Bu kitabda görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin ən məşhur hekayələrini yeni təqdimatda oxuyacaqsınız. Həmin hekayələrdə XX əsrin əvvəllərindəki cəmiyyətimizin sosial-məişət problemləri əks olunur.
Bu kitaba görkəmli mütəfəkkirimiz Əbdürrəhim bəy Haqverdiyevin zəngin ədəbi irsindən seçmələr toplanıb. Cəmiyyətdəki naqislliklərə özünəməxsus istehza ilə yazılmış bu hekayələr birnəfəsə oxunur.
Bu kitabda dünya uşaq ədəbiyyatının tanınmış simalardan biri Səməd Behrənginin ilk baxışdan uşaqlara ünvanlanmış, əslində isə ciddi sətiraltı mənalarla zəngi olan, beləcə, böyükləri də dərindən düşündürən əsərləri toplanıb.
Bu kitaba elmi-fantastik janrın ustalarından biri Herbert Corc Uellsin yuxu ilə həyat arasındakı incə keçid zamanı yaranan qarabasmalar, onların psixoloji fəsadları və elmi izahları barədə bənzərsiz hekayələri toplanıb.
Frans Kafkanın bu kitaba daxil edilən novella və hekayələrində ümumbəşəri problemlər – şəxsiyyət və mühit, ata və oğul, doğmalıq və yadlıq, eləcə də bunların bir-birinə hökmranlığı öz əksini tapıb.
Oskar Uayldın bu kitabda toplanan nağıllarında dövrün ictimai bəlaları əks olunur. Əksəriyyəti xoşbəxt sonluqdan uzaq olan həmin nağıllarda ciddi problemlər haqqında söhbət açılır.
Kitabda müasir kiçik hekayənin banisi Gi de Mopassanın bu janrda olan əsərləri toplanıb. Bu hekayələr lakonikliyi qədər düşündürücülüyü ilə oxucunu ovsunlayır.
Konstantin Paustovskinin seçmə hekayələrinin toplandığı bu kitabdakı əsərlərin ana xəttini təbiətə və vətənə sevgi, bəşəri dəyərlərin tərənnümü təşkil edir.
İvan Buninin bu kitabda toplanan yığcam, koloritli hekayələri kənd həyatından, nakam məhəbbətdən, azadfikirli insanların xeyirxah əməyindən bəhs edir.
Ernest Heminqueyin sizə təqdim olunan hekayələrində artıq sözə rast gəlinmir, oxucunun diqqətinə əhəmiyyətsiz xırdalıqlar yox, gerçək hadisələr təqdim olunur.