Скачать книги из серии


    Seçilmiş əsərləri

    Fransuaza Saqan

    Fransuaza Saqanın “Seçilmiş əsərləri” kitabına onun “Boyunduruq”, “Dolanbac yollarda”, “Müəmmalı təbəssüm” romanları və “Sehrli buludlar”, “Məğlubiyyət zəngi” adlı povestləri daxil edilmişdir. Məhəbbət, tənhalıq, həyatdan narazılıq motivlərinin üstünlük təşkil etdiyi F.Saqan yaradıcılığı bütün incəliyi, dəqiqliyi, həqiqətə uyğunluğu ilə digərlərindən fərqlənir. Onun haqqında hər zaman “Saqan nəqletmə manerasının aydınlığı və psixoloji təsvirin dəqiqliyi ilə seçilir” yazırlar. O təkcə əsərləri ilə deyil, yaşam tərzi və həyatı, ədəbi karyerası ilə də maraq doğuran yazıçı olmuşdur. Müasirliyin və qalmaqallarla dolu bir həyatın simvolu olan bu yazıçı öz sadə süjetli əsərlərində bəzən primitiv görünsə belə, özünü və adını oxucu yaddaşına yazmağı bacarmışdır.

    Seçilmiş əsərləri

    Агата Кристи

    İngilis yazıçısı, bənzərsiz detektiv ustası Aqata Kristinin “Seçilmiş əsərləri”nə “Beş donuz balası”, “Rocer Ekroydun qətli” romanları və müxtəlif hekayələri daxil edilmişdir. Aqata Kristinin bütün romanları şahmat oyununu xatırladır: buradakı tapmacalar stereotip fiqurların – gənc qızların, istefada olan hərbçilərin, ailə dostlarının, kübar cəmiyyətin əhlikef gözəlçələrinin, bədxərcliyə və yaramazlığa meyilli olan cavan oğlanların köməyi ilə açılır. Detektiv janrının məhdud imkanlarından maksimal dərəcədə istifadə edən Aqata Kristinin yaradıcılığı oxucu kütləsinin hər zaman fantastik marağına səbəb olur. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Последняя ночь детства

    Максуд Ибрагимбеков

    Как и во многих других своих произведениях, в этом рассказе Максуд Ибрагимбеков также затрагивает тему взросления и первые уроки морали, которые преподносит подросткам жизнь. Метафорический путь через кладбище, преодолеть который сложно, но нужно, становится для главного героя рассказа дорогой к своему я, к первому осознанию того, что хорошо, а что плохо, каким должен быть человек, чтобы иметь право называться человеком. В этом рассказе царит та самая неповторимая атмосфера Абшеронского лета, которую с таким мастерством умел передавать Максуд Ибрагимбеков. Солнечный жар и солёный ветер, плеск волн, разбивающихся о прибрежные скалы, аромат свежего хлеба из пекарни… и взрослые драмы, невольным участником которых становится мальчишка, от лица которого и ведется повествование.

    Üzeyir Hacıbəyli xatirələrdə

    Народное творчество

    Bu kitabda Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb.