Название | Tıq-tıq xanım |
---|---|
Автор произведения | Abdulla Şaiq |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-26-6 |
“Nə istidir!” – sevinib, getdi o, şirin yuxuya.
QONAQLIQ
Vəli yazıb dərsini, uzanmış idi yerə,
Köpək səsi eşitdi bayırda birdən-birə.
Tez qapıya yüyürdü, qaçdı sevincək: – Ana!
Həsən dayımdır gələn, Minadostum və Sona.
Girdi qonaqlar, hamı sevindi bu gəlişdən,
Qucaqlayıb bir-birin, görüşərək oldu şən.
Bir otağa aldılar qonaqları şövq ilə,
Orta ocağı çatıb, əyləşdilər zövq ilə.
Dəmir qara ocaq da çırtaçırtnan yanırdı,
Qığılcımı, şöləsi bacaya dırmanırdı.
Ballı xala tez gedib gətirdi boşqabda bal,
Ortalığa qoydular qatıq, çörək, yağ, irçal.
Yeyib-içib həvəslə, alqışlayıb külfəti,
Halqa vurub, yenidən başladılar söhbəti.
Öz işlərindən deyib, danışdılar keçəndən,
Gah arpadan, buğdadan, gah heyvandan, biçindən.
Keçdi yarıdan gecə, sükut içində hər yan,
Şiddət ilə qar yağır, səs edir ancaq boran.
MAHNI
Doğdu günəş qırmızı,
Can gülüm, can, can!
Topladı oğlan qızı,
Can gülüm, can, can!
Hər birimiz bir günəş,
Can gülüm, can, can!
Bir bağçanın ulduzu,
Can gülüm, can, can.
Qaçdı ayaz, qar, boran.
Can gülüm, can, can.
Bizə qaldı çöl, orman,
Can gülüm, can, can.
El şənlənir, canlanır,
Can gülüm, can, can.
Sevinc içində hər yan,
Can gülüm, can, can.
Ordusunu dağıtdıq,
Can gülüm, can, can.
Qar, borana son verdik,
Can gülüm, can, can.
Qara günə son verdik,
Can gülüm, can, can.
TÜLKÜ VƏ ASLAN
Meşədə tülkü axtarırdı şikar,
Qızmış aslana birdən oldu düçar.
Salladı zorba, tüklü quyruğunu,
Yalmanıb hiylə ilə öydü onu:
– Tanıyıram, – dedi, – ata-ananı,
Əslini, nəslini, ulu babanı.
Atana mən çox etmişəm xidmət,
Bəsləyirdim ona böyük hörmət.
Bu sayaq o dilə tutub şiri,
Ürəyində tökürdü tədbiri.
Gəldilər bir uca dağın başına,
İstəyirdi zəhər qata aşına.
Tülkü həsrətlə çəkdi bir neçə ah,
Dedi: – Mərhum atan sənin, ey şah,
Ayağını vurardı torpağa,
Atılardı bu dağdan o dağa.
Hanı bu şirlərdə o cürət,
O hünər, o qoçaqlıq, o qeyrət!
Eşidib şir bunu qəzəbləndi,
Tülküyə əyri baxdı, hirsləndi.
Ayağını vurub dağa o zaman.
Tez atıldı qürur ilə aslan.
Dərəyə baş-ayaq yuvarlandı,
Tülkünün hiyləsinə aldandı.
Qırılıb qol-qabırğası, ölütək
Düşdü bir yanda; dərdli inləyərək,
Çağırırdı o tülkünü köməyə.
Endi tülkü yavaş-yavaş dərəyə.
Dedi şirə ki: – Səndə yox cürət,
Nə hünər, nə qoçaqlıq, nə qeyrət.
Heç yaraşmır bu aslan adı sənə.
Vurdu şirə acı-acı tənə:
– Nə deyirsən de, gəlmişəm köməyə.
Quyruğun saldı ağzına yeməyə.
Dedi aslan ona: – Sən, ey əyyar!
Gəl başımdan ye, gör nə ləzzəti var!
Dedi tülkü: – Tələsmə, ey nadan,
Quyruğundan yeyə-yeyə əlan,
Başına da yavaş-yavaş çataram,
Qan içən kəllənə zəhər qataram.
UŞAQ VƏ BƏNÖVŞƏ
U ş a q
Söylə, söylə, gözəl bənövşəciyim!
Hələ bağlarda gül, çiçək yox ikən,
Hamı güldən əzəl, bənövşəciyim,
Açmısan gül bu bağçalarda nədən?
B ə n ö v ş ə
Zinətim yox, nə gizləyim səndən,
Başqa güllər içində yoxdur adım.
Onlar ilə bərabər açsam mən,
Kimsə gəlməz mənə yaxın bir adım1.
DƏMİRÇİ NƏĞMƏSİ
Taq-tuq, taq-tuq…
İşdən bir qorxumuz yox.
Alnımızdan axan tər
Qəlbimizi yelpiklər.
Qolumuzda qüvvət var,
Qəlbimizdə cürət var.
Maraqlıdır işimiz,
Yorulmaq bilmərik biz.
Yanar gur ocağımız,
Qığılcım sol-sağımız.
Adımızdır dəmirçi,
Dostumuzdur hər işçi.
TOP OYUNU
Hop, hop, hop,
Oynayaq top-top.
Quştək qanad aç,
Topu atdım qaç!
Əlin belində
Güllər elində
Sağdan sola arş!
Qaç, durma, yoldaş!
Dik tut başını,
Vur
1
Yəni addım