Название | Ağ qəm |
---|---|
Автор произведения | Sədaqət Kərimova |
Жанр | Современная зарубежная литература |
Серия | |
Издательство | Современная зарубежная литература |
Год выпуска | 2013 |
isbn |
Əli heç nəyə yatmırdı. Başı gicəllənirdi. O günkü beyin silkələnməsi deyəsən işini görürdü. Amma bu barədə evdə bircə kəlmə də deməmişdi, doğmalarının fikir çəkmələrini istəmirdi. Divanda uzananda qab-qacaq şkafının şüşəsində öz əksini görüb təəccübləndi: arıqlamış, üzünün almacıq sümükləri bayıra çıxmışdı. Bu halda gənc qıza oxşayırdı, eynilə tələbəlik çağındaki kimi idi. Onda da belə köməksiz , ehtiyac içində idi. Amma yox, o vaxt özünü belə bədbəxt hiss etmirdi, çünki onda sabaha ümidli idi, saysız-hesabsız arzuların qanadında uçurdu. O vaxt gənc, gözəl, istedadlı idi. O vaxt həyat yenicə başlayırdı. O vaxt tək idi. İndi isə ailə məsuliyyəti, uşaqların qayğısı, saysız-hesabsız problemlər onu bürümüşdü, nəfəs dərməyə qoymurdu.
Son bir ildə onlar birdən-birə müflisləşmişdilər. Aygün Politexnik İnstituna daxil olmuşdu. Dəbdəbəli geyinən bir çox yaşıdlarından o, kəskin şəkildə fərqlənirdi, dərslərinə, kitablara həddindən artıq aludə idi. Talihəyə elə gəlirdi ki,
Aygün kədərini dağıtmaq üçün vaxtını dərslərə sərf edir. Hamı kimi geyinib-gecınə bilmədiyi, həmyaşıdları kimi kafelərdə yemək yeyə bilmədiyi üçün belə edir. “Birdən uşağı xəsis sanar, onu təkləyərlər” , – deyə bəzən fikrindən keçərdi. Hərdən ona elə gəlirdi ki, ehtiyac qızını yoldan çıxara bilər. Kimsə avamlığından istifadə edib pulla onu ələ alar. Belə anlarda dünya başına fırlanırdı. Bir tərəfdən qızının dərslərə çox vaxt sərf etdiyini görüb hirslənir, “heç zəmanə uşağı deyil, istəmirəm belə olsun, bir az diribaş olsa yaxşıdır”, – deyə fikirləşir, digər tərəfdən sevinirdi ki, qızının tələbləri ancaq kitablarla, dərsliklərlə bağlıdır.
Doqquzuncu sinifdə oxuyan Aytən xasiyyəti, boy-buxunu, görkəmi ilə böyük bacısından fərqlənirdi – şux təbiətli, deyən-gülən, geyinməyi sevən idi. Amma o da heç vaxt “Mənə filan şeyi alın” deməz, anasının, bacısının geyilmiş paltarları ilə ötüşərdi.
Qızlan sarıdan Talihənin bəxti gətirmişdi: bu vaxta kimi onun bir sözünü iki eləməmişdilər. Əlbəttə, kiçik incikliklər, narazılıqlar bura aid deyildi. Elə Taleh də onun sözündən çıxan deyildi. Ümumiyyətlə, bu ailədə həmişə könülaçan əhval-ruhiyyə hökm sürərdi. Adətən səsli-küylü, sözlü-söhbətli olan, həmişə bir canlanma duyulan bu evdə son zamanlar qəribə bir sakitlik yaranmışdı, hərə öz aləminə çəkilmişdi. Taleh işdən gələndən ta yatana kimi qonaq otağında televizora tamaşa edir, qızlar adətən öz otaqlarında dərsləri ilə məşğul olur, Talihə isə ya mətbəxdə, ya da yataq otağındakı yazı masasının arxasında kağız-kuğuzu ilə məşğul olurdu. Bu, darıxdırıcı, üzücü həyat idi.
Talihə bir də öz əksinə baxdı. Lakin onu anqlaması, sifətinin dəyişməsi yox, şüşədə əksinin ğörünməsi təəccübləndirmişdi. Əvvəllər şkafın içi qab-qacaqla dolu olduğundan oradan heç nə görünmürdü. Talihə şkafın boşalmış gözlərinə baxıb köksünü ötürdü. İllər boyu əzizləyə-əzizləyə alıb qızlaına cehiz yığdığı qablann boş yerləri onun qəlbini ağrıtdı.
