Название | Qəm yağışı |
---|---|
Автор произведения | Xaliq Azadi Məmmədov |
Жанр | Приключения: прочее |
Серия | |
Издательство | Приключения: прочее |
Год выпуска | 2020 |
isbn |
– Gedək, İnqanı düşürdək. Mən də sənlə qaraja gedərəm. Yoldaşlı gələrik.
– Yox, nəyə lazım. Sən get istirahətini et. Mən İnqanı yolüstü aparacam yataqxanalarına. Oradan da parka gedəcəm, avtobusu qoyacam. Üç saat çəkəcək, ən azından.
Baysal düşüb getdi. Sona qalan İnqa oldu. Avtobusu sürdüm onların yataqxanalarının həyətinə. İlk dəfə idi gecənin ortasına qədər bir yerdə olduq. Son ilimin ən şirin axşamı idi. Ürəyimdə çox sözlərim vardı. Amma, şən gülüşlər, zarafatlar, xoş məqamlar ciddi söhbətlərə yer vermədi. Gecənin ortası ayrıldıq.
Mən parka girəndə cədvəldəki vaxtdan üç saatdan çox gecikmişdim. Bilirdim ki, məndən izahat tələb edəcəklər. Elə də oldu. Günorta parkın yeməkxanasında yemək yeyirdik. Stol arxasında dörd nəfər idik. İki iş yoldaşım, Baysal, mən. Təzəcə yeməyə oturmuşduq. Mənə yaxınlaşıb dedilər:
– Səni və filankəsi (digər sürüçü) təhlükəsizlik şöbəsi gözləyir.
Mən başa düşürdüm səbəbini. Ona görə dillənmədim. Amma, yoldaşlardan biri xəbəri gətirəndən sual etdi:
– Bimirsən, onları neynəyəsidirlər orada?
– Deyəsən, səhərə yaxın gəlib çıxıblar avtobusla bir yerdə!
Baysal o dəqiqə sual dolu nəzərlərlə mənə baxdı. Mən gülümsədim yalnız. Baysal qəfildən sual verdi:
– Azad, bir dost kimi mənə cavab ver, İnqa ilə münasibətin hansı səviyyədədir?
Mən gülərək başdansovdu cavab verdim:
– Dostluq səviyyəsində.
– Yalnız dostluq!
– Yalnız dostluq.
Mən bu sualları ciddi qəbul etmədim…
Həftənin üçüncü günü id. Üçüncü günləri axşam şöbəsində dərslər olmur. Axşam üstü çıxıb dayanacaqda avtobus gözləyirdik. Mən istirahət günüm olduğu üçün işləmirdim.
– Görəsən, İnqa niyə dünən dərsə gəlməmişdi? – Baysal sanki, təsadüfən dedi.
– Gəlmişdi. İcazə alıb tez də qayıtdı. Deyəsən, azca nasaz idi.
– Demədi, nə olub?
– Yox.
– Bəlkə gedək onlara, onsuz da boşuq.
– Xəbər etməmiş, çağırılmamış?
– On beş dəqiqəlik yoldur avtobusla onların yataqxanasına. Aşağıdan vəziyyəti soruşaq, çıxaq gedək.
– Səhər onsuz da görəcəm.
– Boşuq onsuz da, gedək, xahiş edirəm.
İnqa gilin yataqxanası bir elə də uzaq deyildi. Oturduq marşuruta, 10–15 dəqiqədən sonra yataqxananın arxa tərəfində idik. Otaqları ikinci mərtəbədə olduğu üçün səsləmək də asan iş idi. Yaxınlaşdıq. Pərdə salınsa da, kimlərinsə hərəkəti görünürdü.
İki-üç dəfə astadan "İnqa, İnqa!" – deyə çağırdım. Eşidən olmadı. Keçdik tələbə metoduna, yerdən xırda daşlardan bir neçəsini vurduq pəcərəyə. Pəncərə açıldı, otaq yoldaşlarından birisi səs verdi.
– Axşamınız xeyir! Dedik, görək İnqanın vəziyyəti necədir. Dünən nasaz idi.
İnqanın səsi eşidildi:
– Dayanın, düşürəm aşağı.
