Qanun nəşriyyat

Все книги издательства Qanun nəşriyyat


    Böyük Fokuslar kitabı

    Romano Paskal

    Siz bu kitabda 100-dən artıq sehrli fokusun təsvirini tapacaqsınız. Altı yaşdan yuxarı uşaqlar onları asanlıqla ailə üzvlərinə, yaxud dostlarına nümayiş edə bilərlər. Kitabda 6 bölmə var: kart fokusları, sadə sehr­karlıq, kağızla fokuslar, ənənəvi magiya, sehrli xırdalıqlar, böyük illüziyalar. Hər bölmənin səhifələri rənglərlə ayrılıb. Bəzi fokuslar üçün aksesuarlar lazımdır. Onları müəyyən materiallardan – kağız, karton, rezin və sairdən asanlıqla düzəltmək olar. Hər səhifədə zəruri materiallar həmin böl­mənin rəngində çərçivəyə alınıb ki, tapmaq asan olsun. Bəzi aksessuarların hazırlanmasında bıçaq, yaxud burğu lazımdır. Belə hallarda bö­yüklərin köməyindən istifadə etmək zəru­ridir.

    İks günü

    Sarı Samir

    Bu roman-anekdotun yazılmasında iki böyük şәxsiyyәtin rolu var. Onlardan biri vә birincisi böyük şairimiz, mәrhum Bәxtiyar Vahabzadәdir. Böyük şair fәal qәzet oxucusu olaraq redaksiyamıza tez-tez zәng çalar, bәyәndiyi vә narazı qaldığı materallara dair fikirlәrini bildirәr, tövsiyәlәrini verәrdi. Rәhmәtlik ustad bir neçә dәfә mәnimlә dә danışmış, “Samir Sarı” imzası ilә yazdığım felyetonları bәyәndiyini bildirmişdi. Bir dәfә ona әsl adımın Xalid olduğunu dedim, Bәxtiyar müәllim dedi: “Yox, oğlum, o biri yazılarını da oxuyuram, amma mәnә Samir Sarının yazıları şirin gәlir. Sәnә bir tövsiyәm var. Sәn felyeton, köşә yazmaqla kifayәtlәnmә, bәdii satira, yumoristik әsәrlәr yaz. Sәndә alınacaq”. Bәxtiyar müәllim bu fikri iki dәfә tәkrar elәdi vә mәn ona bәdii әsәr yazmaq barәdә söz verdim.

    Qaçhaqaç

    Seyran Səxavət

    Seyran Səxavətin bu romanı onun görüşdüyü, ünsiyyətdə olduğu orta və ali məktəb illərindəki tələbə dostlarından, Azərbaycan ədəbiyyatının görkəmli şəxslərinin həyatının sizlərə məlum olmayan tərəflərindən, bir sözlə yazıçının keçirdiyi sarsıntılardan, sevgisindən bəhs eliyir. Bu kitabı oxumaqla sizin qarşınızda son dərəcə maraqlı bir dünyanın bütün pəncərələri taybatay açılacaq və Siz dönə-dö- nə, uzun-uzadı o pəncərələrdən bir yazıçının dünyasını böyük maraqla seyr edəcəksiniz. Son dərəcə oxunaqlı, şirin, sadə və nağıl dilində, layla havasında yazılmış romanda bir əlcə kənd uşağının bu qəliz dünyada özünü necə axtarmasından, tapmasından və təsdiq etməsindən söhbət açılır.

    Alaçarpa

    Sevinc Çılğın

    Kitabdakı şeirlәr ağlın tamamilә qeybә çәkildiyi anlarda doğulub. Adına sayıqlamalar da demәk olar. Bu şeirlәr bәzәn pırpız, bәzәn isә hamardır – qadın saçları kimi. Ağ divara çırpılmış boyalar kimi nizamsız, әrsiz bir qadının evi kimi dağınıq, qadınsız bir kişinin köynәyi kimi ütüsüzdür. Amma bir yavrunun baxışları kimi duru, әllәri kimi yemәli, ayaqları kimi mübarәkdir. Bu şeirlәrin içindә «evinin bir küncündә dörd künc qәdәr xatirә»si olan qadınlar, çarpayısındakı yad kişi qoxularını çörәk ağacına çevirәn mәdinәlәr, bәzәn üsyan qoxuyan, bәzәn özünә heyran, bәzәn dә özünü unudan qadınlar var. Bu şeirlәr qadınların yaralarına mәlhәm deyil, duz sәpir. Kim ağlasa, bizdәn deyil- deyir müәllif.

    NARAHATLIĞA NECƏ SON QOYMALI VƏ RAHAT YAŞAMAĞA BAŞLAMALI

    Karnegi Deyl

    XXI əsrin ağlasığmaz qədər gur, mürəkkəb, problematik başlanğıcı!.. Bundan İnsanlığı itirmədən necə salamat çıxmalı? Yaxınlara və əziz insanlara özlərini dərk etməkdə necə kömək etməli? Necə özünü tapmalı? Narahatlığa necə son qoymalı və rahat yaşamağa başlamalı? İnsan münasibətləri sahəsində məşhur amerikalı mütəxəssis Deyl Karneginin bu kitabı bizim həyatımızın bu və bir çox vacib suallarına cavab verir.

    Təfəkkürün tərəddüdü və ya bəla ağıldadır, yoxsa arzuda

    Hüseyn Vaqif

    Yəqin ikinci yazını oxuduqda, bəs niyə birinci yazı yoxdur – soruşacaqsınız. Birinci yazı yoxdur. Oğurlayıblar, – deyə bilmirəm. Yəqin kiminsə marağına səbəb olduğu üçün oxumağa götürdü, amma qaytarmadı.