Hər dəfə pullan qurtaranda qonşulan Naibəni köməyə çağırırdı. Naibə alverçi idi, yeddiillik təhsili olan bu qadın məhəllədə məşhur idi. Yanaqlarına tünd qızrmızı boya çəkən, son dərəcə dəbdəbəli və zövqsüz geyinən bu qaraşın qadın davakarlığı ilə ad çıxarmışdı. İki gündən bir eyvanından qonşu evlərin sakinlərindən biri ilə söyüşməyə adət etmişdi. Onun bir adəti də var idi: evinin zir-zibilini həmişə eyvandan həyətə yağdırırdı. Neçə il idi ki, qonşular bu xasiyyətini ona tərgidə bilmirdilər. Onlar xahiş edir, yalvarır, tələb edir, hədələyirdilər, amma bunların heç birinin nəticəsi olmur, Naibə bildiyindən əl çəkmirdi ki, çəkmirdi.
Naibəni tanıdan başlıca şey, əlbəttə, alver idi. Əvvəllər alqı-satqı ilə gizlin məşğul olan bu qadın, dövr dəyişəndən bəri əri ilə birlikdə mağaza açmışdı. Şəhərin mərkəzində yerləşən bu ticarət obyekti böyük gəlirlə işləyirdi. Ehtiyac qapını kəsdirən kimi Talihə qab-qacaqdan, pal-paltardan birini. İkisini qonşusuna verir, Naibə də onları satıb, yarı qiymətini qaytarırdı. Beləliklə, Talihə birtəhər ailəni yola verirdi.
Qapının zəngi çalındı. “Bu vaxt kim ola?”– deyə düşündü. Ayaq barmaqlarının ucunda qapıya yaxınlaşıb ehtiyatla gözlükdən baxdı: rəfiqəsi Adilə idi. Zəng bir neçə dəfə səsləndi. Sonra Adilə üzbəüz qonşunun zəngini çaldı. Maral qapıda göründü. Talihə onların söhbətinə vicdan əzabı ilə qulaq asdı:
– Talihəgil bir yana getməyib ki?
– Dünən evdə idilər.
– Bəs bu gün?
– Bu gün onları görməmişəm.
– Xahiş edirəm Talihəyə çatdırarsız ki. Adilə gəlmişdi.
Talihə mətbəxə keçib pəncərə pərdəsinin arxasından gözləri ilə Adiləni ötürdü. Xəcalət təri onu bürüdü. Utandığından nə edəcəyini bilmədi. Amma yadına düşəndə ki, qonaq qabağına qoymağa evdə heç nə yoxdur, qapını aç- mamaqda düzgün hərəkət etdiyini anladı. Artıq neçə vaxt idi ki, qohumlara, dostlara qapı açmırdılar. Bir vaxtlar qonaqlı-qaralı olan bu evə gedib-gələnlərin sayı get-gedə azalırdı.
Yanağı boyu axan göz yaşını əlinin arxası ilə silib, içindən ilan kimi sıyrılıb çıxan ağrını yox etmək üçün başını qarışdırmaq qərarına gəldi. Nə isə bişirməli idi – kartof soymağa başladı. Kartofun qabığını elə səylə, elə nazik soyurdu ki! Şərait onu qənaətcil, hətta simic etmişdi. Əvvəllər belə deyildi, əvvəllər bir kilo kartofdan yarım kilo güclə çıxarardı. Əlbəttə, onda firavanlıq idi, hər şey bol idi, heç nədən korluq çəkmirdilər. Düzdür, heç vaxt varlı yaşamamışdılar, ancaq yoxsul da deyildilər. Yemeyə, geyməyə pulları çatı- rdı, üstəlik hər yay ailəlikcə harasa gəzməyə də yollanırdılar.
Qapının zəngi yenidən çalındı. Ehtiyatla gözlüyə yaxınlaşdı. Bu dəfə gələn dilənçi idi. Təxminən 40-42 yaşlarında olan bu qadının dilənməsi ona qəribə göründü: “Cavan adamsan, get işlə də! Elə bilirsən biz yağ-bal içində yaşayırıq?" – deyə ürəyində deyindi. Amma sonra öz-özünə cavab verdi: “Elə bil iş tapmaq halvadır”.
Dilənçi israrla zəngi basırdı, nəhayət, qapının açılmadığını görüb hirslə ona bir təpik vurdu, ikinci mərtəbəyə qalxdı.
Bu dəfə qapının zəngini çalan Aytən idi. Belə qırıq-qırıq zəng çalmaq onun adəti idi. Talihə qapını açıb Aytənin soyuqdan qızarmış totuq yanaqlarından öpdü:
– Acmısan?
– Yeməyə bir şey var?
– Hə, kartof qizartmışam.
– Nə yaxşı!
Talihə çörək doğradı, duzlu xiyar çıxartdı, boşqaba kartof qoydu. Aytənin iştahla necə yediyinə tamaşa etməyə