Azərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıq ediblər, təhqir olunublar, mətbuat, teatr, akademik musiqi yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli insan xarakterini dəyişmək üçün bunlar bəs etmir. İnsanın dağıdıcı, kortəbii, xurafata meyilli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsiylə dəyişə bilərik. Bu gücü qurucu-yaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb, universitetlərə qədər. Bunun üçün də Qərbin ortaya qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır. “Göydən Yerə” kitabında müəllifin müxtəlif illərdə yazmış olduğu 14 məqalə və 3 tərcümə yer alıb. Müstəqillik illərində elmin populyarlaşdırılması mövzusunda yazılmış nadir bir əsər olması etibarilə, oxucular yalçın bəyin timsalında yeni tip Azərbaycan ziyalısıyla tanış olacaqlar.
Əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmasına yol aça bilərsən. Sənin açıqlığın onun açıq olmağını asanlaşdırar. Sənin təbiiliyin, onun təbiiliyinə, məsumluğuna, güvəninə, sevgisinə, açıqlığına izn verir. Sən olmasan, bu bəşəriyyətin şeirində, gözəlliyində bir şey əskik qalar. Bir musiqi, bir not əskik qalar, bir boşluq olar; heç kim bunu sənə söyləmədi.
İlk dəfə 1975-ci ildə çap olunan bu dərsliyə yenidən ehtiyac yarandığından onun 2017-ci ildə eynilə çapı tövsiyə olunmuşdur. “Bədii qiraət” adlı dərsliyin təkrar çap olunmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinun dosentləri, respublikanın Əməkdar artistləri M.Yaqubovanın və A.Bayramovun xidmətləri olmuşdur.
Kitabda Misir nümunə göstərilərək geri qalmış ölkələrdə qadınların çətin həyatı mövzu olaraq seçilmişdir. İstər kəndli olsunlar, istər şəhərli, bu ölkələrdəki qızların həyatı üzərində mövcud olan kabus təsvir edilib. Qızları fahişəliyə zorlayan kişimərkəzli kültür və sosial münasibətlərin özəllikləri açıqlanaraq, müsəlman ölkələrində qadın olmanın necə bir məhrumiyyət olduğu yazıçı qələmiylə oxuculara çatdırılmaqdadır.
"Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi nəşr olunmuşdur. Müəllif əsər üzərində işləmiş, daha sonra onu roman kimi nəşr etdirmişdir. Roman əvvəlcə rus dilində yazılmış, sonra isə Azərbaycan dilində yenidən işlənilmişdir. Bu mənada "Fətəli fəthi" romanının iki variantı mövcuddur.
“Adamın dirilməsi” müəllifin ən parlaq əsəridir. Romanda qaz sobasında yandırılmağa aparılan yəhudilərin arasından əyləncə məqsədilə sağ buraxılan təlxək Adam Steinin həyatından bəhs olunur. Artıq o, Nəcəf çölündə sağ qalanların müalicə olunduğu reabilitasiya mərkəzində bir xəstədir, yerinə görə həkimlərdən daha zəkalıdır, ancaq xəstələrin hamısından daha səfeh olan Adam, həssaslıqla dəlilik arasında öz həyatına məna qazandırmağa çalışır.
Hans Fallada 1893-cü il iyulun 21-də Qreyfsvald şəhərində doğulub. Əsl adı Rudolf Vilhelm Fridrix Ditzen olan yazar 1920-ci ildə çıxan “Der Jinge Goedeschal” adlı ilk romanından başlayaraq Hans Fallada ləqəbindən istifadə edib. 6 yaşında ikən ailəsi Berlinə köçür. 1909-cu ildə qəzaya düşən və ertəsi il tif xəstəliyinə tutulan Falladanın qəbul etdiyi ağrıkəsicilərlə həyatı boyunca davam edəcək olan narkotik problemi başlamış olur. Məktəbə uyğunlaşa bilməyən və yaşıdlarından uzaq gəzən Fallada bir neçə dəfə intihara cəhd edir. Qaldığı xəstəxanada ədəbiyyatla maraqlanmağa başlayır. 1929-cu ildə Suse İssel ilə evlənir. Müxtəlif qəzetlərlə əməkdaşlıq edərək kitablarının naşiri Rovoltla işləməyə başlayır. 1931-ci ildə çap olunan “Bauem, Bonzen und Bomben” ilə tanınır. 1932-ci ildə çap olunan “Kleiner Mann – Was Nun?” böyük uğur qazanır (Bu əsər Alatoran Yayınlarında çapdan çıxıb) və yəhudi prodüserlər onun əsasında film çəkir. Bu, yazarın 1935-ci ildə nasist partiyası tərəfindən təhlükəli yazarlar siyahısına salınmasına səbəb olur. Maddi çətinlikləri olan yazarın 1940-cı illərin əvvəlində narkotik və spirtli içkidən asılılığı xeyli artır. Suse Ditzen ilə boşandıqdan sonra 1944-cü ildə keçmiş arvadına atəş açır. Silahı ələ keçirən Suse Ditzen yazarın başına vuraraq onu bayıldır və polis çağırır. Fallada nasistlərin ruhi xəstəxanasına salınır. Burada şifrəli bir şəkildə avtobioqrafik əsər sayıla biləcək “Əyyaş” romanını yazır. Nasist partiyasının dağılmağa başladığı 1944-cü ilin qışında sərbəst buraxılır. Morfi asılılığı ucbatından xəstəxanaya aparılan Hans Fallada bu gün ən məşhur kitabı olan “Hər kəs təkbaşına ölür” əsərini bitirdikdən dərhal sonra – 1947-ci ilin fevralında həyatla vidalaşır.
