Hadaf Neshrleri

Все книги издательства Hadaf Neshrleri


    Cins və xarakter

    Отто Вейнингер

    XX əsrin əvvəllərində Viyana estetik, erotik və intellektual bir dünya kimi anılır: Freyd və psixoanalizin doğuluş yeri, vals və Sniçlerin romanları kimi. Çandak Senqopta iddia edir ki, bu mədəni titrəyişin konteksti təsəvvür etdiyinizdən də tutqun və qəlizdir. Bu qalmaqallı və maarifləndirici mühiti filosof Otto Vayninger (1880-1903) mübahisəli “Cins və xarakter” kitabında araşdırır. Bu kitabın nəşrindən qısa müddət sonra Vayninger intihar edir. Qadın və yəhudilərin individuallıqdan məhrum cinsi təlabat məhsulu olduğunu iddia edən kitab bestsellerə çevrilir. Lüdviq Vitgenşteyn və Karl Kraus kimi intellektuallar tərəfindən dahi kimi qiymətləndirilən Vayninger mühakimələrinə görə deyil, dövrünün mərkəzi mövzuları – şəxsiyyətin təbiəti və anlamı səbəbiylə təqdir edilir. Senqopta, Vayningerin elmi dil və məlumatları öz baxışlarının xeyrinə istifadə etməsinə xüsusi diqqət çəkir.

    Dəccal

    Фридрих Вильгельм Ницше

    Alman filosofu Fridrix Nitsşenin xristianlığın mahiyyətini açan “Dəccal” əsəri dini hökmranlıqdan, kilsənin Tanrıya deyil, öz maraqlarına xidmət etməsindən bəhs edir, eyni zamanda da bərabərlik və demokratiya anlayışlarına aydınlıq gətirir. Əsərdə İslam və xristianlıq arasında da müqayisələr aparılır.

    Şəhidlərin duası

    Piter Kouter

    Kitabda türk yazıçısı, şairi, tarixçi və ideoloqu Hüseyin Nihal Atsızın beş hekayəsi yer alıb. Atsız yaradıcılığının başlanğıc dövrlərinə düşməsinə baxmayaraq bu hekayələrdə də məşhur ideoloqun Vətən və millət dərdi, türkçülük, sevgi, müharibə və s. kimi mövzular işlənib. Kitabın ön sözündə türkoloq və yazıçı Əhməd B.Ercilasunun hekayələr haqqında geniş şərhi verilib.

    Ruh adam

    Piter Kouter

    Türkiyə türkcəsindən təcümə olunmuş bu roman tanınmış yazıçı və ideoloq Hüseyin Nihal Atsızın ən sevilən və Türk dünyasında ən çox maraq doğuran əsərlərindəndir. Azərbaycanda çapı ilk dəfə gerçəkləşdirilən “Ruh adam” əsəri fəlsəfi-psixoloji roman olmaqla yanaşı, böyük bir ideoloji yükə də sahibdir. İstefada olan evli bir zabitin yasaq eşq üzündən yaşadığı mənəvi işgəncələr onu qarabaqara izləyir və tarixi məhkəmə qarşısına çıxarır.

    Bozqurdlar

    Piter Kouter

    Əsər ilahinin hikmət xəzinəsinin qoruyucuları ilə gizli güclərin 2000 ildən artıqdır davam edən gizli və qanlı savaşından bəhs edir. X əsrdə baş verən hadisələrin fonunda müxtəlif dünyaların təmsilçiləri olan iki gəncin böyük sevgisi və onların qarşılarına çıxan maneələr, inandıqları yol uğrunda ölümə doğru qətiyyətlə addımlayan cəsur insanların ruhlarını sarmış eşq atəşi haqqında tarixi bir romandır. Kitabda romanın hər iki hissəsi (“Bozqurdlar ölür” və “Bozqurdlar dirilir”) verilib.

