Qanun nəşriyyat

Все книги издательства Qanun nəşriyyat


    Amneziya

    Əli Əkbər

    “…Əlbəttə, hakimiyyət kiçik, imtiyazlı bir zümrəyə aid olduğu halda belə, ölkə sərvətlərinin bərabər, ədalətli bölgüsü aparıla, insanlara özəl mülkiyyət və komfortlu həyat haqqı tanına bilər. Lakin belə bir сəmiyyət uzunömürlü olmayaсaq. Çünki hər kəsə sərvətlərdən pay düşsə, insanların əylənсəyə vaxtı qalsa kütlə savadlanaсaq, müstəqil düşünməyə başlayaсaq, nətiсədə isə imtiyazlı fəqət heç bir funksiyası olmayan kiçik hakim zümrəni devirəсək. Bu səbəbdən ierarxik сəmiyyət yalnız yoxsulluq və сəhalət üzərində bərqərar olmalıdır…”

    Немного личнего севера

    Нигар Мусави

    Сначала было слово… Нет, больше – сначала было первая строчка, появив- шееся в лучшем случае из ниоткуда. В худшем – из яблочной кожуры или запаха сбежавшего кофе. А уже потом эта строчка тянула за собой множество других, которые в итоге принимали форму рассказа. Каждый рассказ – законсервированное настроение, атмосфера или ощущение. Они и вошли в этот сборник.

    Aç mənəm

    Kamal Nərmin

    Əlinizdə tutduğunuz bu kitabın fərqli quruluşu var. Ordan-burdan oxusanız, ayrı-ayrı hekayələrdir, amma başdan sona doüru sırayla oxusanız, görəcəksiniz ki, bu hekayələr arasında bağ var və vahid bir romandır.

    Ləyaqət düsturu

    Məmmədli Ntiq

    Gündəlik həyatımızda gördüyümüz gerçəkliklər, insan xislətindən doğan naqisliklər, reallıqla barışmayan, eyni zamanda onu dəyişməyə də gücü çatmayan müxtəlif xarakterlər, küncə sıxışdırılmış ləyaqətli adamların getdikcə eşidilməyən səsi, bir sözlə Azərbaycan insanın ədalət axtarışı Natiq Məmmədlinin kitabında təqdim olunan hekayələrin əsas qayəsini təşkil edir. Bu hekayələrin qəhrəmanları adi adamlardı. Onlar bəşəriyyətin yüz illər bundan öncə cavablandırdığı suallar ətrafında düşündükcə reallıqla insan xarakterlərinin toqquşmasından yaranan ziddiyyət daha da dərinləşir, tunelin sonunda işığın görünməməsi isə gələcəyə inamı sarsıdır. Natiq Məmmədlinin hekayələri süjet xəttinin dinamikliyi, obrazların rəngarəngliyi baxımından bir-birindən fərqlənsə də, bütün mövzuların kökündə real həyat həqiqətləri dayanır. İlk baxışda sadə, diqqət cəlb etməyən hadisələrin bədii formada ifadəsi oxucuya yalnız bir ideyanın – mütləq dəyişmək, mütləq dəyişilmək yanğısının aşılanmasına hesablanıb

    Bu dünya belədirmi

    Bayram Mahir

    Cəmiyyətdaxili mübarizə qaydaları dünyanın, təbiətin qanunauyğunluqlarının tərkib hissəsinə aiddir. Təbiətin yaşam tərzinə cəngəllik qanunu hakim olduğu halda, cəmiyyət qanunlarında buna yer olmadığını düşünmək, xeyli sadəlövhlük olardı.

    Город сново

    Фарид Багирли

    "Город снов" – многоплановый роман, написанный в лучших традициях жанра «маcтического реализма». В этом жанре творили многие великие писатели -Жорж Амаду, Габриль Гарсиа Маркес, Михаил Булгаков

    Natiq Seferovun tercümələri

    Коллектив авторов

    Kitabda görkəmli tərcüməçi və redaktor, bənzərsiz İnsan Natiq Səfərovun dünya ədəbiyyatından çevirmələri toplanmışdır. Uilyam Folkner, Con Steynbek, Andrey Platonov, Yasunari Kavabata, Knut Hamsun, Qabriel Qarsia Markesin povest və hekayələrini bu topluda oxuya bilərsiniz.

    HƏYATIMIN HEKAYƏTLƏRƏ

    Alpoud Əziz

    «Həyatımın hekayətləri»ni XX əsr Azərbaycan azadlıq hərəkatının canlı ensiklopediyası da adlandırmaq olar. Dünyanı yerindən oynadan hərb və sülh mənzərələri, ənənəvi ideologiyaların süqutu, köhnə imperiyaların çöküşü, tarixin səhnəsinə milli şüurun yeni biçimdə sıçrayışı… cizgilərini, sərhədlərini dəyişən qüdrətlər… Və bütün bunların fonunda Azadlıq üçün mücadilə aparan bir mücahidin həyatı – XX əsrin taleyi ilə həmqafiyə olan həyat: romantik arzular, amansız gerçəkliklər, millətin zəfər və faciəsi, gizli təşkilatlar, həbslər, sürgünlər, nakam məhəbbət, əzablı mühacirət yolu, dəmir iradə ilə bütün bunlara tab gətirərək əqidə və imanından dönməmək – hər gün yeni ümidlə Azərbaycanın qırmızı Rus əsarətindən qurtulacağına inam… Əziz Alpoudun «Həyatımın hekayətləri» düz əlli il Türkiyə arxivlərində əlyazma şəklində saxlanılıb. Müəllifin həqiqi adı (Mirəbdüləziz Seyid) təxəllüsünün gizlinliyində uyuduğu kimi, bu kitabına da zamanın unutqanlıq möhürü vurulub. Böyük Mustafa Kamal Atatürklə dostluğu, Alparslan Türkeşlə əqidədaşlığı, Adolf Hitlerin Əziz bəyə qayğısı, dünya boyu səpələnmiş Azərbaycanın istiqlal mücahidləri ilə sıx əlaqəsi işıqlı bir xətlə bu kitabın səhifələrindən keçir. Əlyazma ilk dəfədir ki, kitab şəklində nəşr olunur.

    Sultan körpüsü

    Əyyub Qiyas

    "Sultan körpüsü" roman yazıçı Əyyub Qiyasın son dövrlərdə qələm aldığı irihəcmli yeni nəsr əsəridir. Romandaki hadisələr tariximizin müxtəlif dövrlərini əhatə edən real faktlara və tarixi bilgilərə söykənir.

    Böyük uşaq ensiklopediyası

    Qanun Nəşriyyatı

    Hadisələrlə zəngin, maraqlı, əyləncəli dünyaya xoş gəldiniz. Xoş təəssüratlar arzu edirik! Bu mükəmməl ensiklopediyada 5000-dən çox ən maraqlı faktlar və hadisələr toplanmışdır. Çox sadə və anlaqlı bir dildədir. Ən kiçik canlıdan başlayaraq ən böyük yırtıcı heyvanların dünyasını öyrənəcəksən. Çoxlu sayda dövlətlər, tarixi yerlərlə tanış olacaqsan, bənzəri olmayan təbiət mənzərələrindən zövq alacaqsan. Dəyişkən hava şəraitindən və inanılmaz, qeyri-adi hadisələr haqqında oxuyacaqsan. Uzaq keçmişə səyahət edəcəksən. Xalq qəhrəmanları və qəddar sərkərdələrlə qarşılaşacaqsan. Müasir həyatımızın ayrılmaz hissəsinə çevrilmiş heyrətamiz hekayətlər oxuyacaqsan.