Название | Albaniya və Azərbaycandakı Albanlar |
---|---|
Автор произведения | Əli Şamil |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8411-3-8 |
20-ci yüzildə Azərbaycana gəlmiş iki albanın (arnavutun) acı taleyinə 1990-cı illərdən bəri tanıdığım üçüncü alban da əlavə olundu. Onlardan ikisi repressiyaya uğramışdı. Üçüncüsü isə Sovet rejiminin təzyiqlərinə tab gətirərək sağ qalmışdı. Ona kömək edə bilmədiyimə görə özümü çox pis hiss edirdim. Haqqında yazmaqdan başqa əlimdən bir iş gəlmirdi. Yazdıqlarımı Azərbaycanda, Polşada, Albaniyada çap etdirirdim. Mövzunu ictimailəşdirməyə çalışırdım. Amma yenə də heç nəyə nail ola bilmədim.
“Ənənə və müasirlik arasında İmam Əli dünyası” mövzusunda keçiriləcək simpoziuma 20 illik narahatlığıma son qoyacaq bir imkan kimi baxdım. Dəvətnamədə göstərilirdi ki, məruzəçilərin yol və Tiranada qonaqlama xərcləri ödəniləcək. Düşündüm ki, belə ciddi və beynəlxalq əhəmiyyətli toplantıya sözsüz Albaniyanın rəhbərlərindən də qatılan olacaq. Sözümü orada deyər, mövzunu gündəmə gətirərəm. Sonra da sözü keçən insanların vasitəsilə rəhbər işçilərlə görüşərəm. İsmail Farkanın acı taleyindən söz açar, hökumət rəhbərlərini ona sahib çıxmağa səsləyərəm.
Tiranaya yolçuluğum
“Azərbaycanda Hz. Əli adı ilə bağlı pirlər, toponimlər və bəktaşi soyadı” mövzusunda bir məruzə hazırladım. Öncədən onu albaniyalı dostum, Azərbaycan sevdalısı Entela Muçoya göndərdim ki, albancaya çevirsin. Sağ olsun, Entela xanım, məruzəni qısa bir zamanda çevirdi və o, simpoziumun təşkilatçıları tərəfindən bəyənildi. Beləcə mən Tiranada keçiriləcək simpoziuma hazırlaşdım. 2018-ci il martın 19-da Türk Hava Yollarının uçağı ilə İstanbuldan keçməklə Tiranaya getdim.
Entela Muço ilə Kutsal Sarayın əməkdaşı məni hava limanında qarşıladı. Şəhərin görünüşünü quşbaxışı seyr etdikdə gördüm ki, tipik sosialist ölkəsidir. Binalar, yollar hələ Sovet dövrünün təsirindən tam sıyrılıb çıxa bilməyən Rusiya Federasiyasının şəhərlərini xatırladır. Tək-tək yeni binalar gözə dəyir. Bunlar da memarlığı, görünüşü ilə əvvəlkilərdən kəskin fərqlənir.
Ölkə kasıb olsa da, qonaqların qarşılanması və yerləşdirilməsi yüksək səviyyədə təşkil edilmişdi. Simpozium şəhərin mərkəzi meydanındakı 15 mərtəbəli “İntenational Tirana Otel”də keçiriləcəkdi. Entela Muço deyir ki, indi Tiranada 20-ə yaxın 17–18 mərtəbəli bina olsa da, hamı bu binaya Uca bina deyir. Çünki Tiranada binalar 4–9 mərtəbəli idi. 1997-ci ildən sonra ilk tikilən ucamərtəbəli bina bu hotel oldu.
Simpoziuma ABŞ-dan, İtaliyadan, Rusiya Federasiyasından, Almaniyadan, Türkiyədən, İrandan, İraqdan, Kosovadan, Makedoniyadan, Bosniyadan və başqa ölkələrdən də gələnlər vardı. Toplantının açılışından, himn oxunandan (Qonaq kimi məni də birinci sırada oturtmuşdular. Ona görə rəyasət heyətində olanlardan prezident və nazirlərin himn oxunanda ağızlarını açmamaları diqqətimi çəkdi.) sonra Fransalı qonaqların gətirdikləri 40–45 dəqiqəlik bir sənədli film göstərildi.
Tomor baba necə Abbas Əli pirinə çevrilib
Filmdə ata-babası bəktaşi olan 35–40 yaşlarında birisinin Tiranaya gəlişi, oradan Tomor dağına ziyarətə getməsi təsvir edilirdi. Bəktaşilər Tomor baba dedikləri piri Kəbə kimi əziz tutur, hər ilin avqust ayının 20-25-də buraya gəlir, qurban kəsir, Abbas ibn Əlini yad edir, dualar oxuyur və bunu da həcc ziyarəti adlandırırlar. Maraqlı burasıdır ki, onlardan altı gün öncə xristianlar da bu pirə gəlir, Həzrət Məryəmi yad edir, dualar oxuyur, şam yandırır, nəzir verirlər.
