Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Cəlil Məmmədquluzadə
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8252-1-3



Скачать книгу

vaxt olmayıb ki, Vəliqulu işini-gücünü boşluyub, müsahiblərinə qoşulub gəzməyə və kefə məşğul olsun.

      İnsafən Vəliqulu çox məzlum oğlandı. İndiyədək Zeynəb Vəliquludan bir tük qədəri də inciməmişdi. Amma axır vaxtda iş belə gətdi ki, Vəliquluynan anasının arası bərk dəydi.

      İş bu cür oldu.

      Gərək əhvalatı başdan başlayaq. Mərhum Kərbəlayı Heydər ilə Xudayar katda bərk rəfiqdilər. Əvvəl cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. Can deyib can eşidərdilər. Gecə və gündüz gəzməkləri bir, yeməkləri bir, oturmaqları bir, durmaqları bir. Bunların dostluğu ta o yerə çatdı ki, xalq bunlardan lap bədgüman oldu. Belə ki, bunların dostluğunu hərə bir tövr başa düşürdü. Biri deyirdi ki, bunlar xəlvətcə o taydan17 kandrabat malı keçirib satırlar. Amma xeyr, belə deyildi. Bu xəyal xam xəyaldı. O səbəbə ki, Xudayar bəyi bilmirəm, amma Heydər əslən ata minməyi bacarmazdı. Xeyr, bu deyildi.

      Bəzi də deyirdi ki, bunlar qəlp pul qayırırlar. Vaqeən çox təəccüblü şeydir. Danabaş kəndi, qəlp pul?! Aya, görək Danabaş kəndində heç sağ pulnan qəlp pula təfavüt qoyarlar? Heç tanırlar qəlp pul nədir və saf pul nədir? Xeyr, belə deyil.

      Vəssalam ki, hərə bir cür güman edirdi.

      Qərəz, xalq nə güman eləyir-eləsin, amma zahirən Kərbəlayı Heydərnən Xudayar bəyin dostluğu möhkəm dostluğa oxşayırdı.

      Keçmiş günlərin bir günü, qış fəsli idi. Gecədən üç-dörd saat keçmişdi. Hər iki rəfiq, yəni mərhum Kərbəlayı Heydər və Xudayar bəy və bunlardan savayı Kərbəlayı Heydərin qonşularından bir neçə kəndli Kərbəlayı Heydərgilin tövlə otağında oturub məşğul idilər söhbətə. Məlumdur, qışın uzun gecələrini yatmaqnan qurtarmaq olmaz. Odur ki, Danabaş kəndində atadan-babadan qalma bu bir adətdi, hər məhəllənin adamları, – çünki indi dəxi bir iş-güc yox, – bir tövlə otağına yığışıb, ta gecədən altı saat gedənə kimi, danışmaqnan, deməknən, gülməknən keçirirlər. Çox vaxt belə olur ki, bu oturanların birisi yaxşı əhvalatdan, hekayətdən nağıl edir, xalq da qulaq asır.

      Bəli, Xudayar bəy bir tərəfdə və Kərbəlayı Heydər bir tərəfdə oturub, hekayətə qulaq asırdılar.

      Danabaş kəndinin mollası Molla Pirqulu “Bəxtiyarnamə” kitabından bir əhvalat oxuyurdu. Oturanların hamısının fikri mollada idi. İttifaq da belə düşdü ki, haman iki rəfiqlərin ikisinin övrətləri hamilə idi. Həmin gecə ikisinin də ağrısı tutmuşdu. Hekayənin şirin yeri idi. Tövlənin qapısı cırıltı ilə açıldı. Tövləyə iki oğlan uşağı, bir qız uşağı soxulub, gəldilər kəndlilərin yanına. Çünki tövlə o qədər işıq deyildi, uşaqlar axtardıqları adamı girən kimi görmədilər. Axırı adamların içindən Kərbəlayı Heydərin başına doluşub, başladılar bundan muştuluq istəməyə.

      – Əmi, muştuluğumu ver, bir oğlun oldu. Ver, ver, muştuluğumu ver.

      Kərbəlayı Heydər əlini uzatdı cibinə və uşaqların hərəsinin ovcuna bir az iydə qoyub yola saldı. Molla Pirqulu və kəndlilər Kərbəlayı Heydərə göz aydınlığı verdilər və molla genə başladı nağlını. Xudayar bəy həmçinin rəfiqinə mübarəkbadlıq verib, bir qədər cumdu fikrə, sonra üzünü tutub Kərbəlayı Heydərə səmt və əlini ona tərəf uzadıb çağırdı. Molla səsini kəsdi ki, görsün nə deyir Xudayar bəy.

      – Qardaş, Kərbəlayı Heydər, əlini ver mənə.

