Canlı əhvalatlar. Cek Kenfild

Читать онлайн.
Название Canlı əhvalatlar
Автор произведения Cek Kenfild
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8452-1-1



Скачать книгу

nə?» – mən özlüyümdə düşündüm və bədahətən soruşdum:

      – Bir şey yemək istəyirsiniz?

      İngiliscəni başa düşən oğlan mənim sözlərimi öz dostlarına çatdırdı və dörd cüt göz məni soyuducuya kimi müşayiət elədi. Bax, bu yerdə mənim problemlərim ortaya çıxdı. Soyuducunun qapısını açanda gözümə tofadan, arıtlanmış dənli bitkilərdən, yoqurtlardan və qoz yağından başqa bir şey sataşmadı. Mən çox pis vəziyyətə düşdüm, elə bil ki, məclis düzəldərkən birdən sənə məlum olur ki, bəs qonaqlardan birinin xüsusi pəhrizi var. Başa düşdüm ki, burda «qonaqlarımın» yemək hesab edəcəyi bir şey yoxdur.

      Sonra mən rəfdə qəşəngcə yetişmiş almanı gördüm və öz-özümə dedim: «Bax, bu gedər. Pis yemək deyil, yarayar». Və almanı rəfdən götürüb əlibıçaqlı oğlana uzatdım. Bu, çox vacib məqam idi. Qonaq etmək mədəniyyəti əksər halda birliyin, dostluğun və barışığın rəmzinə çevrilir.

      Oğlan tərəddüd edirdi – götürsün, ya götürməsin? Bu situasiyada o, başlanğıcdakı rol bölgüsündən geri çəkilməyə müqavimət göstərirdi. Sonra onun gözlərindən ani təbəssüm keçdi və o, almanı məndən götürdü. Əllərimiz bir-birinə toxunanda mən aramızda ani enerji mübadiləsi hiss etdim.

      Beləliklə, bizdə hədiyyəvermə və qonaqetmə «mərasimi» baş tutdu. Qəfildən «tərcüməçimiz» dedi ki, biz maşınla gəzməyə gedirik. Mənim qorxum təzədən geri qayıtdı. Mən bilmirdim onlar hara getməyə hazırlaşıblar. Hərçənd onların ağlında bizi öldürmək fikri vardısa, onda bu yer başqa yerlərdən heç də pis deyildi. Oğlanlar o dərəcədə səriştəli görünmürdülər ki, kimisə oğurlayıb girov götürsünlər və sonra da əvəzində pul qopartmağa çalışsınlar. Mən onlara maşını götürmələrini təklif etdim. Onlarla harasa getməkdənsə, çölün düzündə heç nəsiz qalmaq daha yaxşı idi. Biz bu barədə fikir mübadiləsi apardıqda soyğunçular bizi yenə silahla hədələməyə başladılar. Onda mən bir şeyi anladım: mən qorxu «rejiminə» keçən kimi, oğlanlar da dərhal quldura çevrilirdilər.

      – Yaxşı. Getdik!

      Mən keçib Yuditlə Leylanın yanında özümə yer tutdum və biz gecə vaxtı yola düşdük. İndi heç olmasa əynimdə tuman vardı və bundan ürəyimdə bir az yüngüllük hiss edirdim. Hərdən reallıqla əlaqəmi itirirdim və çöllükdə gecə gəzintisindən, sadəcə, ləzzət alırdım. Sonra uzaqda sayrışan işıqları görüb fikirləşdim ki, əgər hansısa kəndin yaxınlığında maşını saxlasalar, dərhal qapını açıb Yuditlə uşağı maşından düşürmək lazımdır. Sonra özümdən soruşdum: «Əgər mən indi ən əziz qonaqlarımla yol getsəydim, onda neylərdim?» Əlbəttə ki, oxuyardım.

      Yudit, Leyla və mən birlikdə oxumağa başladıq:

      Listen, listen, listen to my heart’s song.

      Listen, listen, listen to my heart’s song.

      I will never forget you, I will never forsake you.

      I will never forget you, I will never forsake you.5

      Bizim balaca Leylamız ürəkdən sevinib şənlənirdi. Hərdən o, cavan quldurlardan hansınınsa baxışlarını tuta bilirdi. Mən baxırdım ki, roldan çıxmaq onlar üçün elə də asan deyil: «Sən belə zarafatları boşla, balaca. Mən axı qulduram, ya yox?» Buna baxmayaraq, hər necə olsa, quldurlar tez-tez uşağa baxıb gülümsəməli olurdular.

