Название | Rüstəm Behrudinin özü haqqında bilmədikləri |
---|---|
Автор произведения | Коллектив авторов |
Жанр | |
Серия | Çağdaş ədəbiyyat |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Təkcə sən bilirsən mən kiməm axı,
O nur da, Gürşad da sənə bəllidir.
Mənim tək o nuru görüb sevməyin
Ruhuma ən böyük bir təsəllidir.
Bu mənada Gürşadla Rüstəm Behrudinin yaradıcılığın-dakı Şaman obrazı arasında yaxınlıq vardır. Gürşad – Rüs-təm Behrudinin dualarındakı ümidlərin, işığın, idealın, bə-dii obrazıdır. “Şaman duası” – Rüstəm Behrudinin müasir Azərbaycan ədəbiyyatında möhkəmləndirdiyi motivdir. Şa-man duası Rüstəm Behrudi üçün türk dünyasının varlığını ruhunda yaşadan, onun ucalığını və bütövlüyünü hər şey-dən uca tutan, böyük gələcəyə doğru ümidlərini ifadə edən poetik monoloqdur. “Şaman duası” ahəngində poetik təh-kiyəni də yeni dövr Azərbaycan şeirinə Rüstəm Behrudi gətirmişdir. Bu, əslində Dədə Qorqud şeirlərindəki ritmin poeziyadakı yeni improvizasiyasıdır. Rüstəm Behrudi ən müasir mətləbləri Dədə Qorqud təhkiyəsi əsasında “Şaman duası” ilə özünəməxsus poetik səviyyədə səsləndirmək və-zifəsini layiqincə yerinə yetirmiş, nəticədə özünün fərdi üs-lubunu yarada bilmişdir. “Şaman Daştəkənin sonuncu du-ası” şeiri artıq məhz Rüstəm Behrudinin poetik sözüdür.
Eşit, ey tanrı, dözümüm,
Bizi lap yordu, vaxtıdır.
Varıban getmək gərəkdir,
Göndər Boz qurdu, vaxtıdır.
Bədoy atları çapdığım,
Qan bahasına yapdığım,
Vətən deyib tanıdığım,
Torpaq bir gordü, vaxtıdır.
Nəyim var can kimi dadlı?!
O da Tanrım, döyüş aldı.
Bi igid göndər – ağ atlı,
Hifz et bu yurdu, vaxtıdır.
Rüstəm Behrudinin yaradıcılığında peyda olmuş İblis motivi onun tənhalıq şeirlərinin üzvü tərkib hissəsidir. Özüynən tənha qalanda, yalqızlıq hislərini yaşayanda üz tutub ürəyini boşaltdığı iblis şairi ənənəvi mövzularından bir qədər kənara çıxara bilən, təsəvvürlərini genişləndirən məfhumdur. Bu mənada Rüstəm Behrudinin İblisi ədəbiy-yatda yüksək klassik səviyyədə əksini tapmış “cümlə xəya-nətlərə bais” olan iblisdən fərqli olaraq, çox da vahiməli bir məfhum deyildir.
Şairin fikrincə, “hər kəsin şeytanla ortaq yanı var”. Rüstəm Behrudiyə görə, ümumiyyətlə insan "yarı iblis, yarı mələkdir". Əgər insanın gözündəki pərdə çəkilərsə, orada hər kəs öz içindəki iblisi görə bilər. Bu mənada Rüstəm Behrudi iblisi mürəkkəb bir məfhum olmaqdan uzaqlaşdı-raraq adiləşdirmişdir. O, ədəbiyyatda İblis xofunun sındıra bilmişdir. Buna görə də Rüstəm Behrudi o fikirdədir ki, hə-yat var olduqca qiyamət gününə qədər insanlığın bətnində iblis yaşayacaq və nəhayətdə cəhənnəmə tək gedəcəkdir. İblis mövzusunda yazdığı şeirlərində Rüstəm Behrudi də “cəhənnəmdən qovulmuş iblis” motivindən istifadə edər-kən:
Söylə, ən gözəli nədi dünyada
Baxtın verdiyindən beş əlli tutmaq?
Dərdiynən barışıb bu yer üzündə
Qalı b unudulmaq? Yoxsa ki, yerdən
Başını götürüb gedib unutmaq?
Suallarına Cavab axtarmış, bir qədər dərinliklərə baş vurmalı olmuşdur. Ancaq bütövlükdə Tənhalıq dərgahında iblislə danışmaq, bölüşmək, onun da yalqızlığı ilə barışmaq Rüstəm Behrudinin İblisini fərqləndirir. Buna görədir ki, o,şeirlərində "İblis mələkdən gözəldir", hətta “mən iblisə qardaş” – deyir. Rüstəm Behrudinin "İblislə qol-boyun" adlı şeir yazması cəmiyyətin tarazlı inkişafında, “qınından çı-xan” haq yolu uğrunda mübarizədə "qanadlarından qan sü-zülən" iblisin də varlığının reallığının qəbul edilməsi zəru-rəti nəzərə çarpdırılır. Bu, ədəbiyyatdakı ənənəvi xeyirlə şə-rin mübarizəsi motivinin ifadəsi demək deyildir. Şairə görə, bəşəriyyətin harmoniyası naminə onsuz insanın içində onunla bir yerdə olan iblislə mələyin dinc yanaşı yaşadıl-ması daha çox fayda verə bilər. Onun fikrincə, İblis xofu ol-mazsa, “dua, tövbə, savab, günah” tərəziləri itən təkbaşına həyat “sərsəm” kimi mövcud olar. Bütövlükdə İblis haqqın-da yazılmış şeirləri ilə, Rüstəm Behrudi dünya ədəbiyyatı-nın əbədi motivi olan bu mövzunun üzərindən mövcüd pərdəni çəkmiş, ona yeni məna verməyi bacarmışdır. İblisə həsr olunmuş şeirlərində Rüstəm Behrudi şair-filosof kimi çıxış edir. Ümumiyyətlə, Rüstəm Behrudinin yaradıcılığın-da insana və cəmiyyətə fəlsəfi baxışın poetik ifadəsi üstün mövqedədir. Onun üslubunda fəlsəfə şeirdən çıxarılan ümumiləşmiş nəticədən çox, şeirin açarıdır. Rüstəm Behru-dinin yaradıcılığının tam mahiyyətini açmağın yolu onun şeirlə ifadə olunmuş fəlsəfəsini aydınlaşdırmaqdan