Hadaf Neshrleri

Все книги издательства Hadaf Neshrleri


    Topun kölgəsi

    Коллектив авторов

    “Cib kitabları” seriyasından olan altıncı toplu “Topun kölgəsi” adlanır. Kitabda çağdaş Azərbaycan nəsrinin ən tanınmış nümayəndələrinin maraqlı və populyar hekayələri toplanıb. Müxtəlif və müəyyən mənada bir-birinə zidd ədəbi nəsillərə məxsus hekayələr ilə tanış olmaq imkanınız yaranacaq.

    Doğma evin astanasında

    Коллектив авторов

    “Cib kitabları” seriyasından olan beşinci toplu “Doğma evin astanasında” adlanır. Kitabda türk dünyasının fərqli simalarının – İmdat Avşarın, Rüqəyya Kəbirinin, Seyran Süleymanın və s. hekayələri ilə tanış ola biləcəksiniz. Bu nümunələr fərqli dövlətləri təmsil etsə də, ədəbiyyatımızın ortaq xüsusiyyətlərini anlamaqda yardımçınız olacaq.

    Araya girən qadın

    Коллектив авторов

    “Cib kitabları” seriyasından olan dördüncü kitabda – “Araya girən qadın”da Amerika yazarlarının hekayələri toplanıb. Bu dəfə Amerika nəsrinin ən tanınmış və ən istedadlı nümayəndələri olan Cek London, Ernest Heminquey, Oktavio Pas, Uilyam Folkner, Cerom Selincer kimi yazıçıların bir-birindən fərqli üslubda yazılmış maraqlı hekayələrini oxuyacaqsınız.

    Həyat işığı

    Коллектив авторов

    “Cib kitabları” seriyasından olan üçüncü toplu “Həyat işığı” adlanır. Kitabda rus nəsrinin ən tanınmış nümayəndələrinin maraqlı və populyar hekayələri toplanıb. Müxtəlif dövrlərdə yaşamış olsalar da, F.Dostoyevski, İ.Turgenev, L.Tolstoy, M.Qorki, M. Bulqakov, V.Pelevin kimi yazıçıların bu əsərləri ümumilikdə rus nəsri haqqında təsəvvür yaranmasına yardım edəcək.

    Əjdahanı necə öldürdülər

    Коллектив авторов

    Avropa yazarlarının əsərlərindən ibarət olan bu topluda bir-birindən maraqlı hekayələrlə qarşılaşacaqsınız. Gi de Mopassan, Dino Bussati, Erix Mariya Remark, Bernar Kirini, Ceyms Coys, Knut Hamsun, Somerset Moem kimi adını ədəbiyyat tarixinə yazdırmış yazarların bu hekayələrində insan psixologiyasının dərinliyi, həyati ziddiyyətlər, sosial çatışmazlıqlar və s. kimi mövzulara rast gələcəksiniz.

    Himətli sözlər

    Коллектив авторов

    Kitabda müxtəlif xalqların və dünya ədəbiyyatı klassiklərinin, görkəmli alimlərin müdrik kəlamları toplanıb. İnsan, həyat, təbiət haqqında olan bu hikmətli sözlər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Zolaqlı pijamalı oğlan

    Джон Бойн

    Bu romanı oxumağa başlayanda 9 yaşlı Bruno adlı uşaqla təsirli, həyəcanlı bir səyahətə çıxacaqsınız. Amma bu roman sadəcə uşaqlar üçün deyil. İnanırıq ki, hər yaş qrupundan olan oxucu bu təsirli romanı maraqla oxuyacaq. Ümid edək ki, yolunuz Bruno kimi tikanlı məftillərə gedib çıxmayacaq və tikanlı məftillərin o biri “üzünə” keçməli olmayacaqsınız.

    Türkçülüyün tarixi

    Юсуф Акчурин

    Bu mətn İstanbulda, Yeni Mətbəədə 1928-ci ildə Türk Ocaqları Mərkəzi Heyəti tərəfindən nəşr olunan “Türk İli 1928” adlı illik dərginin 289-455 səhifələrindən götürülmüş məqalədən ibarətdir. Məcmuənin tərtibçisi də bu məqalənin yazarı olan Akçuraoğlu Yusif bəydir. Əlinizdəki kitab – bu məqalənin kitab halında nəşr olunmuş versiyasıdır.

    Müqəvva

    Владимир Железников

    “Müqəvva” əsərini Vladimir Jeleznikov “Uşaq ədəbiyyatı” silsiləsində ilk dəfə 1981-ci ildə nəşr etdirib. Əsər çətin vəziyyətə düşən, sinif yoldaşları tərəfindən boykot edilən 6-cı sinif şagirdi Lenka adlı qızdan bəhs edir. Utancaq, qərarsız qız inadcıl və cəsarətli insana çevriləndə uşaqlar anlayır ki, qızın və onun babasının özündə gəzdirdiyi əxlaqi dəyərlər, uğrunda döyüşülməli olan həmin xeyirxahlıqdan ibarətdir. “Müqəvva” əsəri nəşr olunduğu ildən ədəbi tənqidçilərin diqqətini cəlb eləmiş, haqqında saysız resenziyalar yazılmışdır. Əsasən məktəbli uşaqlar üçün yazılan bu əsər qurğusuna, qaldırdığı problemlərə, gəldiyi nəticələrə görə zaman-zaman psixoloqlara da məsləhət görülür.

    Olan işdi

    Василий Иванович Белов

    Tanınmış rus yazıçısı Vasili Belovun “Olan işdi” romanı “kənd nəsri”nin cizgilərini müəyyənləşdirən ən istiqamətverici əsərlərdəndir. Bu ədəbiyyat nümunəsi müasir kəndlilərin şəxsi həyatına, maddi və mənəvi dünyalarına, qadın-ananın taleyinə, kənd məişət nizamının perspektivlərinə, adət və ənənələrə qarşısıalınmaz maraqdır.