Название | Xəmsə |
---|---|
Автор произведения | Низами Гянджеви |
Жанр | |
Серия | Uşaq ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Uzaq Şərq ölkəsində mən bir dastan eşitdim. Orada sərvlərtək azadə bir şahzadənin yaşamasından bəhs edilirdi. Bu diyar varlıların zülmündən əzab-əziyyət və iztirab çəkirdi. Buna görə bu ölkə külək kimi üsyankar, həyəcanlı və qərarsız idi.
Şahlıq taxtına gələn şah yeni ruhlu bir hökmdar idi. Ondan əvvəlkilər isə ehkamlara, köhnə, vaxtı keçmiş adətlərə aludə olan taxt-tac sahibləri kimi xatırlanırdı. Qurulan fitnə-fellərdən şah özü də qorxardı.
Şah bir gecə dərin yuxuya getmişdi. Birdən yuxuda səksəkəli halda bir qoca ona dedi:
– Ey cavan! Sən təzə doğmuş Aysan. Sən çalış köhnə bürcü qır, dağıt. Yeni açılan bir gülsən. Köhnə, qurumuş budağı sındırmağa can at!
Yerini əlində saxlamaq üçün köhnəni məhv et! Onda həyatın da özüntək işıqlı və gözəl olar.
Şahzadə oyanan kimi yeni bir fərman verdi. Özünün əksinə gedən iki-üç nəfəri aradan götürtdü.
Yeniyə imkanlar açdı. Köhnənin üstündən xətt çəkdi. Yeni şah ölkəyə təzə bir ruh gətirdi. Fitnə-fəsada qurşananların başının kəsilməsi qərarı verildi. Andı pozan ordunun ləğvi gündəmə gəldi.
Qurumuş, qartımış kötüklərin boynu vurulmalıdır ki, onun yerində gülşənləri sərvlər bəzəsin.
Təzə bulaqlar, arxlar öz mənbəyinə bağlanmasa, çinarın qol-budağı tufanlara sinə gərə bilərmi?
Bulaqların gözünü açmaq, arıtmaq lazımdır ki, bağrı susuzluqdan cadar-cadar olmuş torpağın üzü-gözü gülsün. Özünü dərk edənin könlünə diktə edən bir vaiz var. O, ən gözəl öyüd və nəsihətləri insanın qulağına pıçıldayır.
Ağlını işlət, qılınc qında qalan kimi onu bir kənara atma.
Gənclik bir ağıl və zəka qılıncıdır. O, insana pak və ülvi bir həmnəfəsdir. Cavanlıq köhnə mücrüdə saxlanan bir əşya deyil ki!
Varını-dövlətini bəxşiş verməyə çalış. Kiməsə sovqat yolla, ehtiyacı olana pay göndər ki, buna görə sənə səxavət və kərəm əhli deyə bilsinlər.
Var-dövlət sahibləri varın vasitəsilə öz arzu-muradlarına çatmışlar.
Yalnız səxavət toxumu bol bəhrə və bərəkət verir. Qiyamət günü də vaxtilə verdiyin ruzi, göstərdiyin səxavət sənə yardımçı olar. Ya rəb, öz ehsan xəzinəndən mənə pay göndər. Nizami sənin qulundur. Sən onun işlərinə fərəc ver.
YARALI UŞAĞIN DASTANI
Şən, qayğısız balaca bir uşaq var idi. Hər şeydən azad olan balaca bir gün yoldaşları ilə küçədə oynayırdı. O, addımlarını atarkən ayağı sürüşdü. Getdiyi yolda elə üzüstə yerə düşdü. Özünün şikəst olduğunu zənn edərək ayağa durub addımlaya bilmədi. Yoldaşları təngnəfəs halda onun yanına yüyürdülər. Dostların bir çoxu pərt olmuşdu. Bəzilərinin fikrə gedərək qaşları çatılmışdı. Onu sevən bir dostu sözünü uda-uda, həyəcanla astaca pıçıldadı:
– Gəlin onu quyuya ataq, qoy qalsın. Amma bu sirr heç vaxt heç kimə bilinməməlidir.
Bu uşaqların içərisində uzaqgörən, sərt xasiyyətli bir uşaq da var idi. O, əvvəllər bu yaralanan uşağa düşmən kimi baxardı. Birdən o, ciddi halda yoldaşlarına üz tutub dedi:
– Bu işi ört-basdır etmək olmaz! Çünki sonra işin səbəbkarı məni bilərlər. Məni özlərinə düşmən hesab edərlər. Büdrəyib yıxılanın günahını mənim boynuma qoyarlar. Bunu heç fikirləşirsinizmi?!
