının təmiz havası daş yollarla örtülmüş küçələrdə hiss olunurdu. Neylanın evinin qarşısındakı çörəkxana artıq işinə çoxdan başlamışdı. Hətta iki detron səhər yeməyi üçün çörəkçinin qarşısında növbə gözləyirdi. Neyla çayını içdikdən sonra yuyunub döyüş libasını geyindi. Çöl qapısını açıb Bartunun gözəl havasını bir daha ciyərlərinə çəkdi. Çörəkxananın qarşısındakı detronlardan biri geri dönərək Neylanı görər-görməz əllərini bədənlərinin qarşısına gətirərək çarpaz şəkildə detron salamı verdi. Detronlar Arçibaldın müdafiə sistemindəki ən alt ordu xidmətçiləri sayılırdılar. Onlar sadə kəndlilərdən, ovçulardan, səyyarlardan vəzifəli olsalar da, döyüşçülər arasında ən aşağı rütbə idi detron. Neyla isə cənub döyüşçüsü idi. Cənub döyüşçüləri də nə vaxtsa detron olublar, lakin göstərdiyi xidmət və cənub yürüşlərində iştirak etdikləri üçün onlara bu rütbə layiq görülüb. Cənub döyüşçülərinin