Mart xoruzu. Отар Чиладзе

Читать онлайн.
Название Mart xoruzu
Автор произведения Отар Чиладзе
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-2-7



Скачать книгу

haçan ki, o bacısına lazım oldu, onda hələ öz doğma məkanını tərk etməyən onyeddi yaşlı qız – hərdən qonşu kənddə üzüm yığmağa gedirdilər, o da qızlarla bir yerdə, – tək-tənha Batumiyə, dünyanın axırına getdi, üstəlik yolda qatardan qatara keçdi, özü də elə vaxtda ki, bilet tapmaq çətindən də çətin idi, bundan əlavə səni qatara buraxmaqları üçün gediş icazən də ol-malıydı. O başqa dünyaya düşdü. Müharibə Batumidə daha çox hiss olunurdu. Sanitar qatarları düz şəhərin içinəcən gəlib lazaretin qapısında dayanırdı. Səkilərin qırağında qanlı xərəklər qalaqlanmışdı. Poçtamtın damında qum kisələri düzülmüşdü, orda pulemyotçular üçün yer düzəltmişdilər. Kaskaları parıldayan pulemyotçular damın qırağında oturub ayaqlarını sallatmışdılar və küçədən keçən qızlara söz atırdılar. Elə xalaya da sataşmışdılar: “Bax ha, kibriti tapdalama,” – ya da buna oxşayan nəsə demişdilər, xala isə qorxmuş halda uzaqlaşmışdı, amma şəhərin üstünü alan dəhşətdən canını qurtara bilməmişdi. Heç nəyə baxmayaraq, o bacısıgilə getməmişdən qabaq, çoxdankı arzusunu yerinə yetirmişdi, sahilə gedib dənizə yaxından baxmışdı. Amma dəniz elə yaxından da rəngsiz, mənasız, heç nəyə yaramayan bir şey kimi görünürdü – vaqonun pəncərəsindən göründüyü kimi, qəhvəyi-yaşılımtıl rəngdə köpüklənən ləpələri sahili yalayırdı. Dəniz həyəcanlanmırdı, sadəcə yerində yırğalanırdı, paltar yuyandan sonra vannada qalan su kimi. Həyəcanlanırdı – həm də həyəcanlanmırdı; müharibə ona da təsir etmişdi – elə bil ləpələnməkdən boğaza yığılmışdı, amma kimdənsə qorxduğu üçün yenə ləpələnirdi, həyəcanlandığını göstərmək üçün çalışıb güc sərf edirdi. Adamsız sahil də öz növbəsində yaxşı görüntü deyil. Sahildə kiminsə dərin izləri görünürdü, elə bil hansısa böyük div burdan keçmişdi və bu sahilləri sahibsiz qoyub getmişdi. Xala dənizdən kefsiz qayıtmışdı və gedənəcən bir də dənizin adını çəkməmişdi. Təkcə qatarda Nikoya dedi ki, dənizi başqa cür təsəvvür edirdi. Bunu elə-belə, sözarası dedi və deyən kimi də bir anlıq susub dayandı, gözlərini bir nöqtəyə dikdi, elə bil gördükləriylə təsəvvür etdiklərini tutuşdururdu. Birdən-birə ağlına gəldi ki, görəsən sahildə gördüyü izlər Sosonun izləri deyildi? Axı o hər yerdə Sosonun izlərini axtarır və inanmaq istəmir ki, Soso artıq yoxdur – əgər Soso həqiqətən var idisə. Amma hər şeydən çox qatar təpənəndə, perronda qatarın yanınca gəlib onlara əl yellədən böyük bacısı artıq perrondakı adamlara qarışıb gözdən itəndə dediyi söz Nikonu heyrətləndir-di: “Papiros çəkmək istəyirsənsə, çək.” Amma Niko özünü saxladı, utandı, nə də olmasa xalasıdır axı, əvvəl Tiflisəcən, sonra Tiflisdən Tsnoriyəcən yol boyu ancaq vaqonun tualetində çəkdi. Nikonun gözləri dolurdu, tənhalıq və atılmışlıq hissi, aid olduğu yerdən bir başqa yerə köçürülməsi onu incidirdi, amma o heç kimə şikayətlənə bilmirdi (çünki o hələ küçükdür).