    Şəhid Ənvər Paşa

    Nevzat Kösoğlu

    Nevzat Kösoğlunun son kitabı olan “Şəhid Ənvər Paşa” ilk dəfə 2008-ci ildə “Ötükən” nəşriyyatında işıq üzü görüb. 2013-cü ilə qədər 5 dəfə təkrar nəşr olunub. Əsər Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış türk hərbçisi və siyasi xadim Ənvər Paşanın həyat və fəaliyyətinə həsr olunub. Kitab müəllifin uzun sürən araşdırmaları nəticəsində ərsəyə gəlib, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Qırmızı kitab

    Məhəmməd Qutlu

    Türkün min illik dərin Ana Yasasının sirrinə hər kəs şahid olacaq… Türk Xaqanı Qərbin üstünə qaranlıq kimi çökəcək… İddia edirik ki, bu kitabı oxuyanlar, “Əgər Türkiyə hakimiyyətinin başına belə bir lider keçərsə?” düşüncəsinə qapılacaqlar. Türkiyə və Asiyanın əvvəlki işıqlı günlərinə qayıtmasını hədəf seçən xarizmatik bir lider. qorxmaz, sui-istifadəyə, rüşvətə, Qərbli çıxar qruplarına bulaşmamış biri… Əvvəlcə, neçə illərdir ki, kəşf edilməyi gözləyən nefti çıxarmağa başlayır. Türkiyə qısa müddətdə dünyanın ən böyük neft istehsalçısı olur. Bunun ardınca bölücülər tərəfindən Türkiyədən qopardılan Cənub-Şərqi yenidən qazanır. İllərdir Türkiyənin iliyini soran mənafe qruplarının, oğruların və xainlərin bütün etdiklərinin hesabını tək-tək soruşur. Amerika və İsrail tərəfindən parçalanmış ərəb ölkələrini öz arxasınca aparır. Sonrakı mərhələdə, Rusiya ilə bir masaya oturur. Çin və digər Asiya nəhənglərini yanına alır. Asiya Birliyinin təməllərini atır. Dünya qısa müddətdə öz oxunu dəyişdirir. Güc Qərbdən Şərqə, Asiyaya keçir. Qərb ölkələrində qarışıqlıq və xaos başlayır. Bütün bunlar Türk dövlətinin başına milliyyətçi, azadlıq carçısı və yaxşı yetişmiş bir dövlət adamının keçməsiylə başlayır…

    Müridizm və Şamil

    Александр Казембек

    Azərbaycan şərqşünası, tarixçisi, filoloqu, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin əsərləri ilk dəfədir oxuculara ana dilində təqdim olunur. Kitabda uyğurların tarixini, bu adın etimologiyasını açan “Uyğurlar”, çox böyük dini hərəkat olan babiliyin tarixindən və hərəkatın banisi olan Babın kimliyindən bəhs edən “Bab və babilik”, həmçinin böyük tarixi şəxsiyyət kimi tanınan Şeyx Şamil haqda əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” məqalələri toplanıb.

    Çanaqqala məhşəri

    Мехмет Ниязи

    Məhməd Niyazinin 1998-ci ildə qələmə aldığı “Çanaqqala məhşəri” romanı indiyədək Çanaqqala müharibələri haqqında yazılmış ən səlis və dolğun bədii əsərdir. Roman Antanta Koalisiyasının dövrünə görə ən güclü ordusu qarşısına yalnız zəif silahları ilə deyil, həm də güclü inancları və vətənpərvərliyi ilə çıxan Türk ordusunun qəhrəmanlığından bəhs edir. “Çanaqqala məhşəri” hər bir Türkün oxuyacağı və ibrət götürəcəyi tarixi hadisələr xronologiyasıdır.

    Mövcudluq mübarizəsi

    Мехмет Ниязи

    Anası onu atasının əziz xatirəsi üçün nəyin bahasına olur-olsun, uzaq dağ kəndindən İstanbula təhsil almağa göndərmək qərarını verib. Utancaq və ədəbli uşaq olan Murad isə oxuyub millətinə, ölkəsinə faydalı olmaq üçün müəllim olmağı seçib. Amma həyatın gözlənilməz sürprizləri hələ qarşıdadır. Murad mövcudluq mübarizəsindəki yerini dərk etməklə hansı zəfər və məhrumiyyətlərə hazırdır? Bu kitab idealist bir gəncin – inandığı dəyərləri bəşəriyyətə hayqıran əzmli bir insanın hekayəsidir.