Kopenhagen trilogiyası. Тове Дитлевсен

Читать онлайн.
Название Kopenhagen trilogiyası
Автор произведения Тове Дитлевсен
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

də yaşatdığını təsəvvür edə bilirəm. Nənə Amaqer adasında yaşayır. Onun saçı tamamilə ağdır və hər zaman qara paltar geyinir. Anamla atam kimi. Mən ona yalnız kiminsə vasitəsilə söz deyə bilərəm, bu isə hər bir söhbəti xeyli dərəcədə çətinləşdirir və təkrarlarla doldurur. Çörəyi kəsmədən xaç çevirir, dırnaqlarını kəsdikdən sonra isə onları sobada yandırır. Niyə belə etdiyini soruşduğumda, – “bilmirəm”, deyir – “anam da belə edərdi.” Bütün böyüklər kimi anam da uşaqlar ondan nəsə soruşanda əsəbləşərdi, ancaq qısa cavablar verərdi. Haraya çevrilirsən-çevril uşaqlığınla rastlaşacaqsan və bu qarşılaşma səni ağrıdacaq. Çünki o möhkəm və iti ucludur, yalnız səni parça-parça edəndən sonra dayanır. Sanki hər kəsin öz uşaqlıq dövrü var və onlar bir-birindən tamamilə fərqlənir. Qardaşımın uşaqlığı çox səs-küylü keçib, mənimki isə əksinə, sakit, aramla. Heç kim onu xoşlamır və heç kimin ona bir ehtiyacı yoxdur. Qəfildən o, çox hündür olur və hər ikimiz ayağa qalxdığımızda mən anamın gözlərinə baxa bilirəm. “Sən yatarkən böyüyürsən” – o dedi. Mən gecəni oyaq qalmağa çalışıram, amma yuxu mənə güc gəlir və səhər başım gicəllənə-gicəllənə ayaqlarıma baxıram. Onlara kimi olan məsafə kifayət qədər artıb. “Böyük inəyə oxşayırsan!” – küçədəki oğlan arxamca bağırır. Və belə də davam edir. Mən böyüklər üçün Stormoqulendəki məktəbə gedəcəyəm. İndi uşaqlıq dövrüm məni incidir. Ağrı davam edir, artıq… Sən iyirmi yaşına çatana kimi dayanmır. Edvin belə deyir- o, hər şeyi bilir. Dünya və cəmiyyət haqqında da bilir. Onu siyasi müzakirələrə götürən atam kimi. Anam deyir ki, axırda hər ikisini polis həbs edəcək. Onlar anam belə şeylər danışanda ona qulaq asmırlar, çünki anam siyasət haqqında mənim bildiyim qədər az şey bilir. O, həmçinin deyir ki, atam sosialist olduğu üçün iş tapa bilməyəcək. Və atamın başının üzərindən, dənizçinin yanından asdığı Stauninqin şəkli bizə bir gün problem yaradacaq. Mən Stauninqi sevirəm, onu bir neçə dəfə Fəled parkda görmüşəm, haqqında çox eşitmişəm. Mən onu şən-şən küləkdə yellənən saqqalına görə sevirəm. Həm də ona görə sevirəm ki, baş nazir olsa belə, işçiləri ilə “yoldaş” statusunda dolanır. Siyasətə gəldikdə anamın yanlış olduğunu düşünürəm. Amma belə şeylər haqqında mənim kimi qızcığazın nə düşündüyü heç kimin vecinə deyil.

      Bir gün mənim uşaqlığımdan qan iyi gəlir və mən onu görməzdən, bilməzdən gələ bilmirəm. “İndi sənin uşağın ola bilər”, – anam deyir, – “hələ çox tezdir, sənin heç 13 yaşın da yoxdur”. Mən bilirəm sənin necə uşağın olub, çünki mən valideynlərimlə yatıram, bunu bilirəm. Başqa yolla bunu öyrənə bilməzsən. Amma hətta belə durumda da, hələ də başa düşmədiyim bəzi şeylər var, elə bilirəm ki, istənilən an yanımda körpə uşaq yuxudan oyana bilərəm. Onun adı körpə Mariya qoyulardı , çünki qızım olacaq. Mən oğlanları xoşlamıram, mənə heç icazə vermirlər onlarla oynayım. Yeganə sevdiyim, məftunluq duyduğum oğlan Edvindir. Və evlənəcəyimi düşündüyüm yeganə oğlan da Edvindir. Hər kəs mənim qardaşımı sevir və mən tez-tez düşünürəm ki, onun uşaqlığı ona mənim uşaqlığım mənə yaraşandan daha çox yaraşır. Onun uşaqlığı böyüməsi ilə uyğunluq təşkil edirdi. Mənim uşaqlığım isə əksinə, tamam başqa bir qız üçün yaradılmışdı. Mən belə düşüncələrə dalanda uşaqlıq dövrüm daha da axmaqca görünür, çünki sən belə şeylər haqqında heç kimlə danışa bilməzsən. Hər zaman bir şeyin arzusundayam ki, sirli bir insanla qarşılaşım, o da məni dinləsin, məni başa düşsün. Oxuduğum kitablardan bilirəm ki, belə insanlar mövcuddur, amma mənim uşaqlıq küçələrimdə sən onları tapa bilməzsən.