    Düşüncənlə güclü ol

    Qanun Nəşriyyatı

    Müasir ədəbiyyatımızda təmsil janrında yazılmış ədəbi əsərlərə,demək olar ki, rast gəlinmir.Yəqin ki, bu hal, bu janrın özünəməxsus mürəkkəbliyi ilə səciyyələnir. Əlbəttə, xüsusi müşahidə qabiliyyəti,qeyri-adi istedad tələb edir.Çox əminliklə deyə bilərik ki,ixtiyarınızda olan bu kitabın müəllifi Məzahir Məzhər (Qarayev) belə istedad sahiblərindəndir. həqiqətən,bu kitabda toplanmış təmsillər insanda həm təbəssüm yaradır,həmdə onu düşündürür. Məzahir Məzhər (Qarayev) həm də uşaq şairidir,uşaq bilicisidir.Uşaqlar üçün qələmə aldığı şeirləri səmimiliyi ilə oxucunun könlünə həzinlik və həlimlik gətirir, sanki ona layla deyir.

    Fantastik Vəhşilər – Sehrli film-məlumat kitabı

    Kogge Michael

    Dünyanın görkəmli magizooloqu Nyut Skamander qəti inanır ki, sehrli vəhşilər öyrənilməli və mühafizə olunmalıdır. Nyut bunu öz həyatının məqsədi hesab edir və bu məqsədlə dünyanı gəzib tədqiqatlar aparır. 1926-cı ilin qışında Nyu-York şəhərinə gəlişilə onun macəraları başlayır. Bu şəhərə gələndə arxasına bağladığı paltarlarından və bir dəri çamadandan başqa onun heç nəyi yox idi. Amma onun çamadanı adi çamadan deyil, içində fantastik məxluqlar yaşayır! Amerika sehrbazlar icmasının “Maql” adı verdiyi – çünki onun sehrbaz gücü yoxdur – Cekob Kovalski yerli bankda olan vaxt burada Nyutla qarşılaşır. Aralarında baş verən anlaşılmazlıqdan onlar bankdan çıxıb atışmalı olurlar, bu zaman onların çamadanları dəyişik düşür. Cekob evə gələndən sonra Nyutun çamadanını açanda həyatın əsl sürprizi ilə qarşılaşır – özü də bilmədən çamadandan magizooloqun sevimli heyvanlarını açıb buraxır. Bu arada naməlum və amansız bir şey Nyu-York şəhərini qorxu altında saxlayır. Maşınlar biri-birinə dəyib çevrilir, pəncərələr yerindən qopub partlayır. Bəzi No-Maclar (sehrbaz olmayanlar) bu nəhs halları havanın qəribə olmasıyla izah edir, başqaları isə doğru-dürüst şübhələnir: cadugərlər dinc durmur. Nyu Salem Xeyriyyə Fondunun rəhbəri Meri Lu Bereboun açıq ittihamla çıxış edib deyir ki, dörd bir yanda cadugərlər, sehrbazlar meydan sulayır. Onun məqsədi odur ki, Salem Cadugərlərinin Məhkəməsini davam etdirməklə sehrbazların kökünü kəssin. Cekobdan sonra onsuz da dolaşığa düşmüş Nyut şəhərdə vəhşi heyvanlarını axtararkən Amerika Birləşmiş Ştatlarının Sehrbazlar Konqresinə (MACUSA) işləyən Tina və Qoldşteyn adlı iki ifritə bacı ilə də toqquşur. Nyutun məxluqlarının qaçdığından xəbər tutan Konqres şəhərdəki qarmaqarışıqlıqda onu günahlandırır.

    Balıqçı əllərinə doğru

    Ucqar Ülkər

    Ülkər Ucqar imzası oxuculara bəzi əbədi portallardan tanış olsa da, «Balıqçı əllərinə doğru» yazarın ilk kitabıdır. Güneyli şairənin heirlərini fərqləndirən ən əsas cəhətlər: özünəməxsus ifadə bacarığı, mövzu çeşidinin genişliyi, məna açarının çox vaxt kənar mətnlərdə – xüsusən Azərbaycan şifahi xalq yaradıcılığında və mifoloji qaynaqlarda olması. Ən əsası isə bu şeirlərin hər birindən insan səsi, insan nəfəsi gəlir. Ülkərin şeirlərinin başı göyə can atsa da, ayağı yerdədi: «Bir cüt dağ başmağınız qalıb bizdə. Qapı-qapı gəzib, geydirirəm oğlanlara, görək kimin ayağınadır?». Ülkər Ucqar lirik «mən»in daxili hiss-həyəcanını dış aləmdən ayırmır, əksinə, daim harmoniya yaratmağa çalışır və bunların hər birini öz təbii rəngində çatdıra bilir. Bu rənglərin bütöv Azərbaycan poeziyasına rəng qatacağı da şübhəsizdir. Hərçənd ki bu mətnlər bütöv kainatdan bəhs edir.

    Oyanmaq vaxtıdır

    Salambəy Nərmin

    Heç kəs mükəmməl deyil. Hamının zəif cəhətləri var. Bir də özündən belə gizlətməyə çalışdığı qorxuları. Bəs bu qorxularla üzləşməyə cəsarətimiz çatırmı? Yoxsa onlar şüuraltının ən dərin qatlarında gizlənərək bizə necə davranmalı olduğumuzu diktə edir? Aysun gənc və bacarıqlı iş xanımıdır. Bir gün gözlənilmədən qəribə hadisələrlə üzləşməyə başlayır. Bəs görəsən bu qorxu burulğanından çıxmaq ona müyəssər olacaqmı?