Название | Nağıllar harada yaşayır |
---|---|
Автор произведения | Zachris Topelius |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8067-1-2 |
Elə bu zaman yolda yorğun, ac və donmuş parabüzən göründü. Qarışqalar küknar ağacının iynələrindən düzəlt-dikləri nizələrini hazır tutub çağırılmamış qonağı qovmağa hazırlaşdılar. Lakin Ana qarışqa əlinə ot alıb var gücü ilə yellədi və parabüzəni müdafiə etdi. Sonra onu öz evinə dəvət etdi və o günə qədər qarışqa yuvasında görünməmiş bir qonaqlıq verdi.
Cırcırama qonaqlıqda müğənnilik edir, qarışqa balası sapsağlam ayaqları üzərində rəqs edir, Günəş hər yana öz nurunu səpələyir, parabüzən isə qarışqa yuvasının üzərində dövrə vururdu.
DƏRZİ FİNLANDİYANI İSVEÇƏ NECƏ TİKDİ
Onun adı Tikka idi. Bu şən, balacaboy dərzi düymələri elə tikirdi ki, kəndlilər bəzən partlayana qədər yeyəndə belə düymələri qırılmırdı. Hamı səliqəli, xeyirxah və içki içməyən bu dərzinin xətrini çox istəyirdi. Bundan yaxşı dərzi tapa bilməzdin! Düzdür, bu fağırın bir eybi var idi. Kənddə ondan balacaboylusu yox idi. Xeyirxah olduğu üçün onun boyuna lağ edənlərlə birlikdə gülürdü. Amma Tikka çox qürurlu idi. Bir dəfə nəhəng və kobud Haryus Morten onu gödəkçəlik parçasından oğurlamaqda günahlandırdı. Tikka dərhal onu evindən qovdu və arxasınca odun parçasını elə ustalıqla atdı ki, Morten gözünü açmamış qar yarğanında eşələndiyini gördü.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.