Скачать книги из серии


    Qulliverin səyahəti

    Джонатан Свифт

    Conatan Svift 1766-cı ildə yoxsul, yetim, çətin, ağır həyat yolu keçmişdir. Buna görə də yaşadığı ağalar – qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz, amansız mübarizə aparmışdır. Bu mübarizə ideyası «Qulliverin səyahəti» romanında da aydın görünür. C.Svift «Qulliverin səyahəti» romanını yazmışdır. Əsərin tam adı belədir: «Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti» (1772-1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Gülüş, məzəli və ağıllı Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır. Liliputlar ölkəsində Qulliver kralı, əyanları, sərkərdələri öz cib yaylığına büküb cibinə qoymuş, onların bir yığın hərb gəmisini bir barmağına doladığı nazik iplə sürüyüb aparmışdır.

    Toy gecəsi

    Qasımov Əlfi

    “Toy gecəsi” romanında müəllif “İnsan insanın dostudur, qardaşıdır” ideyasını ortaya qoymuşdur. Müəllifin bu romanında da öz vəzifəsindən sui-istifadə edən və vəzifəsini ləyaqətlə yerinə yetirən insanların həyatı təsvir olunur. Turalın timsalında ləyaqətli, öz gücünə biliyinə güvənən gənclər, Əbilin timsalında isə atasının vəzifəsinə arxayın olub istədiyini həyata keçirməyə çalışan gənclər təsvir olunur. Sevgisinə sonadək sadiq qalan

    Seçilmiş əsərləri

    Алиага Вахид

    Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi şöhrət qazanmış Əliağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçışı kimi, öz dəsti-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdur.

    Seçilmiş əsərləri

    Ахмед Джавад

    “Cümhuriyyət” deyilən zaman yada hamıdan əvvəl Əhməd Cavad düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından alıbdır. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağınş, əski adət və inamlara, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazları qabarıq verilibdir. Bu kitabda görkəmli milli şairimizin mədrəsə şeirlərindən başlamış, Birinci dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və sonrakı illərdə qoşduğu mənzum əsərlər yer almışdır.

    Seçilmiş əsərləri

    Məmməd Araz

    Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır. Hər bir fərdi Vətənin kiçik bir daşı sayan şairin qələmə aldığı bu şeirlərin hər misrasında düşüncələr çırpınır. Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək – Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır. Fikirlərin sanki sözlərin boyuna biçildiyi bu şeirlərdə doğma kökə bağlılıq, qoynunda ərsəyə çatdığı torpağa vurğunluq, xalq taleyinin dolanbac yolları haqqında fəlsəfi düşüncələr öz dolğun bədii əksini tapmışdır.