Şək. 1 Tomor Piri
Tomor piri Tirananın 120–130 kilometrliyində, dəniz səviyyəsindən 2416 metr yürsəklikdə yerləşir. Bəktaşilərin inancına görə İmam Hüseyinin dəstəsinin bayraqdarı, ögey qardaşı Abbas ibn Əli Kərbəlada şəhid olmayıb. Möcüzə nəticəsində oradan sağ çıxaraq Tirana yaxılığındakı Berat bölgəsinə gəlib. Bir müddət Beratda qaldıqdan sonra müqəddəs Tomor dağının zirvəsinə qalxıb. Orada yaşayıb və dünyasını da orada dəyişib.
Bəktaşilər “Abbas ibn Əli” söz birləşməsindən “ibn” sözünü atdıqlarından Abbasəli kimi tələffüz edirlər. Tarixi qaynaqlar isə imam Həsən və imam Hüseynin ögey qardaşı Abbas ibn Əlinin Kərbəla döyüşündə şəhid olduğunu yazır. Azərbaycanda, İranda Məhərrəm ayında aşura günü təşkil edilən şəbeh tamaşalarında həzrəti Abbasın şəhadətinə xüsusu yer ayırırlar. Onun şəninə yazılmış yüzlərlə nohə və mərsiyə var. Şəbehlər göstəriləndə, mərsiyələr oxunanda yüzlərlə insan ekstaz vəziyyətinə düşür, ağlayır, başına-gözünə döyür, üzünü cırır və s.
Yunan miflərində isə deyilir ki, Tanrı Dodona Tomor dağında dövləti qoruyan müqəddəs sərv ağacı əkib. Hər il avqust ayında da o ağacla danışmağa, ondan diləklərinin yerinə yetirilməsini xahiş etməyə gəlirmiş.
Bəktaşi dərvişlərinin bu yerlərə gəlməsinin tarixi 15-ci yüzildən o tərəfə getmir. Buna baxmayaraq, onlar Tomor dağını özlərinin müqəddəs pirinə çeviriblər. Araşdırıcılar isə Tomor dağının zirvəsindəki ziyarətgahın yaşının 3 min ildən çox olduğunu isbatlayıblar.
Fransadan ziyarətə gələn, bəktaşiyə bələdçilik edən dindaşı Tomor babaya gedərkən yolüstü atasını da görmək istəyir. Onlar traktor lapetinin üstündəki qarpız satandan bir qarpız alıb kəndə gedirlər. Kənddə onları qarşılayan ata qarpız olan paketi bulaq suyu ilə dolduraraq: “qoyun bir az sərinləsin, sonra kəsək” deyir. Onun bu hərəkəti mənə kəndlərdə gördüyüm insanların davranışını xatırladır. Daha sonra filmin gedişatında aydın olur ki, ateist ata bütün dinlərə və inanclara sayğı ilə yanaşır.
Qəribə burasıdır ki, bəktaşi kimi Abbasəlini yad etməyə gələnlər Tanrı Dodonanın əkdiyi sərv ağaçını görmək üçün dağı xeyli dolanırlar. 3 min il öncə əkildiyi söylənən ağacı tapa bilməyib yorğun Tomor pirinin türbəsinə gəlirlər. Qurbanlıq qoyun alarkən bazarlıq etmələrini, qurbanı kəsdikdən sonra geri dönmələrini də lentə almışdılar.
Filmdə bəktaşilərin bütün din və inaclara qarşı xeyirxah, açıqürəkli, səmimi və comərd olduqları təbliğ edilir.
Ənənə və müasirlik arasında: İmam Əli dünyası mövzusunda simpozium
Sənədli filmdən sonra Dünya Bəktaşilərinin Baş Dədəsi Edmond Brahimay (İbrahim) simpozium iştirakçılarını, qonaqları, nazirləri və prezidenti salamladı. Dünyadakı bəktaşilərin bugünkü vəziyyətindən, onların Həzrət Əliyə olan sevgisindən, Həzrət Əli ideyalarını yaşatmalarından, bu ideyanın dünyaya sülh və əminamanlıq, bolluq və bərəkət gətirəcəyindən söz açdı. Sonra ATƏT-in Albaniyadakı böyük elçisi Bernard Borcharda, Albaniya Müsəlmanları Komitəsinin sədri Skendern (Biz “İskəndər” kimi tələffüz edir və yazırıq – Ə.Ş.) Bruçaya, Albaniya Dini Qurumlarla İş Komitəsinin sədri Loreta Arikaya çıxış etdi. Açılış toplantısının sonunda Albaniya prezidenti İlir Meta danışdı. Bu mənim diqqətimi çəkdi. Çünki keçmiş Sovetlər Birliyində daha yüksək vəzifəlilərə