Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков

Читать онлайн.
Название Uşaqlığın son gecəsi
Автор произведения Максуд Ибрагимбеков
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-532-68-5



Скачать книгу

yaxınlaşıb əlimizlə toxunduq. Beşincilərdən biri kabinədən boş güllə gilizi tapdı. Biz xeyli müddət bu bombardmançının böyür-başında dolaşdıq. Elə bu vaxt Kubinka bazarında möhtəkirlərin ələ keçirilməsi üçün tuthatut başladı və Dovşan bizə dedi ki, onun arxasınca gedək.

      Yolboyu deyirdi ki, indi dövlət çox çətin dövrlərini yaşayır və hər kəs öz vəzifə borcunu vicdanla yerinə yetirməlidir, hər kəs öz üzərinə düşən işi görməlidir və bizdən də yaxşı oxumaq tələb olunur. Ümumiyyətlə, o, çox maraqlı danışırdı. Çox vaxt jurnalda dərsdə olmayanların qeydiyyatını aparmağı unudurdu, amma buna baxmayaraq, heç kəs onun dərsindən qalmırdı.

      O vaxt məktəbimizin kimya və fizika kabinetləri şəhərdə ən yaxşı idi. Cihazların çoxunu o özü, bəzilərini isə onun rəhbərliyi ilə sinfimizin uşaqları düzəltmişdi. Yaxşı yadımdadır, bir dəfə sinfə girəndə çox qayğılı idi. Dedi ki, heç yerdə at tükü tapa bilmir, əgər at tükü olsaydı, fizikadan çox maraqlı bir sınaq aparardı.

      Dərsdən sonra həyətə çıxanda gördük, düz məktəbin qarşısında bir araba dayanıb, üstündə də iri dəmir çən var. Müharibə vaxtı belə çənlərdə neft daşıyır, ehtiyacı olanlara satırdılar. Çənin arxasında dayanıb bir qadına neft satan arabaçı qabaqdakı atı görə bilmirdi. Biz də fürsətdən istifadə edib çənin dalında gizləndik, xəlvətcə atın quyruğuna yaxınlaşıb cəld bir çəngə tük kəsdik.

      Çox qəribə idi, arabaçı atının quyruğunun kəsildiyini o dəqiqə hiss etdi. Qırmancı çəkib çənin arxasından üstümüzə şığıdı və bizi məktəb darvazasına qədər qovdu. Arxamızca qaçaraq qırmancla kürəyimizdən vurdu. Biz məktəbə çatıb qapını tez bağladıq, arabaçı isə dedi ki, səhərə qədər burada dayanıb bizi gözləyəcək və əlindəki qırmanc didik-didik olana qədər bizi çırpmasa, əl çəkən deyil.

      Dovşan bizi görən kimi nə baş verdiyini soruşdu, biz də hər şeyi açıb ona danışdıq. Onun əynində ancaq pencək vardı, palto, şlyapa geyməmişdi, o dəqiqə küçəyə cumdu, artıq arabaçı getmişdi. Dovşan dedi ki, bu arabaçı çox pis adamdır, heç adam da uşağı belə vurar. Onu inandırdıq ki, bizə heç nə olmayıb, ağrıtmır, o sakitləşdi, dedi ki, yaxşı iş görməmişik, gərək arabaçıdan icazə alaydıq və əlbəttə, o bizə etiraz etməzdi. Əgər hamı qabağına çıxan atın quyruğunu kəssə, yaxşı olmaz. Sonra əlavə etdi ki, hamımız vicdanlı adamlar kimi yetişməliyik, özümüzə görə, daha çox da yaxşı gələcəyimizə görə vicdanlı olmalıyıq, çünki yaxın zamanlarda ölkənin bizə ehtiyacı olacaq. Onun xasiyyəti belədir, bir şey olan kimi vətəndaşlıq borcundan, ölkədən, şəxsiyyətdən dəm vurur.

      Ancaq nədənsə Dovşan danışanda adam darıxmır. O danışdıqca coşur, hətta gözləri də parıldayırdı. Ümumiyyətlə, axır vaxtlar çox dəyişmişdi. Arıqlamışdı, sifəti balacalaşmışdı və bütünlüklə eynəyin arxasında itirdi. Solğun üzündə bığı burnunun aşağısında qara ləkə kimi görünürdü. Pencəyinin altından görünən nişastalı manjetlər dəyişmirdi, hər köynək üçün kartof qabığından bir neçə qram nişasta bişirirdi.

      Bir dəfə fizika kabinetində aerodinamik axınlı fiqurlar düzəldirdik. Buna qədər bütün sinif təxminən ay yarım pul yığmışdı və sonra həmin pulla gedib Kubinka bazarından iki dənə toyuq yumurtası almışdıq. Hər yumurta qabığında balaca deşik açıb içindəkini səliqə ilə boşaltdıq. Sonra deşikləri mumla qapatdıq. Beləliklə, aerodinamik fiqurların ən vacib hissəsi hazır oldu. Dərsdən sonra saat yarım qalıb işlədik və artıq evə getməyə hazırlaşdığı-mız vaxt Dovşan bizi saxlayıb dedi:

      – Yaxşı, uşaqlar, bəs yumurtaların içindən boşaltdığınızı nə edək?