      Qatarsa dayanmadan gedirdi. Qatar getdikcə Niko əvvəlki, müharibədən qabaqkı həyatını xatırlayırdı, onda anası – hərdən atasıyla anası bir yerdə – onu Siqnaxiyə, nənəsiylə babasının yanına aparırdılar, indiki kimi xilas olmağa yox, dincəlməyə, oynamağa, havasını dəyişməyə; özü də həmişəlik yox, cəmisi yay tətili vaxtı. Elə onda da, indiki kimi qatardan qatara keçirdilər, yerdəyişmə o vaxt da Tiflisdə olurdu, çünki, müəllim Vanonun da dediyi kimi, bütün yollar paytaxtdan keçir. Niko tək anasıyla gedəndə Tiflis vağzalında gözləməkdən lap təngə gəlirdi. Xüsusilə ana və uşaq üçün olan otaqdan zəhləsi gedirdi. Əgər ata yanlarında yox idisə, bu gözləmədən canlarını qurtara bilmirdilər. Ana və uşaq üçün olan otağa girən kimi Niko darıxmağa başlayırdı, üstəlik də qorxurdu ki, hansısa qaydanı pozar, icazə olmayan nəyisə edər, elə bil ana və uşaq üçün otaqda nə vardısa, elə-belə, baxmaq üçün qoymuşdular, işlətmək üçün yox. Anası isə elə onu qorxutmaqla məşğul idi: eləmə, dinc otur, əl vurma… Qapıda da həmişə eyni qırmızıburun qadın otururdu, elə bil müqəvva idi, sakit oturub kitab oxuyurdu, amma barmağını tərpətsən, o saat başını kitabdan qaldırıb hirsli nəzərlərlə sənə baxırdı. Niko anasına demək istəyirdi ki, bu qadın bizi güdür, amma özünü saxlayırdı. “Nə qurdalanırsan? Ayaqqabıların ayağını sıxır? Onda çıxart. Bəlkə bayıra çıxmaq istəyirsən? Bu gün heç getməmisən.” Qırmızıburun qadın isə qapının ağzında oturub səhifəni çevirir – guya oxuyur! – əslindəsə onları güdür: görəsən onlar nə pıçıldaşırlar? “Mənə heç nə lazım deyil. Əl çək məndən.” – Niko anasıyla mübahisə edirdi. Onda hələ hamı üçün yaxşı idi. Bununla bərabər, bu cansıxıcı otaqda da əyləncə tapmaq olardı. Məsəlçün, barmaqlıqla tutulmuş balaca pəncərədən bayıra baxmaq kimi. Pəncərədən uzun, ağ kərpicdən tikilmiş divar görünürdü, sonra adamla dolu küçədən qığılcım saça-saça keçən tramvay görünürdü… Niko yaşlarındakı qız uşağı böyük rezin əlcəyin içinə su doldurub aparırdı, su dolu əlcək inək yelininə oxşayırdı və qız getdikcə əlcəkdən yerə su damcılayırdı. Gözləriylə burnu tüklərinin içindən güclə görünən balaca it eyvanda dayanıb küçədən keçənlərə hürürdü, əlbəttə, o indi evdədir, heç kimdən və heç nədən qorxmur. Amma hər şeydən çox isti və susuzluq Nikonun yadında qalıb, çünki həmişə yayda səfərə çıxırdılar. Amma haçan ki atasının da vaxtı olurdu və onlarla bir yerdə gedirdi, onda bu bir neçə saat bir göz qırpımında keçirdi. Mütləq əvvəlcə restoranda yemək yeyirdilər, sonrasa mütləq faytonla şəhəri gəzirdilər. Niko atasının ayaqları arasında ayaq üstündə dayanıb ətrafa boylanırdı, gözləri tanış vitrini axtarırdı, o vitrinin dalında balaca meymun ayaqqabının qabağında oturmuşdu, elə bil əlindəki fırçayla ayaqqabını təmizləyirdi. Əslində isə meymun da gözlərini qırpmadan oturub şüşədən bayıra baxırdı, Nikonu gözləyirdi. “Hə, dostunu gördün?” – atası gülə-gülə soruşurdu. Niko cavab verə bilmirdi, gözləri dolurdu, boğazı qəhərlənirdi. Səbəbini indi də bilmir. İçi samanla doldurulmuş meymun kuklasında nə vardı axı? Nə canı vardı, nə ağlı. Faytonsa Tiflisin ən gözəl küçələrini gəzirdi. Atayla səyahət etməyin başqa ləzzəti vardı – həzzlər daha dərin, daha unudulmaz olurdu. Ata hər stansiyada harasa gedib ancaq qatar tərpənəndə kupeyə qayıdırdı, bu da anasını narahat edirdi. Anası deyinirdi, atası gülürdü, Niko isə başını kupenin pəncərəsindən çıxartıb baxırdı, o xəşbəxt idi və qatar dayanmadan gedirdi, qatarın fiti zirvəsi qara rəngli dağların ətəyindəki meşələrdə əks-səda verirdi. Budur, çayın sahilində, palçığın içində bir nəfər uzanıb çapalayır, o batırdı, elə indicə xilas ediblər. Onu xilas edən adam yanında dayanıb əynindən çıxartdığı yaş şalvarını sıxır. Qatarı görən kimi şalvarını başının üstündə yellədir. Niko pəncərədən gördüklərini heç kimə demədi. Qatar getdikcə külək pəncərədəki ağ pərdələri yellədirdi. Hər şey ağ rəngdə idi: pərdələr də, anasının paltarı da, atasının kostyumu da. Amma müharibə dövründə hər şey tamam başqa cür idi. Adamlar vaqonda bir-birinin üstündə oturmuşdular, hamının üstü-başı çirkli idi, hamının bir-birindən zəhləsi gedirdi, müharibə dövrüydü, hamı ehtiyac içindəydi, buna görə də hamı hirsli idi, xırda mübahisə üstündə göz qırpmadan öldürərdilər. “Çəkil yoldan, görmürsən ki, koram!” “Korsan get otur evində, burda nə işin var?” “Mən evdə otursam ailəmi kim dolandıracaq? Yoxsa sən?” “Hələ bunun ailəsi də