Nağıllar harada yaşayır. Zachris Topelius

Читать онлайн.
Название Nağıllar harada yaşayır
Автор произведения Zachris Topelius
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8067-1-2



Скачать книгу

bu, nə deməkdir, – dəmirçi təəccübləndi, – Günəşə çatmaq nə axmaqlıqdır?!

      – Nə cürətlə mənim ən gözəl sehrli fikrimə axmaqlıq deyirsən? Mən Burrebirlə dünyanın yarısından mərc gəlmişəm ki, Günəşi tutub kisəyə basacam! Fənəri bura gətir, yoxsa… Eşidirsən, axı mən trollam.

      Və Birrebur sanki zarafatla ayağı ilə evin bir divarını aşırtdı.

      – Bura bax, – dəmirçi dedi, – əgər belə davransan, lensmanı çağıracam. Sən niyə Günəş Lenaya, ya da Ob çayına girəndə tutmadın?

      – Çünki saqqalımı islatmaqdan qorxuram.

      – O zaman Günəşi bizim kənddə də tuta bilməyəcək-sən. Çünki Günəş bu gün axşam mənim evimin arxasına yox, Botnik boğazına batıb.

      – O zaman sabah Botnik boğazının ətrafından keçib Günəşi İsveçrədə, ya da Norveçdə yaxalayaram.

      – Yox, əzizim. Orada sənin işlərin lap pis olacaq, çünki Günəş Atlantik okeanına batır.

      – Bəs onda mən nə edim? – troll dərindən ah çəkdi. – Axı okean başdan-ayağa sudur.

      – Qulaq as, – dəmirçi dedi, – əvvəl, zəhmət olmasa, divarı yerinə qoy. Sonra isə sənin dərdini çözərik. Bəlkə, səni sıyığa qonaq edim, əzizim troll?

      Troll qulağının arxasını qaşıdı, divarı yerinə qoydu və sıyıq yemək üçün masa arxasına oturdu. O, əvvəl sıyığı, sonra boşqabı və qaşığı, yağqabını və çörəkqabını, sonra isə masanı yedi. Dəmirçi çaşqın halda ona tamaşa edirdi. Lakin trollun hələ doymadığını və acgözlüklə uşaqlara baxdığını görən Paavo onu dəmirçixanaya aparmağı qət etdi.

      – İçəri keç, – Paavo dedi. – Bəlkə, burada dadlı bir şey tapdın.

      – Hə, – Burrebur cavab verdi, – Asiyaya səyahətdən sonra iştaham artıb. Qonaqlığa görə təşəkkür edirəm.

      Burrebur burada iki maşa, sonra çəkic, gürz, at nalı, mismar və kömür yedi.

      “Maraqlıdır, – dəmirçi fikirləşdi, – görəsən, bu yekəpər zindanı da yeyə bilər?”

      Və özü ona zindanı təklif etdi:

      – Nuş edə bilərsən.

      – Yox, çox sağ ol, – Burrebur cavab verdi. – Hələlik bəsdir. – Sonra ocaqdan bir necə köz çıxarıb saqqalını yandırmamaq üçün ehtiyatla ağzına dürtdü. – Çoxdandır belə yaxşı yeməmişdim. Səhərə yaxın acsam, çox güman, zindanı və uşaqları yeyəcəm.

      – Lap elə? – dəmirçi hirslə soruşdu.

      – Sən narahat olma. Daha yaxşı bir şey olmadığı üçün onlar da yetər. Bəs mən bu Günəşi necə tutum? – troll dərindən köks ötürdü.

      – Sehrli çəkmələr olan yerdə bu, çətin məsələ deyil, – dəmirçi dedi.

      – Hə, Günəş dənizə enməsəydi, çətin olmazdı. Amma bilirsən, sehrli çəkmələr öz-özünə qaçır.

      – Doğrudan?

      – Aydın məsələdir! Hə, yaxşı yadıma düşdü. Dünən Ural dağlarından atılanda çəkmənin sağ dabanı aralandı. Səhərə qədər onu yerinə mismarla. Mən isə yorulmuşam və yatmaq istəyirəm.

      Burrebur sağ ayağındakı çəkməni çıxartdı və dərhal xoruldamağa başladı. Belə yalnız üç gün sehrli çəkmələrdə Asiyada qaçan xoruldaya bilərdi.

      Dəmirçi fikrə getdi.

