Özsüzlük. Zümrüd Anka

Читать онлайн.
Название Özsüzlük
Автор произведения Zümrüd Anka
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

b, yaxınlıqdakı marketdən aldığı göbələkli dürümü kağızından çıxartmağa çalışan adam.

      – Məmnun oldum. Mən də Laləyəm, sevgili Tanrı – gülümsəyərək cavab verdim, – Nə zamandan Tanrı olduğunuzun fərqinə vardınız?

      – 16 yaşımdan. Bir gecə özümü kənardan izlədiyi-mi hiss elədim, bədənim hərəkətsiz idi, onun üzərindəki kontrolu itirmişdim, sanki ruhum vücudumu tərk etmişdi. Və Tanrını gördüm, İsgəndər olaraq yer üzündə yaşayacaqdı Tanrı artıq. Ölmüşdüm.

      – Həə, aydındı, yuxu imiş.

      – Deyildi, bütün güclərindən imtina edib insan kimi yaşamağı yoxlamaq istəmişdi Tanrı. Bax, mən həmin o Tanrıyam. İnsan olmağın necə bir şey olduğunu öz dərimdə hiss etmək istədim sadəcə, izləməkdən yorulmuşdum.

      Qağayıları seyr edərkən əlimdəki pendirli dürümdən bir dişlək də alıb, eşitdiklərimin ciddi olub-olmadığını aydınlaşdırmaq üçün İsgəndərə tərəf döndüm. Gülümsəyən iri gözləri həyəcanla gözümün içinə dikilmişdi. Güldüm:

      – Bilirsən də, bu dediklərinə inanırsansa şizofreniya olma ehtimalın Tanrı olma ehtimalından yüksəkdi. Və mən arxama baxmadan buradan qaçmalıyam, sənsə Tanrı deyilsən. Mən heç Tanrıya inanmıram da… hərçənd inandığım zamanlar da olub.

      O da güldü:

      – Dürümlər dadlıymış, mən də acammış. Tanrı görmüsən indiyə qədər? Necə olduğunu bilmirsənsə, mənim Tanrı olmadığımı necə isbatlaya bilərsən.

      Gülümsədim, inandırıcı deyil əlbəttə. Eyni zamanda qərar verməyə çalışırdım: adam dediklərinə doğrudan inanır, yoxsa mənə maraqlı görünmək üçün hekayə uydurur?

      – Niyə məhz İsgəndər? Tanrı niyə İsgəndəri seçdi ki? – soruşdum.

      – Kim olsaydı eyni sual olmayacaqdımı, bu sadəcə təsadüfdür. Qərarım qətiləşdikdən sonra, ilk ölən insanı seçəcəkdim.

      – Ou, Tanrı və təsadüf… Hm, aydındı. Mənim həyatımda niyə varsan bəs… normal adamın sənin həyatında nə işi var ki, ay Lalə… Tanrıymış! Bu nə dünya-dı yaratmısan, sənallah, məmnunsan əsərindən?

      – Səncə dünyanın bu hala gəlməsi mənim əməyimin məhsuludu?

      – Hadisələrin hara varacağını bilmirdin ki? İnsanların nəfsindən xəbərin yoxmuş kimi…

      – Bilmirdim. Axı dinlərin təsvir etdiyi Tanrı mən deyiləm.

      – Hə, dinlər. Onsuz da dinləri, insan beyninin məhsulu hesab edirəm. Amma Tanrı haqqında bir fikrim yoxdur, varmı, yoxmu? Varsa, onun məni anlayacağından əminəm, yoxdursa da, canı sağ olsun. Sən də Tanrısan ya yox, bu da önəmli deyil, mənə sənlə maraqlıdı hazırda. Amma əgər Tanrı varsa, zənnimcə o, eqoist və sadistdi…

      – Eləyəm.

      – Tanrıya bilirsən nə qədər deyiləcək sözüm, veriləcək sualım var idi?

      – Hamısını cavablandıra bilərəm…

      Hava xoş idi, sükut içində dənizi izlədik. Həqiqətən də Tanrıyla aydınlaşdırmaq istədiyim o qədər mövzu vardı ki… Amma bu Tanrı indiyə qədər tanıdığım Tanrıdan deyilmiş, bəs kim idi qarşımdakı adam? Fırıldaqçı, gopçu, qadın ovçusu, ya beyninin uydurduğu aləmdə özünü Tanrı hesab edən psixoloji xəstəmi?

      – Bəs sən təksən?

      – Bu qalaktika üçün hə. Çünki sizin qalaktika, içindəkilərlə birlikdə yaradıcılığımın bəhrəsidir. Kainatda başqa nələr var bilmirəm. Siz insanlar Tanrını ilahiləşdirirsiz, amma mən də sizin kimi təkamül nəticəsiyəm, inkişafın elə həddinə çatmışdıq, elə güclər qazanmışdıq ki, sən indi onu təsəvvür edə bilməzsən. Mənim irqimdən 16 nəfər idik əvvəl.

      – Dünyanızda seks də vardı?

      – Həzz ala biləcəyimiz o qədər çeşidli vasitələr vardı ki. Biz ölümsüzlüyə çatmışdıq, Lalə, törəməyə gərək qalmamışdı.

      – Ecaskarmış… bəs sonra? Sonra nə oldu ki, bu boyda p.x qaynatdın?