“Kazanova” adlı bioqrafik hekayə Sveyqin “Öz nəğməsini oxuyanlar” kitabındakı üç hekayədən biridir. Kitabdakı digər hekayələr Stendal və tolstoy haqqındadır. Məşhur avantürist və arvadbaz Cakomo Kazanova ilə bəşəriyyətin mənəviyyat sərhədlərini genişləndirmiş Stendal və Tolstoyu birləşdirən ümumi bir cəhət var: hər üçü özləri haqqInda amansIz etiraflarIn müəllifidir. Bütün həyatını eyş-işrətə xərcləyən yaraşıqlı bir kişi olan Cakomo Cazanova yaşlandıqdan, zahiri göstəricilərini itirdikdən sonra lazımsız əşya kimi bir kənara atılır, əvvəlki şöhrətini itirməyə başlayır, qadınlar və dostları ondan üz döndərir, bir neçə ölkədən qovulur. Cakomo Kazanovanın həyatı neçə-neçə əsərə mövzu olub, haqqında filmlər çəkilib. Stefan Sveyqin “Kazanova”sı bu insanın xarakterini dərindən tanımaq üçün ən yaxşı qaynaq hesab olunur.
"..Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələffüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar.." – kitabın arxa qapağından Yazar bu əsərində insanın varlıq və yoxluq arasındakı tərəddüdünün dərinliyinə enərək ortaya çıxan vəsvəsənin fəlsəfi və psixoloji prinsiplərini incələyir. Xoşbəxtlik və bədbəxtlik arasında dillemada ilişib qalan insanoğlunun bütün həyat mübarizəsinin tragediyadan qaçma olduğuna deyinir. Köçəri həyat yaşayanların hekayələrindən bəhs edən yazar nostalgiya və əskiklik hissinin niyə və necə müasir xəstəlik formasına çevrildiyindən danışır. Yalnızlıq, depressiya, işsizlik, yadlaşma, narkotik və seks distopiyasının içində boğulan müasir gəncliyin iztirablarını elmi və ədəbi nöqteyi nəzərdən ələ alan yazar hadisələrə təkamülün gözü ilə baxaraq insanın niyə genetik və coğrafi determinizmin qurbanı olduğunu aydınlaşdırmağa çalışır. Gənc protoqonistin bütün yanlış və doğru düşüncələri, ideologiyaları gün üzünə çıxarıləb vərəqlərə səpələnir. Kitabın ana mövzusu evtnaziyadır. Həkim dəstəkli intihar. Evtanaziya tamamilə leqal olsaydı və hər kəs istədiyi vaxtı həkimə gedib həyatını sonlandıra bilsəydi nələr baş verərdi? Romandakı futuristik evtanaziya kapmları məhz bu fikir üzərinə inkişaf etdirilmişdir. Evtanaziya kampına yola düşən pratoqonistimizi nələr gözləyir?
İllər boyu həmişə bu suallarla qarşılaşmışam: “Amerika Birləşmiş Ştatlarının vərdiş edilmiş tarixindən olduqca fərqli olan bu kitabınızın gənclərə uyğun olduğunu düşünürsünüzmü? Bu hal ölkəmizlə bağlı məyusluq yaratmazmı? Hökumətin siyasətini bu şəkildə tənqid etmək doğrudurmu? Xristofor Kolumb, Endryu Cekson və Teodor Ruzvelt kimi xalqın ənənəvi qəhrəmanlarını bu cür alçaltmaq doğrudurmu? Quldarlıq və irqçiliyə, hindu qətliamına, işçi sinfinin istismarına və ABŞ-ın Amerikanın aborigenlərini məhv edərək genişləməsinə diqqət çəkmək vətən xainliyi deyilmi?”