"Balaca Qara Balığın bir xəyalı vardı… O, yaşadığı balaca arxda ora-bura üzməkdən bezmişdi, başqa dünyalarla, başqa varlıqlarla tanış olmaq istəyirdi. Və bir gün qərara gəldi ki, mütləq xəyalının arxasınca getməlidir. Onu çıxdığı bu yolda qorxutsalar da, yolundan döndərməyə çalışsalar da, Balaca Qara Balıq öz arzusundan əl çəkmir. Təbrizli yazıçı Səməd Behrənginin misilsiz hekayəsi dünyanın ən çox oxunan uşaq kitablarından biridir. “Balaca Qara Balıq” 1974-cü ildə Hans Kristian Andersen mükafatına layiq görülüb. Bu dəyərli əsər ilk dəfə olaraq orijinaldan tərcümədə və ixtisarsız şəkildə oxuculara təqdim olunur."
Bu kitabda dünya uşaq ədəbiyyatının tanınmış simalardan biri Səməd Behrənginin ilk baxışdan uşaqlara ünvanlanmış, əslində isə ciddi sətiraltı mənalarla zəngi olan, beləcə, böyükləri də dərindən düşündürən əsərləri toplanıb.