Mart xoruzu. Отар Чиладзе

Читать онлайн.
Название Mart xoruzu
Автор произведения Отар Чиладзе
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-2-7



Скачать книгу

hər şeydir.Lakin anası üçün, vaxtı necəsə uzatmaqdan, başqa heç nə barədə fikirləşməməkdən ötrü, gözləmə, qeyri-müəyyənlik, qorxu sıxıntısına düşməmək üçün, hər cür şübhə və ehtiyatlanma toruna ilişməməkdən ötrü, bu da kifayətdir – yoxsa, əgər, bir an da olsa, onlara uyarsa, ipək qurdları tut yarpaqlarına etdikləri kimi, ona hücum çəkərlər. X-rr-ş, x-rr-ş – qısa xırtıltı səsi gələr və əlbəttə, ondan xalat və çəkələklərdən başqa – buynuz və dırnaqlardan qeyri – heç nə qalmaz. ”Bir qədər də gözləyək, sonra da gedib atamızı axtaraq, hardadır, nə edir”, – Lamara gələcək körpəsinə belə deyir. Ata isə meyidin yanında, uyğunlaşdırılmış milis zirzəmisində, məzar zülmətində əyləşib – düzdür, küçə fonarının zəif işığı çöldən içəri sızır – külək lampanı yellədir və onun göndərdiyi işıq da, təbii, rəqs edir və zaman-zaman sönür, buna görə də küçədən zirzəmiyə yalnız növbələşən tutqun şüalar daxil olur, amma bu, hər halda, necəsə, işıqdır və leytenanta bir elə zəruri olmasa da, bu işıqda yaxınlıqdakı nəyisə seçmək olar. Ona tamamilə başqa işıq, şübhə və gümanlarının dolaşıqlığından baş çıxarmaq üçün, yol tapmaqdan ötrü ağıl işığı gərəkdir. Axı insan belədir – başqalarına (mənə, sənə, ona) necə görünürsə, hər halda – bu “başqaları” (mənim, sənin, onun) üçün elədir. Əgər bu, doğrudursa, onda, Nikonun fikrincə, leytenant məhz etməli olduğu kimi edir. Əlbəttə, isti yataq donmuş zirzəmidən üstündür və hamilə arvadı ilə söhbət etmək ölünün yanında səssiz oturmaqdan xoşdur, amma axı hələlik çox şey müəyyən olunmayıb, birinci növbədə, öldürülənin şəxsiyyəti aydınlaşdırılmayıb.Leytenant mərhumun ayaqları yanında, döşəmədə (planşeti altına qoyaraq – düzgün ehtiyatlılıqdır, buzlu daş plitənin üstündə oturmağı düşmənimə də arzulamıram) əyləşib, başını dizlərinə tərəf əyərək oturub, ilk baxışda – keçən günün bütün qayğıları və gərginliyi üzündən gücdən düşərək, yatana oxşayır.Lakin heç bir gözündə yuxu yoxdur, əgər gözləri qapalıdırsa, bu, ağıl işığının xarici dünyanın tutqun, yerini dəyişən işığında ağıl qaralmamasından ötrüdür. O yatmır, neçənci dəfədir, yada salır və götür-qoy edir, bütün şərtləri, hər bir xırdalığı, hər bir kəlməni, köhnə kilsədən zirzəmiyə kimi bütün yolu təhlil edir. Müstəntiq təcrübəli və məkrli cinayətkardan soruşduğu kimi, inadla özündən : ”Digər quldurlar hara getdi?” – deyə soruşur. Naskida üçünü görmüşdü – onlar köhnə kilsənin yanında, elə bil, rezin qırıqları və küləş toplayırdı. Qalanları (neçə nəfər?) içəridə, kilsənin dağıntıları içərisində idi, guya ordan səslər gəlirdi. Ancaq ağır qulaqlı Naskida küləyin fit və ulartısı içərisində onları necə eşidə bilmişdi? Doğrudanmı ova çıxmış bu canavarlar belə hay-küy qaldırmışdılar? Əgər, ümumiyyətlə, oturmuşdularsa, böyük ehtimalla, ocağın ətrafında quyruqları üstə, qulaqlarını şəkləyərək, əyləşərdilər. Ümumiyyətlə, quldurlar orda, köhnə kilsədə olsaydılar – əslində, leytenant belə demək istəyirdi. Qorxunun qulaqları da böyükdür, axı bütöv bir insan dəstəsinin izsiz-tozsuz yox olmasına inanmaq çətindir. Elə bil, gizli, yeraltı yoldan keçiblər. Amma onda bu da onlarla gedərdi. Niyə onu ölüm üçün saxlamışdılar? Ya da o öldürülüncəyə qədər, qalanlarının uzağa çəkilməyə macal tapması üçün özünü qurban vermişdi? Gəl baş çıxart! Əgər Naskida həqiqəti deyirsə, quldurlar milis gələnə kimi getmişlər, bu isə…”Allah göstərməsin, allah eləməsin”, – leytenant başını dizlərinə dayayaraq, həyəcanlanır, əsəbiləşir, yenə və bir daha yaddaşını gərginləşdirir, orada eşələnir, hər şeyin necə olduğunu, yaxud necə ola biləcəyini addım ardınca addım olmaqla, hər şeyi son xırdalığına qədər bərpa etməyə çalışır. Axı burda məsələ insana aiddir, ay camaat, insana! Doğrudur, niyə insan kimi doğulduğuna şikayətlənir – amma əgər doğulubsa, onunla insan kimi davranmalıyıq.Leytenant, hətta, quldur yıxılarkən ayaqqabısının ayağından çıxmasını da xatırlayır.Leytenant yaddaşını yoxlamaqdan ötrü qalxır, brezentin küncünü kənara atır və haqlılığına tamamilə əmin olaraq, Georgi Uparaşviliyə qışqırır:

