Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Читать онлайн.
Название Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları
Автор произведения Multatuli
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

və lordlarının nəsli Holland funksionerləridir. Onları kralın adından ərazini idarə edən General Qubernator təyin edir, yerini dəyişir, vəzifəsini qaldırır, yaxud da işdən çıxardır. Cinayətkarlar Haaqadakı qanunlara uyğun mühakimə edilir və cəzalandırılır. Yava əhalisinin verdiyi vergi Hollandiya xəzinəsinə axır.

      Bu kitab əsas etibarı ilə Hollandiyanın ayrılmaz tərkib hissəsini təşkil edən bu ərazilərdən bəhs edəcək. General Qubernatora senat yardım edir. Amma bu senatın onun qanunlarını dəyişmək gücü yoxdur. Bataviada hökümətin bir neçə qolu şöbələrə bölünür, həmin şöbələrə direktorlar rəhbərlik edir. Onlar əyalətlərdəki komendantlarla General Qubernator arasındakı əlaqəni təmin edir. Yenə də siyasi xarakterli suallarla bağlı bu komendantlar birbaşa General Qubernatora müraciət edir.

      Komendant titulunun tarixçəsi Hollandiyanın federal supergücdən daha çox himayəçi rolunda olduğu vaxtlara gedib çıxır. Komendant rolunda bir neçə hakimiyyətdə olan şahzadə çıxış edirdi. İndi şəhzadalər yoxdur, komendantlar isə ərazilərin idarəedicilərinə çevriliblər, onlar mükəmməllik gücünə sahibləniblər. Vəzifələri dəyişsə də, adları elə həmin ad qalıb.

      Yavalı insanların gözündə Holland hakimiyyətini məhz həmin komendantlar təmsil edir. Həmin insanlar nə General Qubernatorları, nə Hind senatorları, nə Batavia direktorlarını tanıyırlar. Onlar yalnız birbaşa tabe olduqları komendantları tanıyır.

      Belə adlanan Komendantlıq – onların bəzilərinin bir milyon əhalisi var – üç, dörd, yaxud beş naibliyə bölünür. Hər bir naibliyin başında isə Komendant dayanır. Onların tabeçiliyində hakimiyyət nəzarətçilər, icraçılar və bir çox başqa məmurlar tərəfindən həyata keçirilir. Onlara vergi yığmaq, kənd təsərrüfatına nəzarət etmək, suvarma sistemi üçün tikililər ucaltmaq, polis və digər idarəetmə işlərində – məhkəmə qərarlarının icrasında – ehtiyac duyulur.

      Hər bir departamentdə komendanta yüksək çinli yerli məmur kömək edir. Onlara naib deyirlər. Adı naib, özü departamentindən və hökümətdən maaş alan məmur olsa da, o, hər zaman ölkəsinin yüksək zadəgan sinfinə, çox zaman həmin ərazini müstəqil, suveren rayon kimi idarə edən şahzadə ailəsinə aid olur. Şahzadələrin keçmiş feodal təsirlərindən istifadə etmək Hollandiyada yayılmış siyasətdir. Asiyada belə yerlər çoxdur və bu təsir əksər tayfalar və onların başçıları tərəfindən öz dinlərinə bərabər tutulur. Çünki həmin məmurlar kral tərəfindən pul ödənilən məmurlara çevirməklə bir növ ierarxiya yaradılır, başda isə General Qubernatorun simasında Holland höküməti durur.