Biz etiraz etsək də, İnqa artıq bayırda idi. Bizim gəlişimiz İnqa üçün gözlənilməz olmuşdu. Sevincinin həddi-hüdudu yox idi.
– Nə qədər şadam sizin gəlişinizə, uşaqlar! Qalxaq yuxarı, çay qoyum.
– Yox, İnqa. Gəldik, öyrənək vəziyyətini. Narahat idik, o cümlədən də bizim dost! Məni şəhərin o başından piyada çəkib gətirib bura, heç olmasa, taksi tutaydı. Əvvəllər xəsis deyildi! Heç olmasa utana, bir qonaqlıq filan boyun ola, bizi bir restorana dəvət edə! -mən tam zarafatla dedim bu sözləri!
İnqa əlavə etdi:
–Əla olardı! Nə vaxtsa birinci dəfə lazımdır ki, olmaq restoranda! -
Baysal sinəsini verdi qabağa:
– Yaxşı, əgər ciddi deyirsinizsə, mən hazır! Bir qəşəng qonaqlıq məndə! Harada, nə vaxt desəniz, mən hazır!
Onlar başladılar plan qurmağa. Mən zarafat edirdim, Baysal ciddi qəbul etdi. Və ümumiyyətlə bu iş mənə lazım deyildi. Niyə? Bilmirəm.
– Yaxşı, dostlar. Siz düşünün, plan çəkin. Mən gedim. Təcili işim var, gedim onun dalınca. Sonra baxarıq!
İnqanın sevindiyini gördüm. Ona çox xoş idi ki, mən istəmədim onu Baysalın yanında görüm. Razı halda:
– Mənə heç nə gərək deyil, Azad, mən zarafat edirəm. Təcili işin varsa, mən də gedim, hazırlaşmaq lazımdır. – dedi.
Mən Baysalı pis vəziyyətdən çıxarmaq xatirinə ayrı mövzuya keçdim. Xeyli söhbətləşib ayrıldıq.
– İnqa necə gözəldir, ilahədir! – dedi Baysal yolda.
– İnqa həm gözəl və həm də əsl insandır! – dedim.
5-ci hissə
Günlər həftələri əvəz edirdi, həyat gündə bir yenilik gətirməklə qabağa yeriyirdi. Daha doğrusu uçurdu qabağa. Hər şey dəyişməyə üz tutduğu vaxt, yeniliklər tələb olunan yerdə mən yeganə məxluq idim ki, dünənimdən çıxa bilmirdim. Şüurum, zəkam bu günün tələblərinin dalısıyla çata bilmirdi. Ən pisi də bu idi ki, nələrin mənim özümdən asılı olduğunu yaxşı dərk edə bilmirdim, hərəkətsiz dayanıb, səs-küylə, taqqıltı ilə gedən həyat qatarının arxasınca baxırdım!
Keçmişin xatirələrindən silkinib çıxmağı bacarmaq lazımdır. Bu günkü günlə, bu günün tələbləri ilə ayaqlaşmaq gözəl bacarıqdır. O dövr, o il üçün ən başlıca bir səhvim yaşayırdı mənimlə: ətrafımı, həmişə qaynayan gənclik məkanını, cavanlığın tələblərini olduğunca dəyərləndirə bimədim, gecikdim.
Mənə talehimin təklif etdiyi İNQA adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş, biləydim onda, insan soyuqluğu nələri gətirə bilərmiş gündəmə!..
Kaş bu səhlənkarlığın bizə, xüsusən də İnqaya necə baha başa gələcəyini görə biləydim!
…İnstitutda kanikullar başlamışdı. İstifadə edərək təcili surətdə bir aylığına vətənə getməyi qərara aldım. Bir gün içərisində işdən mənzuniyyət götürdüm, bilet aldım.
Belə tələsməyə bir – iki səbəb vardı. Həmişə mən tələsmişəm, indi də hər nə etsəm tələsik edirəm. Həmişə də tələsməyimin ziyanını çəkirəm.
Amma, onda tələsmək lazım deyildi, heç olmasa İnqa ilə görüşmək, vətənə getdiyimi deməyim lazım idi. Əfsuslar, bu haqda gec düşündüm. Artıq vaxt yox idi. Və bu səhvim ağır bir yük olaraq asıldı boynumdan, ömrümün sonunadək, son nəfəsimə qədər…
Bir