      VII BÖLÜM

      Mənim uşaqlıq küçəm İstedqada küçəsidir – həmin küçənin ritmi hər zaman qanımda vuracaq, onun səsi hər zaman mənə yetişəcək və bizim bir-birimizə sadiq qalacağımız barədə içdiyimiz and uzaq zamanlardakı kimi olacaq. Həmin səs hər zaman isti, işıqlı, bayram əhval-ruhiyyəsində və həyəcanvericidir. Və bu səs sanki mənim özümü ifadə etmə qabiliyyətimi məmnun etmək üçün yaradılmışdır. Bu küçədə mən uşaqkən anamın əlindən tutaraq gəzir və önəmli şeylər öyrənirdim – bir yumurtanın İrma marketdə 6 öre, bir kiloqram marqarinin 58 öre olması kimi. Anam yeməkdən başqa hər şeyin bazarlığını edirdi. Satıcılar ümidsizliklə əllərini havada yelləyir və deyirdilər ki, əgər belə davam etsə onlar dəli olacaq. Həm də alış-veriş məsələlərində çox bacarıqlı idi, atamın geyindiyi köynəkləri sanki yeni imiş kimi satırdı. Və o mağazada növbənin sonuna keçə bilər, oradan var gücü ilə qışqırardı: – “Heyy, indi mənim növbəmdir. Mən nə qədər vaxtdır burada gözləyirəm.” Onunla zamanım əyləncəli keçirdi, mən onun Kopenhagenlilərə xas cəsarətini və cəld qərar verən təbiətini bəyənirdim. İşsizlər kiçik kafelərin ətrafında var-gəl edirdi. Onlar barmaqlarını ağızlarına salıb anama fit çalardı, o isə bu davranışa heç əhəmiyyət verməzdi. “Onlar ən azından evdə qala bilərdilər”, – anam deyir, – “atan kimi”. Amma iş axtarmaq üçün çıxmayıb evdə, boş-bekar divanın üzərində oturduğunda ona tamaşa etmək çox üzücü idi. Jurnalda bu sətri oxudum: “Oturub Allahımızın belə böyük bacarıqla yaratdığı iki yumruğa tamaşa etmək.” Bu işsizlər haqqında poemadır və atamı yadıma salır.

      İstedsqata küçəsi mənim üçün məktəbdən sonra axşam yeməyinə qədər oyun oynadığım meydançaya yalnız mən Rutla tanış olandan sonra çevrildi. Onda mənim 9, Rutun isə 7 yaşı vardı. Biz onunla bir bazar səhəri valideynlər yorğun həftənin iztirabını çıxartsın və bir qədər çox yatsınlar deyə bütün uşaqları binadan küçəyə qovduqlarında tanış olduq. Hər zaman olduğu kimi böyük qızlar zibil vedrələri qoyulan küncə çəkilib qeybət edirdi, balaca qızlar isə klasklas oynayırdılar. Mən isə hər zaman bu oyunu korlayırdım, çünki xətlərin üzərinə basmaq olmazdı, mənsə özümü saxlaya bilmirdim, basırdım. Heç zaman bu oyunun mənasını başa düşmürdüm, bu səbəbdən mənə son dərəcə darıxdırıcı gəlirdi. Kimsə deyir ki, “uduzdun, çıx!” mən isə başımı aşağı salıb divara söykənirəm. Sonra binanın mətbəx pilləkənlərində sürətli addım səsləri eşidilir və qırmızı saçlı, yaşıl gözlü, burnunun kənarlarında yüngül-qəhvəyi rəngli çillər olan qız peyda olur: – Salam! O gülür, ağzı qulağının dibinə gedir, sonra deyir: “Mənim adım Rutdur.” Mən özümü utana-utana, naqolay şəkildə təqdim edirəm, çünki heç kim təzə uşaqlardan belə “cool” giriş etməyini gözləmirdi. Hər kəs gözünü Ruta zilləyib, o, isə deyəsən bütün bu baxışlardan xəbərsizdir. “Qaçdı-tutdu oynamaq istəyirsən?” – o, məndən soruşur. Pəncərəmizə tərəddüd içində atdığım nəzərdən sonra onun arxasınca düşürəm. (Necə ki, ondan sonra da bir neçə il – biz məktəbi bitirənə, dərin fərqlərimiz üzə çıxana kimi edəcəyəm)

      İndi mənim bir dostum var və belədə əlbəttə ki, Rutu xoşlamayan anamdan asılılığım azalıb. “O övladlığa götürülüb və belə uşaqdan yaxşı nəsə gözləyə bilməzsən. Anam qara-qara desə də, mənə onunla oynamağı qadağan etmir. Rutun valideynləri bir cüt böyük, çirkin insanlardır, onlar özləri heç zaman Rut kimi sevimli uşağı dünyaya gətirə bilməzdilər. Atası ofisiantdır və balıq kimi içir. Anası köklükdən əziyyət çəkir, astma