      Günəşin altında yeni nəsə yoxdur. Alman imperiyasında Marqarevlər, Burqarevlər eyni yolla alman imperatoru tərəfindən təyin edilmirdimi?! Və onlar əsasən baronlar arasından seçilmirdimi? Zadəganlığın kökü haqqında uzun-uzadı danışmadan – bu kifayət qədər aydındır – mən burada istərdim ki, Hind adaları boyunca müşahidələrimə əsasən eyni səbəblərin eyni nəticələrə gətirdiyi haqqında müşahidələrimi bu kitaba daxil edim. Əgər bir ölkə çox uzaq məsafədən idarə edilməlidirsə, bu zaman mərkəzi gücü orada təmsil etmək üçün sənin funksionerlərə ehtiyacın var. Beləcə Romalılar hərbi despotizm sistemləri altında legionlardakı generalların içindən fəth etdikləri ölkələri idarə etmək üçün generallar seçirdilər. Amma sonradan Alman imperiyası fəth etdiyi ərazilərin əhalisini maddi vasitələrlə deyil, başqa yollarla öz əlində saxlamağa çalışdıqda Uzaq əyalətdə mənşə, dil və adət oxşarlığı olan ərazilərin imperiyaya daxil olduğu hesab edilən kimi, həmin əraziyə bələd olan, oranı yaxşı tanıyan bir hakimin təyin edilməsi zərurəti yaranırdı. Amma bu kifayət etmirdi, həmin adamın öz həmvətənlərinin yanında hörmətli olması, imperatorun əmrlərinə tabeçiliyin hərbi itaətkarlıqla daha asan həyat keçirilə bilməsi üçün onun vəzifəsi də qaldırılırdı. Onun yanında həmin əmrlərin icrasına nəzarətə kömək edən komandası olurdu. Bununla da ordunun saxlama xərclərinin ya tamamilə, ya da qismən dövlət xəzinəsi hesabına ödənilməsindən qaçmaq olurdu. Yaxud, çox vaxt elə olurdu ki, ordunun nəzarət etdiyi ərazi özü də ordunun xərclərini qarşılayırdı. Beləliklə ilk hakimlər ölkənin baronları arasından seçildi və sən “hakim” sözünü hərfi mənada qəbul etsən, bilməlisən ki, hakim heç də zadəgan titulu deyil, bu sadəcə müəyyən bir vəzifəyə təyin edilmiş adama müraciət formasıdır. Bu səbəbdən mən də düşünürəm ki, “orta əsrlərdə Alman imperiyasının hakimlər təyin etməyə hüququ varmış” düşüncəsi geniş yayılmışdır. Alman imperiyası dyuklar (ordu komandirləri) və hakimlər təyin etmə hüququna sahib idi. Amma baronlara görə onlar baron olduqları üçün elə doğuşdan imperatora bərabər tutulurlar və yalnız Allaha tabedirlər. Sadəcə imperatora xidmət etməyə borcludurlar. Hakim imperatorun onu təyin etdiyi vəzifə ilə sərmayələnir, baron isə özünü Allahın lütfü ilə baron adlandırır. Hakimlər imperatorluğu təmsil edir və qollarında bazubənd daşıyırdılar. Baronlar isə cəngavərlər kimi öz rəngləri altında insanlar toplayırdı. Hakimlərin və dyukların baronların arasından seçilməsi durumu onların doğuşdan özləri ilə daşıdığı önəmliliyi artırırdı. Və belə görünür ki, sonradan, insanlar nəsildən-nəsilə ötürülən bu vəzifələrin təbiətinə öyrəncəli olduqca baron titulundan törəyən hakimlərin presedenti də artırdı. Hətta bu günlərdə belə kral, imperator ailəsi ilə bağlılığı olmayan bir çox zadəgan ailəsi, hansılar ki, ölkənin öz zadəgan nəslindən törəyiblər, hansılar ki, hər zaman zadəgan olublar hakim vəzifəsinə qalxmağı rədd edirdilər. Belə hallar çox olub.

      İmperatordan belə yüksək etimad alan insanlar, sonra da təbii olaraq övladları, yaxud ən yaxınları üçün özlərindən sonra eyni vəzifəni əldə etməyə çalışırdı. Bu da çox tez-tez baş verirdi, hərçənd bu irsən keçmə haqqının sübut olunduğuna inanmıram. Ən azından Niderlanddakı, Holland qraflığındakı, Zeslanddakı, Flanderdəki və Haimaultdakı – Brabant, Gelderland dyuklarında belə olub. İlk öncə bu bir yaxşılıq idi, sonradan adətə çevrildi, sonda isə zərurət oldu.

      İnsan seçimləri ilə demək olar ki, eyni olaraq – çünki vəzifənin oxşarlığı ilə bağlı sual ola bilməzdi – yerli funksioner Yava ərazisinin başçısı təyin edilirdi. Hökümət ona təsir gücü, vəzifə verir ki, Holland tərəfini bir funksioner olaraq təmsil etsin. Burada da qanunla təsbit edilməsə belə hakimiyyətin atadan-oğula keçməsi adət halını aldı. Naib həyatı boyunca bu çox zaman düzülüb-qoşulur. Və əgər birinə oğlu tərəfindən əvəz ediləcəyi deyilirsə, demək o, gərgin əməyinə və çalışqanlığına görə mükafat alıb. Bu qanundan kənara çıxmaq üçün çox vacib bir səbəb olmalıdır və bu zəruri olduqda varis çox zaman eyni ailə üzvlərindən birindən seçilir. Avropalı məmurlarla Yavalı zadəganlar arasındakı münasibət çox zərifdir. Ərazinin komendantı məsuliyyət daşıyan şəxsdir. Onun öz təlimatları var və ərazinin rəhbəri hesab edilir. Amma bununla belə naib yerli şəraiti bildiyi üçün, orada doğulduğu, əhaliyə təsir edə bildiyi, maddi gəlirləri və həyat tərzini yaxşı bildiyi üçün ondan üstündür. Bundan əlavə, Yavalıya məxsus elementləri özündə daşıdığı və ərazidə yaşayan yüz min yaxud daha artıq əhalinin danışan ağzı olduğu üçün naib narazılığından heç kimin qorxmadığı – çünki hökümət onların yerinə asanlıqla başqa bir məmuru işə götürə bilərdi – sadə avropalı məmurdan daha çox hökümətin gözündə vacib fiqur hesab edilirdi. Digər tərəfdən naibdən baş