      – Niyə meyidin ayaqlarında bir başmaq var, bəs ikincisi hanı?

      – Yəqin, bu bədbəxtin şeylərinin içindədir, rəis, – Georgi Uparaşvili, elə bil, onu çağıracaqlarını gözləyirmiş və məhz nə barədə soruşacaqlarını əvvəlcədən bilirmiş kimi, dərhal cavab verir.

      O ləngitmədən cavab verir, amma dərhal da şübhələnərək, fikrə gedir, öldürülənin şeylərini xəyalən nəzərdən keçirir. Yalnız onu evə buraxmasınlar, yoxsa heç bir işdən imtina etməz, daim, hətta başqalarının əvəzinə də növbətçilik etməyə də, nəfəs dərmədən “fərəqət” vəziyyətində dayanmağa da hazırdır. Ancaq yazıq ayaqlarını güclə sürüyür, onun yaşında milisdə xidmət etmək nə deməkdir! Amma, hər halda, burda özünü evdəkindən yaxşı hiss edir, burda onu, heç olmasa, adam hesab edirlər, onu, bunu soruşurlar, evdə isə bircə tikəni də sakitcə uda bilmir, nə vaxt şapalaq vurulacağını gözləyir. Gözlərini bir dəqiqə də yuma bilmir, evdə daim vur-çatlasındır. Ev deyil, havayı teatrdır. Adamlar şənlənməkdən ötrü onların pəncərələri altında toplanırlar. Arvadı və oğlu bir-birini söyür, daha nələrdə günahlandırmırlar – heç kəsdən utanmırlar, utanmazlar, dillərindən elə şeylər qopur – adamın əti tökülür. Kənar adamlar, dinləyicilər, tamaşaçılar, əyləncə həvəskarları isə gülməkdən partlayırlar. Uparaşvililər bütün şəhərdə dillərdədir. Onlardan birinin digəri haqda, birlikdə isə bəsləyiciləri, yəni birinin əri, digərinin atası barədə dediyini heç bazar avaraları da bir-biri barədə demir. Yazığın halına acınmalıdır, ev adamları isə bir-birindən uzağa getməyib. Necə deyərlər, eyni bezin qıraqlarıdır. Baba, əgər insan öz evində adam yerinə qoyulmursa, papağını görürüb, mümkün qədər uzağa getməsinin daha yaxşı olduğunu deyir. Düzdür, nənənin də baba ilə mübahisə etdiyi olur, o da ağrılı şəkildə sancmağı bacarır, ancaq Uparaşvili ailəsi tamamilə başqa şeydir, onların allahın verən günü on dəfə bir-birinə hücum çəkməsini hamı bilir, həm də yalnız sözlə deyil, işin əl qaldırmaya qədər gedib çıxması da olur. Əlbəttə, əgər belə ölmüş ruhlar yığnağını ailə adlandırmaq olarsa, allahın qarğıdığı ailədir. Bəli, Georgi Uparaşvilinin halına acımalıdır, onların əlində məhv olur, nə ərdir, nə də ata; adam deyil, qoyundur, arvadı da, oğlu da təpəsində otururlar. Bir dəfə hətta döymüşdülər də. Bütöv həftəni, kinofilm qəhrəmanı kimi, sarıqlı başla gəzdi. Siqnaxi lağlağılarından hara gizlənəcəyini bilmirdi – rast gələn kimi, mütləq soruşurdular: ”Başına nə olub? Sənə nə isə olub?” Evdəkilərin kötəklədiyini deyə bilməzdi axı! Yazıq bilərəkdən gülürdü – guya, qoca yaşında xanazıra, yəni parotit xəstəliyinə yoluxub.

      – Dostumsan, axtar və bura ver, – leytenant Georgi Uparaşviliyə belə deyir və o ləngimədən, ikinci başmağı axtarmaqdan ötrü öldürülənin şeylərini silkələyir.

      Axı orda, xüsusi olaraq, silkələməli nə var, belə yazığın hansı şeyləri ola bilər? Belə deyək – ümumiyyətlə, nə vaxtsa pulla işi olubsa, bir qədər pul. Ehtimal, burun dəsmalı, o hər kəsə lazımdır. Qələmyonan bıçaq, bəlkə, qarğıdan tütək kəsməyi bacarırmış və bununla dolanırmış? Yelenitsanın