      – Səhər naharına zindanı və mənim uşaqlarımı yeyəcək? Yox, troll, alınmayacaq. Sən onsuz da evimi alt-üst etmisən. Yatdığn yerdə səni çəkiclə vurub öldürüm? Yox, sən çağırılmamış olsan da, qonaqsan… Ya da o biri ayağındakı çəkməni də çıxarıb qaçıb buralardan gedim? Əla olardı, amma bu, oğurluq sayılır. Paavo isə dürüst insandır. Nə edəcəyimi bilirəm. Qoy çəkmələr trolda qalsın və mən onun sağ dabanını təmir edəcəm. Oyva, get anana de ki, mən səhərə qədər dəmirçixanada işləyəcəm. Qoy anan troldan qorxmasın. O, ölü kimi yatıb.

      Dəmirçi trollun sağ çəkməsini götürüb dabanını qopardı və adi dəmirdən yeni daban düzəltdi.

      “Qoy indi troll yeddi mil təkayaqlı qaçsın, – dəmirçi öz-özünə dedi. – Belə-belə işlər, – dəmirçi sehrli çəkmənin dabanına baxaraq fikirləşdi, – deməli, sən sürətlə qaçan dəmirdən düzəldilmisən? Sən elə bizim qatara tam uyğunsan”.

      Məhz həmin gecə dəmirçixanada qatarın sınıq təkərini təmir edirdilər. Paavo xəlvətcə ora gedib qatarın təkərinə sehrli çəkmənin dabanını yapışdırdı.

      “Hə, indi quş kimi uçarsan!” – dəmirçi fikirləşdi və güldü.

      Səhəri gün qatarı sınaqdan keçirəndə o elə sürətlə getdi ki, heç bir əyləc onu saxlaya bilmədi.

      – Bu qatara nə olub belə? – qatar sürücüsü qışqırdı. – Əvvəllər o, eşşək arabası kimi sürünürdü. İndi isə quş kimi uçur.

      – Qatar sizin çox yavaş idarə etdiyinizi düşünür və qatarların İngiltərədə necə idarə olunduğunu göstərmək istəyir, – Paavo dedi.

      – Dayan! Dayan görüm! – qatar sürücüsü qışqırdı.

      İşə bir bax! Sehrli çəkmənin dabanı əmrə itaət edərək geri çəkildi və yeni əmrə hazır dayandı.

      – Bu ki dünyanın ən ağıllı qatarıdır! – qatar sürücüsü sevinclə dedi.

      – Əlbəttə! O, bütün Asiyanı üç günə dövrə vura bilər, – Paavo dedi.

      Birrebur ayılanda artıq sağ çəkmədə yeni daban hazır idi. O, çəkməsini geyinib Günəşi təqib etməyə hazır idi. Lakin o, bir addım atan kimi sol ayağı güllə kimi götürüldü, sağ ayağı isə onun ardınca süründü. Necə də narahat idi! Birrebur təngnəfəs olub dəmirçixanaya qayıtdı. O, belə vəziyyətdə Günəşə necə çata bilərdi? Dəmirçi Paavo əcinnədən canını qurtarmışdı deyə sevinirdi. Amma onu yenidən görüb qorxdu. İndi onun uşaqları və zindanı necə olacaqdı?

      – Əzizim troll. Məgər sən Günəşin elə indicə buludun arxasında gizləndiyini görmədinmi? – dəmirçi soruşdu.

      – Gördüm. – O, tez-tez gizlənir, – troll ah çəkərək dedi.

      – Qulaq as! Sən kisəni dəmirçixanada unutmusan. Mən də sənə yaxşılıq etmək istədim. Ağacın başında məftildən tələ qurdum və Günəşi tutub sənin kisənə saldım.

      – Mənim kisəmə? Bilirsən, sənin kimi dəmirçini bütün dünyanı gəzsən, tapa bilməzsən. İndi sevincimdən səni yeyəcəm. Təkayaqlı qaçmaqdan qarnım quruldadı.

      – Nə etməli. Buna görə də çox sağ ol, – dəmirçi cavab verdi. – Amma əvvəlcə Günəşi necə gizlətməyimə baxmaq istəmirsən?

      – Aydın məsələdir ki, baxmaq istəyirəm, əzizim mənim. Bəs kisə haradadır? Mən Günəşin ciyiltisini eşidirəm (Paavo kisəyə çoşqa qoymuşdu). Hə, hə, əzizim, ürəyin istədiyi qədər ciyildə. Nəhayət ki, mən