Qafqaz qaçaqları. Ali Kafkasyalı

Читать онлайн.
Название Qafqaz qaçaqları
Автор произведения Ali Kafkasyalı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8451-1-3



Скачать книгу

Yuxarı Salahlı səmtindən öz kəndlərinə yola düşəcəkdilər. Ancaq şəhər rəhbərliyindən gələn tapşırığa əsasən, nəzarət tədbirləri görülüb, təhlükəsizlik təmin olunmadığına görə yola ancaq ertəsi gün günortadan sonra çıxa bilərdilər. Bəzi cavanlar atlarını minib dağ yolu ilə getmək istəyirdilər. Ancaq ağsaqqalların məsləhəti ilə hamı ağzıbir şəkildə qayıtmalı idi. Bu arada ağsaqqallar tək iki adamı – Qara Tapdıq ilə Şəmistanı Yuxarı Salahlının örüşündə qoyun və mal sürülərini otaran çobanların yanına göndərmişdilər. Bu iki yoldaş çobanlara söyləyəcəkdilər ki, qoyun sürülərini və mal naxırlarını öz kəndlərinin örüşlərinə gətirə bilərlər. Bir də Zalxa xanımın naxırından iki cavan mal seçib kəndə gətirəcəkdilər. Sabah Məmməd Babanın şəhadətinin üçüncü günü idi. Mallar səhər tezdən kəndə çatdırıl-malı idi. Mallardan biri Məmməd Babanın üçündə, digəri isə yeddisində veriləcək ehsan üçün kəsiləcəkdi.

      O gecə uşaqlardan başqa heç kəsin gözünə yuxu getmədi. Ocaqların başına yığışıb səhərə qədər söhbət elədilər. Sovet süvarilərinin könüllü atlıları arxadan vurduqlarını, könüllü atlıların qəhrəmanlıqlarını, Məmməd Babanın atının yaralandığını, Binnət Əfəndinin atının şahə qalxaraq rus süvarisinin çiynini gəmirdiyini, onu atdan yerə salmasını, Sovet atlılarının dava qaydalarına məhəl qoymayıb qarşılarına çıxan hər kəsi qılıncdan keçirdiklərini dönə-dönə danışırdılar.

* * *

      Bütün kənd ayaq üstə idi. Kimi piyada, kimi də at və araba ilə yol gedirdi. Səbirləri tükənmişdi. Yola günortadan əvvəl çıxmışdılar. Gələndə cənazə aparırmış kimi könülsüz gələn kəllər və öküzlər indi yüyürtmə gedirdilər.

      İri və ağır kəllər ərəmik cöngələr kimi cəld yeriyirdilər. İyirmi kilometrlik yolu bu dəfə dörd saata qət elədilər. İlkindi vaxtına qədər kəndə girdilər. Sanki kəndə deyil, illərdən bəri tərk edilmiş xaraba yerinə gəlmişdilər.

      Kənd viranəyə dönmüşdü. İşə yarayan bir şey qalmamışdı. Gürcülər daşınan əşyalardan bir şey belə saxlamamış, daşınmaz əmlakı da çapıb talamışdılar. Qapı-pəncərələri, çardaqları, eyvanları söküb dağıtmışdılar.

      Kənd talandıqdan sonra buraya gəlib-gedən olmamış, qış aylarından bəri ayaq dəymədiyi üçün hər yeri ot basmış, yer damlarının arasındakı cığırlar bağlanmış, təndir buxarıları, anbarlar, mal damları yerlə bir olmuşdu. Onsuz da yarısı yerdə olan qazma evlər sanki tamamilə torpağın altında qalmışdı. Xırman yerləri çayırlığa dönmüşdü. Damların uçuq-sökükləri arasından boy atan qanqal, gicitkən, ot-ələf dizə verirdi. Bütün bunlara baxmayaraq tumurcuqlamış meyvə ağacları çiçək üstündə idi. Ceviz, tut, gilas, gilənar, alma ağacları sahiblərinin qayıdışından sevinirmiş kimi küləyin qabağında yırğalanıb onları salamlayırdı.

      Evlərinin, ocaqlarının halını görən kəndlilərin əlləri-qolları yanlarına düşmüşdü. Ağızlarına sanki su almışdılar. Atadan-babadan qalma mirasları, bütün xatirələri yox edilmişdi. Keçən həftə Sarıyoxuş həndəvərində atlı mühafizəçilərin gürcülər tərəfindən şəhid edilməsi, dünən gecə də illərdən bəri insanların özlərini və mal-mülkünü qoruyan Kənd Mühafizə Birliyinin Qırmızı Ordunun hücumuna məruz qalması, mühafizə döyüşçülərinin yaralanması, Məmməd Babanın şəhid olması kəndlilərin hamısını matəmə qərq eləmişdi. Bunun da üstündən kəndlərini bu halda görəndə nə deyəcək sözləri, nə də görəcək işləri qalmışdı.