      Kərbəlayı Heydər əlin uzatdı Xudayar bəyə. Çünki hər iki rəfiq bir-birindən bir az uzaq oturmuşdular, əl-ələ verəndə hər ikisi bir qədər dikəlmişdi. Əl-ələ verən kimi Xudayar bəy başladı:

      – Qardaş, Kərbəlayı Heydər, mənim əzizim və iki gözümün işığı! Sənin oğlun oldu, Allah onu sənə çox görməsin öz birliyi xatirəsinə. Qardaş, indi bu saat elə mənim də övrətim ayaq üstədi. Gərək ki, özün də bilirsən. Qardaş, gəl elə oturanların yanında əhd bağlayaq. Əgər indi xəbər gətirdilər ki, mənim də oğlum olubdu, onda bunların hər ikisinin qardaşlıq siğəsini oxuruq. Onlar da bizim kimi qardaş olsunlar. Ya xeyr, mənim qızım oldu, siğəsini oxudub verək sənin oğluna.

      Molla hamıdan qabaq öz razıçılığını izhar edib və Xudayar bəyin bu təklifini artıq bəyənib dedi:

      – Zi hər tərəf ki şəvəd küştə sudi-islaməst. Çox gözəl, çox yaxşı. Hər tərəf, yəni hər necə olmuş-olsa, islamın məsləhətidir. Çox gözəl, çox gözəl.

      Molla Pirqulu bildi ki, dediyi fərdi heç kəs başa düşməyəcək; əgər düşsələr də yaxşı mənada başa düşəcəklər. Yəni bu sövdənin hər bir tərəfi islamın məsləhətidir.

      Molla, islamdan murad özünü nəzərdə tuturdu; çünki o görürdü ki, elə də olsa siğə oxudub ona ağız şirinliyi verəcəklər, belə də olsa verəcəklər. Söz yox, hər necə olmuş-olsa, axunda xeyirdi.

      Bəli, əhd bağlandı və xəbər gəldi ki, Xudayar bəyin qızı oldu. Kərbəlayı Heydər oğlunun adını qoydu Vəliqulu, Xudayar bəy qızının adını qoydu Gülsüm. Haman gecə Molla Pirqulu Gülsümün siğəsini oxudu Vəliquluya.

      Bu əhvalatdan sonra Kərbəlayı Heydərnən Xudayar bəyin arasında olan mehribançılıq dəxi də artdı. Belə ki, bunlar oldular lap sədaqətli dost və lap yavıq qohum. Bu onun evində, o bunun evində. Yəqin ki, doğma qardaş da bu tövr rəftar eləməzdi, necə ki, bunlar edirdilər. Ta Kərbəlayı Heydər ölən günə kimi bu rəfiqlərin məhəbbəti və rəfaqəti bir tük qədəri də pozulmadı.

      Bunların bu cür dostluqlarının müqabilində camaat yəqin eləmişdi ki, Kərbəlayı Heydərin ölməkliyi gərək Xudayar bəyə artıq təsir eləsin. Amma Xudayar bəy gözünə döndüyüm belə rəftar elədi ki, xalq lap heyran qaldı. Belə ki, Kərbəlayı Heydərin canı ağzından çıxan kimi Xudayar bəy Zeynəbin yanına adam göndərdi ki, məbada-məbada özgəsinə dil verə və özgəsinə ərə gedə. Niyə? Ondan ötrü ki, guya Kərbəlayı Heydər ona, yəni Xudayar bəyə vəsiyyət edib ki, Zeynəbi o özü alsın, qoymasın özgə namərdə ərə getsin.

      Elə ki, bu səda kənd arasında şöhrət tapdı, xalq hamı başa düşdü ki, mərhum Kərbəlayı Heydərnən Xudayar bəy nə qəlp pul qayırırmışlar, nə də kandrabat malı o taydan-bu taya keçirirmişlər. Hamı başa düşdü ki, bu rəfiqlərin məhəbbəti nəinki bir-birinə imiş, bəlkə bir-birinin övrətinə imiş. Kim nə bilsin, bəlkə Xudayar bəy ölsəydi, Kərbəlayı Heydər də onun övrətini istəyəcəkdi.

      Zeynəb Xudayar bəyin elçisinə cavab verdi ki, qoy Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz. Zeynəb Xudayar bəyə ondan ötrü bu cavabı verdi ki, əvvəla, ərinin bədəni qəbrin içində bəlkə heç soyumamışdı. Ona nə lazım olmuşdu yasdan çıxmamış, ər dalınca düşsün? İkinci, ondan ötrü bu cavabı verdi ki, Kərbəlayı Heydər ölən kimi Zeynəbə iki ləyaqətli yerdən müştəri çıxdı. Biri Danabaş kəndinin mötəbəri və sayılanı Hacı Həmzə və biri də Çərçiboğan kəndinin qlavası Xalıqverdibəy. Bunların hər ikisinə Zeynəb cavab verdi ki, onun ərə getmək xahişi yoxdur. Üçüncü də Zeynəb ondan ötrü Xudayar bəyə bu cavabı verdi ki, necə övrət ola, – ya kasıb, ya dövlətli,



<p>17</p>

Arazın o tayı nəzərdə tutulur