Bu kitabda dünya ədəbiyyatının klassiklərindən Anton Çexovun öz dövrünün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirən seçmə hekayələri toplanıb.
Kitabda Prosper Merimenin ən məşhur əsərləri yeni təqdimatda oxucuların ixtiyarına verilir. Bu novellalar ilk növbədə dərin insani duyğular, qəhrəmanlıq, sevgi kimi ali hisləri özündə ehtiva edir.
Ömər Seyfəddinin seçmə hekayələrinin toplandığı bu kitabdakı əsərlər XX əsrin əvvəllərində Türkiyənin ictimai-tarixi şəraiti, cəmiyyətin çatışmazlıqları məharətlə əks olunub.
XX əsr ədəbiyyatının ən böyük realist ədiblərindən biri olan Cek Londonun seçilmiş hekayələrindən ibarət bu kitabdakı əsərlərdə möhkəm iradəli, mərd, fədakar, nəcib insanlardan bəhs olunur.
Rey Duqlas Bredberinin bu kitabdakı hekayələrinin əsas mövzusunu bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, insan zəkasının qavraya bilmədiyi mistika və Yer kürəsindən kənar sivilizasiyadakı həyat təşkil edir
Bu kitaba böyük qırğız yazıçısı Çingiz Aytmatovun seçmə hekayələri toplanıb. Qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli insanlar olan bu hekayələr oxucuda dərin təəsürat yaradır.
Kitabda «Ayrılan yollar», «Dəli Kür», «Ölən dünyam» kimi romanların müəllifi, xalq yazıçısı İsmayıl Şıxlının müxtəlif illərdə qələmə aldığı hekayələri və yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edən əfsanə və rəvayətləri toplanmışdır. Bu hekayə, əfsanə və rəvayətlərin hər birinin arxasında dərin fəlsəfə durur. Elə bir həyat fəlsəfəsi ki, hər bir kəsin taleyindən keçir. Yazıçı müşahidələrinin məhsulu olan bu əsərlər həyat reallıqlarını, insan psixologiyasını əks etdirir. Bunlar özünün dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.
Bu ktaba Edqar Allan Ponun fantastik və kriminal janrda yazılan seçilmiş hekayələri toplanıb. Hekayələrin qəhrəmanları ağlasığmaz, fantastik və qorxunc vəziyyətlərdə təqdim olunur.
Nağılçılıq məharəti ilə oxucunu heyran qoyan Lev Tolstoyun bu kitaba daxil edilən hekayələrində mühüm sosial və əxlaqi problemlərə toxunulur, pulun hakim kəsildiyi cəmiyyət kəskin tənqid edilir.