Название | Yay səhəri |
---|---|
Автор произведения | Аббас Сиххат |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-25-9 |
Qəm sənə ol qədr təsir eyləmiş,
Giryəni hüznün gilovgir eyləmiş.
Bir acı gülmək olub ondan əyan,
Kəsrəti58-alamını eylər bəyan.
Şeirdə tərhi-növ icad eylədin,
Qoqolu, Hüqoları yad eylədin.
İqtidari-şairanən faşdır,
Sən günəşsən, hasidin59 xəffaşdır60.
Etmərəm qaib61 səvadi-naməni,
Ruhbəxş asari-növki-xaməni62.
Xatirim şeirinlə şirinkamdır,
Layiqi-təqdiri-xassü amdır63.
Tərzü üslubi-bəyanım sadədir,
Cəzbi-qəlb etməkliyə amadədir64.
Xasdır bu şiveyi-rövşən sənə,
Mərhəbalar, Sabirim, əhsən sənə!
Ey mücəssəm duyğu, ey ülvi bəşər,
Ey çamurluq içrə düşmüş saf zər.
Tənü lən65 eylərsə hər nadan sənə,
Ya müsaid olmasa dövran sənə.
Qəm yemə, təxfif66 ver alamına,
Az çəkər, heykəl yaparlar namına.
SABİR
Sabir! Ey sən sevimli şairimiz,
Müqtədir, duzlu sözlü Sabirimiz!
Necə qan olmasın sınıq könlüm?
Səni çox tez ayırdı bizdən ölüm!
Yox, yox, əsla sən ölmədin, dirisən,
Ən böyük qəhrəmanların birisən.
Qələminlə, dilinlə, halın ilə,
Köhnələnməz şirin məqalın ilə,
Süngülər açmayan yolu açdın,
Qələmindən cəvahirat saçdın.
Zülmü, cəhli, təəssübü yıxdın,
Ucalıb ərşi-davərə67 çıxdın.
Çəkdin islam yolunda çox zəhmət,
Sən özünçün yaşamadın heç vəqt.
Ağladın millət üçün illərlə,
Acı gülməklə, dadlı dillərlə.
Göstərib çareyi-nicatımızı68,
Nəzm qıldın nəvaqisatımızı69.
Sevə-sevə bizə oxutdurdun,
Xeyli bidətləri70 unutdurdun.
Heyif kim, vermədi sənə qiymət,
Qəlbdən aşiq olduğun millət.
Artdı gündən-günə qəmü-kədərin,
Şişdi, axır vərəmlədi cigərin.
Kədərin toplanıb qübar oldu.
Nazənin cisminə məzar oldu.
Uyu rahət hüzuri-vicdanla,
Mən də ayati-paki-Quranla
Sənə təzim edib səlam edərəm,
Daima ərzi-ehtiram edərəm!
VƏTƏN
Könlümün sevgili məhbubu71 mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvü-nüma72.
Vətənim verdi mənə nanü73 nəmək74,
Vətəni, məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən.
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən – əcdadımızın mədfənidir75.
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz.
Olsa, ol şəxsdə vicdan olmaz.
EY VƏTƏN!
Ey vətən, getmə ki, əldən gedəriz!
Biləriz fərz sənin xidmətini!
Nəqdi-can eşqinə isar76 edəriz,
İstəriz vəzi-fəlah77 heyətini!
VƏTƏN
Qafqaz qitəsidir mənim vətənim,
Simürğün sayəsində məskənim.
O məmləkətdə mən vücudə gəldim,
Xalqıma qarşı sücudə78 gəldim.
O yerdə kim, qara quşu, tərlanı –
Adlanmışdır Qaf dağının sultanı.
O yerdə kim, vardır qalın ormanlar,
Dağlarında gəzir vəhşi ceyranlar.
O yerdə kim, göyün üzü şəffafdır,
Çeşmələri qayət sərindir, safdır.
Səfalıdır lətif abü havası,
Ürək açar lacivərdi səması.
Buludlara dəyir uca dağları,
Cənnət guşəsidir gözəl bağları.
Çöllərində bitər əlvan çiçəklər,
Fərəhlənir bütün tutqun ürəklər.
Övladları qeyrətlidir, damarlı,
Şücaətli, hünərli, etibarlı.
Meyvəlidir ormanında ağaclar.
Şaqqıldayır
57
Məhzun – dərdli, qəmli kədərli
58
Kəsrət – çoxluq, bolluq
59
Hasid – paxıl
60
Xəffaş – gecə quşu, yarasa
61
Qaib etmək – itirmək
62
Növki-xamə – qələmin ucu
63
Am – il
64
Amadə – hazır
65
Lən (etmək) – qarğış etmək, lənət oxumaq
66
Təxfif – xəfifləşdirmə, yüngüllətmə, azaltma
67
Davər – ədalətli hakim, hökmdar; Allah
68
Nicat – qurtulma, xilas olma, salamat qalma
69
Nəvaqis – nöqsanlar
70
Bidət – din və şəriət əleyhinə iş, söz
71
Məhbub – sevgili, sevilən
72
Nüma – göstərən, bildirən
73
Nan – çörək
74
Nəmək – duz
75
Mədfən – qəbiristan, məzar
76
İsar – qurban etmə, fəda etmə
77
Fəlah – qurtuluş; səadət, xoşbəxtlik
78
Sücud – səcdə etmə