* * *

      İkinci Şıxlı kəndinin sakinləri gözdə-qulaqda idilər, tək səs, tək ürək olmuşdular. Gürcü işğalından xilas olmuş digər yeddi kəndin sakinləri də eyni vəziyyətə düşmüşdülər. Hamının qulağı səsdə, gözü yolda idi. Əslində, bütün Azərbaycan, bütün Borçalı eyni duyğu, eyni düşüncə içində idi. Harada nə baş versə, soraq tutur, birinin ayağına batan tikanın, dəyən daşın ağrısını hamısı hiss eləyirdi. Heç kəs təkbaşına hərəkət eləmirdi. Hər kəs öz evi ilə maraqlandığı kimi gözü başqalarının üzündə, qulaqları başqalarının səsində idi.

      Olub-keçənləri o bölgənin camaatı, hətta kənarda olanlar da eşitmişdi. Borçalıdan, Qazaxdan, Ağstafadan İkinci Şıxlıya el yerimişdi, ağsaqqallar, əli-ayağı tutanlar axın-axın başsağlığına, yaralıları yoxlamağa, köməyə gələcəkdilər.

* * *

      Zalxa xanım və onun yanından ayrılmayan yaxınları, qohumları bir ildi Allah ümidinə buraxılmış, həddindən artıq dağınıq böyük qonaq otağını sahmana salmışdılar. Otağı düşərgə yerindən gətirdikləri xalça, kilim, döşək və yastıqlarla döşəmişdilər. Həyətdəki bağça yamyaşıl xalı kimi tərtəmiz idi. Gəlinlər samovara od salmışdılar. Hər ailə öz evinin bir otağını sahmana salmaq hayında idi ki, başlarını salıb, gecəni orada keçirə bilsinlər.

      Hələ axşam düşməmişdi. Kəndin gündoğar səmtindən iki atlı gəlirdi. Yuxarı Salahlıdan Matos Məhəmməd və yoldaşı idi. Az sonra körpü tərəfdən də iki atlı gəldi. Bunlar da Lejvəddinli kəndindən Qarabağlı Məhəmməd və Avsəlim oğlu Məhəmməd idi. Sanki bir-birləri ilə əvvəlcədən xəbərləşmişdilər. Atlarını birbaşa Zalxa xanımın evinə sürdülər. Yas yerinə gəlmişdilər. Kəndin axundu Molla Əhməd, kənd məscidinin banisi Tomtullu Əmiraslan, kəndin ağsaqqalları Şərif Şikəstə və Güla-lıoğlu Aslan da bir az əvvəl yas yerinə gəlmişdilər. Zalxa xanımın yanında bir neçə ağbirçək var idi.

      Molla Əhməd Qurani-Kərim oxuyub dua verəndən sonra Borçalıdan və Ağstafadan gələnlər Zalxa xanıma və ağsaqqallara başsağlığı verdilər. Zalxa xanım təziyələri qəbul edərək:

      – Başımız üstündə yeriniz var, – dedi. – Allah hamınızdan razı olsun. Siz sağ olun, dostlar var olsun. Allah vətənimizə, millətimizə ağrı göstərməsin.

      Bir-birlərinə dil-ağız eləyəndən, təsəlli verəndən sonra Zalxa xanım Qarabağlı Məhəmməddən soruşdu:

      – A Məhəmməd ağa, bizim başımıza gələnlərdən siz necə, haradan xəbər tutdunuz?

      Qarabağlı Məhəmməd:

      – Necə xəbərimiz olmasın? Biz Gürcüstan türkləri sizinlə nəfəs alırıq, gözümüz, qulağımız sizdədir. Qırmızı Ordu əvvəlki gecə Qazaxdan yeriyib gürcü birliklərini qabağına qataraq Tiflisə doğru irəliləyəndə yolunun üstündəki bütün milli birlikləri də qılıncdan keçirib. Qırmızı Ordunun törətdiyi bu vəhşiliyi indi bütün dünya danışır.

      Tomtullu Əmiraslan:

      – Bolşeviklərdən bundan başqa nə gözlənilir ki, – dedi. – Onlar üçün özlərindən olmayan hər kəs düşməndir. Bir insan və ya bir xalq Qırmızı Ordunun cərgəsində olmadıqdan sonra hansı sırada yer tutursa-tutsun onlar üçün düşməndir, dağıdılmalıdır, məhv edilməlidir.

      Qarabağlı Məhəmməd:

      – Doğru deyirsiniz. Bolşeviklərin çar hökumətindən fərqi yoxdur. Eyni yolla gedirlər. Əvvəlcə erməniləri, gürcüləri üstümüzə saldılar, kəndlərimizi işğal etdirdilər, sonra da guya onları cəzalandırmaq adı altında, bizi gürcülərin əlindən qurtarmaq adı