Zirək oğlan qaçaraq yıxılan cocuğun atasına xəbər çatdırdı.
Kimin ki yaranışdan xilqətində hikmət cövhəri var, o, hər şeyə çarə tapır. Onun Allah dərgahında üzü həmişə ağdır.
Mən çərxi-fələyin artığından, əskiyindən əl çəkdim. Buna görə Nizamiyə fələk heç bir əngəl və maneə yaratmadı.
MÜRŞİD İLƏ MÜRİDİN HEKAYƏTİ
Pirlər məmləkətində olan pirlərdən biri yola çıxdı. Onun yanında minlərlə mürid var idi.
Ulu Tanrımız yel də, yol da verib deyə, Mürşid müridlərinə bir yel hədiyyə etdi. Bunun üçün bütün müridlər şeyxə (mürşidə) etirazlarını bildirirdilər. Hamı baş götürüb getdi. Yalnız bir nəfər şeyxlə qaldı. Bu, şeyxin maraq və təəccübünə səbəb oldu. Şeyx sual etdi:
– Bala, hamı çıxıb getdi. Sən burada tək qalmısan. Söylə, məqsədin nədir?
Mürid cavab verdi:
– Ey yeri qəlbimdə əbədi məskən salan şeyx, sənin ayağının tozu mənim başımın tacı olduğuna şübhən olmasın. Mən bura məgər yellə gəlmişəm ki, yellə də gedəm? Məni səndən heç bir od-alov, tufan qopara bilməz. Yel kimi gələnlər yel kimi də gedərlər. Dözümdə, sədaqətdə, əqidədə yolundan sapmayanlar hünər yolunu tutan ərlərdir. Çəkisinə görə toz yüngüldür. Ona görə o, hara gəldi tez qonar, hara gəldi tez uçar. Vüqardan, əzəmətdən doğulan dağlar birdən-birə yaranmır. O, dözümü, səbri ilə ucalır. Pərdə arxasındakı əsl həqiqətləri üzə çıxarmaq zamanın vərdişidir. Kişilərin işi ağır yük daşımaqdır. İnsan eşşək deyil. O, kürəyində yük daşımaqdan əl çəkməlidir. O, bu mətləbdən agah olsa, zahidlik yükünü daşıyar. İnsanın zahidlik məramı düz xətt kimi əyilməz olmalıdır. İnsan bu kamillik səviyyəsinə qalxsa, ona heç bir xəta-bəla dəyməz. Hamı yasa batsa da, o yasa batmaz.
Sülh, əmin-amanlıq məqsədi güdən zər yelkənli bayrağın altında olduğu üçün Nizaminin zahidliyi həmişə səfa gətirir.
SİRR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI
Cəmşid şahın çox güvəndiyi yaxın bir həmdəmi var idi. O, gündən nur alan Ay kimi şahdan işıq alırdı. Oğlan şaha mehriban münasibət bəsləyirdi. Şah da ona məftun kəsilmişdi. Şah bütün saray əhlindən bu cavanı üstün tuturdu. Ona öz xəlvət işlərindən söz açardı. Etibarda hamıdan artıq olan bir sirr belə bu gəncdən gizli saxlanılmazdı.
Bir gün gənc oğlan şaha yaxın olsa da, ondan uzaqlaşmaq istədi. Onun şahdan uzaq düşməyi yayından çıxan oxa bənzədi. Dəliqanlı gəncin ürəyi sirlə dolu idi. Ancaq o, bu barədə heç kəsə bir söz deyə bilmirdi.
Qonşu ağbirçək qarı bir gün gəlib gördü ki, cavan oğlanın laləyə bənzər yanaqlarından əsər-əlamət yoxdur. Dəliqanlı gəncin sifəti qoca qarının sifətindən artıq solub-saralmış, bənizindən də miskin bir görkəmdə idi. Qarı onun əhvalını görüb dilə gəldi:
– Ey sərv boylum, elə bil xəzan kimi solmusan. Sən ki şah irmağında su içən, bəslənən fidan idin. Sənin ki qismətin sarayda zövqü-səfa çəkmək idi. Bəs necə oldu ki, belə bir sıxıntı səni yaxaladı? Çöhrəndəki bu solğunluq nədir? Kədər və qəm çəkmək qocaların aqibətidir. Belə bir hal heç cavanlara yaraşarmı? Lalə rənginə çalan yanağın nə üçün reyhana dönüb? Sən dünyada şahlıq edən bir şəxsin üzdə-gözdə olanısan. Gərəkdir ki, sənin üz-gözün şahın üz-gözü kimi şölə saçsın. Şahı görməklə adamlar