Зимние сказки, известные многим поколениям, о том, как Щелкунчик победил мышиного короля, Марушка встретила посреди леса двенадцать братьев, Тильтиль и Митиль искали Синюю птицу, отважная Герда растопила лёд в сердце Кая, а Снегурочка вернулась домой. Новый взгляд на самые популярные сказки, которые давно стали символом Нового года и Рождества с иллюстрациями финалистки конкурса Silent Book Contest Эи Мордяковой. Для старшего дошкольного возраста.
Книга «Камасутра. От прелюдии к сексу» переосмысливает мудрости индийского философа Ватсьяяна Малланага. Вы узнаете много интимных секретов: • искусство знакомства, соблазнения и романтических свиданий • искусство поцелуев, ласк и прелюдий • сексуальные позы и игры • правила безопасного секса
Kitaba ən məşhur təmsil yazıçılarından Ezop, İvan Krılov, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq və başqalarının təmsillərini daxil etmişik.
Beynəlxalq münasibətlər üzrə dünyanın ən tanınmış mütəxəssislərinin üç il ərzində göstərdikləri birgə fəaliyyətin məhsulu olan bu kitab tələbələr, elmi işçilər və sahə ilə maraqlananlar üçün dəyərli bir vəsaitdir. Siz bu kitabda təməl anlayışlardan mövcud problemlərə qədər geniş mövzularla tanış ola bilərsiniz. İngilis dilindən tərcümə edilmiş kitab təbii ki, müəyyən qüsurlardan azad deyildir. İradlarınızı bizə çatdırsanız sizə minnətdar olarıq.
“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır. Vətənimiz Azərbaycan uğrundan canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin ruhuna dərin ehtiramla, “XAN Nəşriyyatı” komandası
Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Məhəmmədhüseyn Şəhriyar xatirələrdə” kitabı şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabda dahi rus rejissoru, filmlərilə dünya kinosu tarixində əvəzedilməz iz buraxan Andrey Arseneviç Tarkovskinin öz yazdığı “Martiroloq” adlı gündəlikdən hissələr, o cümlədən, onun haqqında doğmaları, dost-tanışları və iş yoldaşlarının xatirələri yer alıb. Bu yazıları oxumaqla Tarkovskinin çəkdiyi filmlərdən, əzablarla dolu şəxsi həyatıından maraqlı epizodlarla tanış olacaqsınız. Xatirəsini bölüşənlər arasında rejissorun bacısı Marina Tarkovskaya, yaxın dostu, qohumu Aleksandr Qordon, sevgilisi, sevimli aktrisası Nataliya Bondarçuk, məşhur “Güzgü” filminin həmmüəllifi Aleksandr Mişarin, kino xadimləri – Alisa Freyndlix, Kşiştof Zanussi və başqa insanların adı var. Ümidvarıq, dahi Tarkovski haqqında xatirələr incəsənət tarixilə maraqlanan oxucuların da marağına səbəb olacaq.
Kitabda görkəmli yazıçı İsa Muğannanın qələmə aldığı xatirələri – “Həyatımdan səhifələr” (uşaqlıq illərindən başlamış Xalq Yazıçısı olduğu illərədək olan diqqətəlayiq hadisələr – əsasən, çətin keçən uşaqlıq illəri, ədəbiyyata həvəsinin necə yaranması, ali məktəb dövrü, ona şöhrət gətirən romanlarının ideyasının necə yaranması, ssenari müəllifi olduğu filmləri hansı çətinliklərlə ərsəyə gəlməsi və nəhayət, Muğanna təxəllüsünə necə yetişməsi) və onun haqqında dostları, qələm yoldaşları və qohumlarının xatirə yüklü yazıları yer alıb. Geniş oxucu kütləsi üçün nəşr edilən bu kitab İsa Muğannanın 90 illik yubileyinə ithaf olunub.
Bu kitabda toplanan xatirələr Abbas Mirzə Şərifzadənin dostlarının, yoldaşlarının, tamaşaçıların onu unutmadıqlarını, onunla bağlı kiçik bir hadisəni, sevilməz bir epizodu belə əziz tutduqlarını göstərir. Bunlar hələ ilk xatirələrdir. Onlar Abbas Mirzə haqqında deyiləcək sözün, yazılacaq kitabın bəlkə də başlanğıcıdır. Lakin bu xatirələri böyük bir təşəkkür hissilə nəşr edərkən biz inanırıq ki, yaxın gələcəkdə bu xatirələr daha da genişləndiriləcək, Abbas Mirzə haqqında təsəvvürün zənginləşməsinə kömək edəcəkdir.