      – Sonra bizə məlum olmayan hansısa bir enerji hər şeyi məhv etdi. Bir tək mən sağ qaldım. Boşluqda, sükutda… Bir müddət yalnız qaldım, darıxdım və… və dünyanı yaratdım.

      – Hə, yəni bu hamısı sadəcə bir eksperimentdi? Gedişatı və sonu sənə belə bəlli olmayan sınaq nəticəsiyik eləmi?

      – Elədir…

      – Bəs sizin Tanrınız? Sizi hansı qüvvə yaratmışdı?

      – Şəxsən mənə bu maraqlı deyildi. Məncə heç birimizə maraqlı deyil.

      – Səni Orxana danışacağam, peyğəmbərliyini elan etmək üçün qırx yaşını gözləyən dünyadan qopmuş dostumdu.

      Gəzişməyə başladıq. Heyif deyil kiçik zənn edilən pulsuz zövqlər? Fevral günəşi də o nəsnələrdəndir. Beynimdə paralel olaraq bir-birinə zidd fikirlər qaynaşırdı. Hansına üstünlük verəcəyimi bilmirdim. Axışına buraxmaq ən yaxşısı idi.

      – Sən mənə pis təsir edirsən. Mən mən olmuram sənlə, dəyərlərim alt-üst olur.

      – Hə, ilk görüşdə sevişməmək kimi bir dəyərin məsələn, – deyəndə, duraqsayıb, əsəb dolu pərt baxışlarla gözünün içinə baxdım, o isə gülümsəyib – adiləşincəyə qədər bunu sənə xatırladacağam – dedi.

      – Kimsənin cinsi həyatına dair seçimləri məni narahat eləmir, ortada şiddət yoxdursa, tərəflər məmnundursa kimə nə, mənə nə. Amma mənim öz dəyərlərim var axı – dedim.

      – Bu bilirsən nəyə bənzəyir? Elə bil mən deyirəm ki, bakirə olmayan qızla heç vaxt evlənmərəm, əziz insanlarımı da belə bir evlilikdən çəkindirərəm, amma kimsə evlənəcəyi qızın bakirəliyi ilə maraqlanmırsa, mənə nə, öz işidir. Bax sənə dəyər adı ilə sırınan şeylər bəzən bu qədər saxtadır. Biz səninlə tanış olurduq, həm də bədənlərimiz bir-birini tanıdı. Yaxşı tərəfdən bax, indi əminsən ki, mənim sənə marağım səni yatağa salmaqdan ibarət deyil.

***

      Artıq üçüncü il idi ki 8 martda fəvvarələr meydanı feministlərin izinsiz aksiyasına şahidlik edirdi, bu gün də günorta saat üçə yürüş planlanmışdı. Hər keçən il aksiya iştirakçıları sayca artır, yürüş daha mütəşəkkil şəkil alırdı. Keçən il aksiya dağıdılana qədər mahnı oxuyaraq xeyli məsafədə yürüş edə bilmişdilər. Ancaq oxuduqları mahnının sözlərinin türkcə olması, plakatlardan birindəki vagina mənimdir, kimə istəsəm verərəm yazısı daha çox müzakirə səbəbi olmuşdu. Bu il öz bəstələri vardı. Polislərin də öncəki illərdən daha canfəsanlıqla hazırlaşdıqları say-larından bəlli olurdu.

      Günorta hər zaman oturduğum kafedə İsgəndərlə görüşəcəkdik. Öncədən xəbər almışdım yürüşə qatılacaqsa görüşü təxirə salacaqdım. İkimiz də qatılmayacaqdıq, mən çəkinirdim, onun səbəblərini isə sorğulamadım. Kafeyə daxil olanda sosial şəbəkələrdən tanıdığım ictimai fəalları gördüm, içəridə bir qaynaşma var idi ki gəl görəsən, əsl bayram abhavası. Plakat hazırlayan kim, maskaların üzərinə yazılar yazan kim, yer yox idi oturmağa. Bir az içəridəki masalardan birində Muradın qara maska üzərinə ağardıcı ilə “FOR EQUALİTY” yazmağa çalışdığını gördüm, qucaqlaşdıq, oturmaq üçün izin istədim. İsgəndər də az sonra bizə qoşuldu. Bir neçə maskanın üzərini yazdım, Muradın maskası ilə şəkil də çəkdirdim. Nurlanla Əsli körpələri ilə gəldilər, Nurlan jurnalist kimi izləyəcəkdi yəqin, Əsli isə balaca Uğuru ilə iştirak edəcəkdi hər halda. Yanımdakılara uğurlar dilədim, bapbalaca mənəvi dəstəyimin sevinci ilə kafedən çıxdıq. Həyəcan keçirirdim onlar üçün.

      Biz kafedən çıxanda qapıdan bir qədər aralıda bir qız “burax qolumu, Nurlanı çağırın, məni aparırlar!” deyə qışqırırdı. Yekəpər kişi qolundan tutub nəsə deyirdi ona. Bir neçə dəqiqə sonra isə başqa bir yekəpər içəridən başqa bir qızı darta-darta çıxardı, ikisi də qızların qolundan yapışıb küçə ilə üzüyuxarı irəlilədilər. Nurlan hadisəni telefonla çəkib canlı yayımla paylaşırdı artıq. Ona da bir kişi yaxınlaşdı, “jurnalistəm!” deyib qışqırdı, adam