      Deyəsən, bizim oxumağımız onların xoşuna gəlirdi. Yox, dəqiq xoşlarına gəlirdi. Amma bu yerdə mənə çatdı ki, biz kifayət qədər qonaqpərvər deyilik: axı, onlar bizim mahnılarımızı başa düşmürdülər. Mən bir anlıq fikrə getdim. Tapdım, lazım olanı tapdım:

      Guantanamera, guajira, guantanamera.

      Guantanamera…

      Alındı! Onlar bizə qoşulub oxumağa, bizə dəm tutmağa başladılar. Nə quldur vardı, nə qurbanlıq. Biz hamımız ayaqlarımızı mahnının ahənginə uyğun tərzdə maşının döşəməsinə vururduq və bizim ürəklərimiz boş çöllükdə gecənin qaranlığını yarıb keçən furqonun üzərində uçurdu.

      İlahi! Biz kəndin böyründən maşını saxlamadan ötüb keçdik və mən ailəmi xilas etmək kimi gözəl planımı həyata keçirə bilmədim. İşıqlar artıq xeyli arxada qalmışdı və biz hansısa sərt təpəliyə doğru gedirdik. Hansısa qaranlıq kənd yoluna burulandan sonra maşın dayandı. Yuditlə biz bir-birimizə o nəzərlə baxdıq ki, ola bilsin, indi bizi öldürəcəklər.

      Quldurlar maşının qapısını açıb şey-şüyləri boşaltmağa başladılar. Onlardan hansısa maşından çıxanda bizə «Adios» dedi. İngiliscə anlaşdığımız oğlan maşından düşərkən ayaq saxlayıb, tələsik dedi:

      – Siz allah, bizi bağışlayın. Mənim hombreslərim6 və mən özüm – kasıb adamlarıq. Bizim atalarımız da kasıbdır… Biz pulu bu yolla əldə edirik. Mən çox təəssüflənirəm. Siz – xeyirxah adamsınız. Sizin arvadınız da, qızınız da çox yaxşıdır. – Oğlan təzədən üzr istədi. – Siz çox yaxşı adamlarsınız. Lütfən, bizim haqqımızda pis şeylər fikirləşməyin. Ümid edirəm ki, bu hadisə sizin istirahətinizi korlamadı.

      Sonra o mənim bank kartımı özümə qaytardı.

      – Götürün. Onsuz da biz bundan istifadə edə bilmərik. Ona görə də, yaxşı olar ki, sizdə qalsın.

      Sonra o sürücülük vəsiqəmi də özümə qaytardı, üstəlik bir neçə Meksika əskinası da ayırıb öz hombreslərinin heyrətli baxışları altında mənə uzatdı:

      – Bu, benzin üçündür.

      Heç mən də onun dostlarından az heyrətlənməmişdim. Quldur mənə pul qaytarırdı! Aramızda baş vermiş bu vəziyyəti nə yollasa düzəltməyə çalışırdı!

      Sonra o mənim əlimi sıxdı. Bizim gözlərimiz qarşılaşdı və aramızdakı divar heçə çıxdı. İki saniyəliyə biz şəksiz qarşılıqlı anlaşma məkanında olduq. Nəhayət o, «Adios» dedi, bu sözün tərcüməsi isə «Xudahafiz» deməkdir. Sonra qonaqlarımızın dəstəsi gecəyə qarışıb qaranlıqda yoxa çıxdılar. Və bax bu zaman biz üçlükdə bir-birimizə sarılıb hönkürdük.

Robert Qass

      HƏQİQƏTƏN VACİB OLAN ŞEY

      Bir neçə il qabaq Sietldə keçirilən paraolimpiya oyunlarında (əqli və fiziki cəhətdən qüsurlu) doqquz qaçışçı yüz metrlik məsafəyə qaçışın start xəttində bir sırada dayanmışdılar.

      Siqnal atəşi səslənən kimi onlar dərhal yerlərindən götürülüb qabağa cumdular – demək olmazdı ki, sürətləri böyük idi, amma hamısı qətiyyətlə irəli atılmışdılar və finiş xəttinə birinci çatıb qalib olmaq istəyirdilər. Hamısı, yalnız qaçışa başlayan kimi ayağı büdrəyən, özünü yıxılmaqdan güclə saxlayan cavan oğlandan başqa. O, büdrəyə-büdrəyə bir neçə addım atıb dayandı və ağladı. Digər səkkiz qaçış iştirakçısı onun ağlamağını eşitdilər. Onlar sürətlərini yavaşıtdılar, sonra dayandılar və geriyə qayıtdılar. Hamısı bir nəfər kimi! Daun sindromlu qız həmin oğlanı öpüb dedi: «Bu, səni



<p>5</p> Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.
<p>6</p>

Hombres – kişilər, oğlanlar (ispanca).