      Boşqabdakı yumurta ağı ilə sarısı artıq quruyurdu.

      – Nə qədər ki bu çox faydalı ərzaq xarab olmayıb, vaxt itirmədən onu səkkiz yerə bölüb içməlisiniz, – Dovşan təkidlə bildirdi.

      Dedik, əvvəla, toxuq, çünki bir az əvvəl səhər yeməyi payımızı yemişik – bir dənə bulka, bir stəkan kisel. İkincisi isə, bu yumurtanı mütləq o özü içməlidir, çünki bu gün hələ məktəbdə qalıb xeyli işləyəcək. Bilirdik ki, öz səhər yeməyi payını – eynilə bizim aldığımız bulka və kiseli – hər gün evə, uşaqlarına aparır, amma bunu bildiyimizi ona demədik.

      O, bir də xəbər aldı, doğrudanmı hamımız belə fikirləşirik. Hamımız xorla fikrimizi təsdiq etdikdən sonra o, boşqaba tərəf getdi və biz ilk dəfə Dovşanın necə ac olduğunu gördük! O, qeyri-adi heç nə etmədi, sadəcə yumurtaya duz vurub içdi, amma nə olursa olsun, bu adamın ac olduğunu hiss edirdik. Sonra sağ əllə qarnını sığallayaraq dedi ki, müharibəyə qədər yumurta yeməyi xoşlayıb. Az bişmiş, ya da bərk bişmiş yumurta olsun, fərqi yoxdur. Dedi ki, hətta yumurta sarısı ilə ağını qarışdırdığı üçün heç vaxt arvadı ilə mübahisə etməyib.

      Əslində, bunu deməyə də bilərdi, çünki onun nəyə görə arvadı ilə mübahisə etmədiyini və hətta ondan qorxduğunu dəqiq bilirdim. Üstəlik, son vaxtlar o qadının xasiyyəti tamam dəyişmişdi, dil-boğaza qoymadan qışqırıb deyirdi ki: “Axı sən necə kişisən, gözünün qabağında arvadın, uşaqların acından ölür”. İlk vaxtlar səbirlə ona başa salırdı ki, indi hamı aclıq çəkir, lakin arvadı onu eşitmək istəmirdi, uşaqlardan hansısa – onların üç uşağı vardı – yemək istəyəndə acı-acı ağlayırdı.

      Qiymətlər günü-gündən artırdı. Müəllimin bir aylıq maaşı ilə uzaqbaşı bir kilo yağ, ya da iki kilo qənd almaq olurdu.

      Dovşanın arvadı evdə pula gedən nə vardısa, satmışdı: bircə əyinlərindəki paltarlar, bir də köhnə mebel qalmışdı. Qadın səhərdən axşama qədər Hitlerlə ərinə lənət yağdırırdı, onlara cəhənnəm odunda yanmağı arzulayırdı. Kənardan baxan elə bilərdi ki, müharibənin baiskarı bizim Dovşandır və əgər ölkə məğlub olsa, bütün günahlar onun üstündə qalacaq.

      O, müəllimlər otağının divarından iri xəritə asmışdı və cəbhədə baş verən ən xırda dəyişiklikləri də balaca qırmızı bayraqlar sancaraq qeyd edirdi. Hamıdan qabaq gəlir və dərs başlayana qədər bayraqları sancırdı. Bir gün Dovşan sinfə girib sevinclə Stalinqradda almanların darmadağın edildiyini söylədi. Mən həmin günü heç vaxt unuda bilmərəm. O, çox həyəcanlı görünürdü və gözləri yaşarmışdı.

      – Uşaqlar, – dedi, – bu çox möhtəşəm və çox sevindirici hadisədir! Mən gedib direktordan xahiş edəcəyəm ki, bugünlük sizi dərsdən azad etsin.

      Sonra Dovşan dəhlizə çıxıb xəritədə Stalinqradı tapdı və ən böyük bayrağı ora sancdı.

      O gün Dovşan işdən qayıdanda mən də onlarda idim. Dovşan arvadına yaxınlaşdı, onu öpüb ad gününü təbrik etdi. Sonra öz otağına keçdi, oradan rəngli lentlə bağlanmış balaca bir bağlama gətirdi. Bağlamanı arvadına verib dedi ki, bu onun ad günü hədiyyəsidir. Çoxdandır, Dovşanın arvadının üzündə belə xoş ifadə görməmişdim. Elə bil dünən axşam qorxaraq ona baxan uşaqlarına: “Atanız sizi acından öldürmək istəyir! Bu əclaf tezliklə arzusuna çatacaq!..” – deyən qadın deyildi.

      Bu, dünən idi, indi isə əlindəki hədiyyə bağlamasını açaraq gülümsəyirdi və bir anda