Xeyrin çöküşü. Zaur Pənahov

Читать онлайн.
Название Xeyrin çöküşü
Автор произведения Zaur Pənahov
Жанр
Серия Qaranlıq günəş
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

deyə düşündü. Hələ təzə gəlməyinə baxmayaraq indidən səbət yarısına qədər dolmuşdu.

      Eçso gün batdıqda buraların nə qədər təhlükəli olduğunu düşündü. Kəndlilərin dediyinə görə, nəhəng vidralar tutduqları qurbanlarını burada işgəncə ilə öldürürdülər. Hətta səslərinin kəndə qədər gəldiyini belə eşidənlər olmuşdu. Amma o bu səslərin heç vaxt şahidi olmamışdı. Daha çox bunların uşaqları qorxutmaq üçün uydurulduğuna inanırdı. Bu düşüncələrlə təpəyə doğru, qayaların üstü ilə ehtiyatlı addımlarla çıxaraq işinə ara vermədən davam etdi.

      Çiçəklərin biri-birinə qarışmış məstedici ətri, qarlı dağların zirvəsindən süzülərək gələn təmiz havası və səhərin açılmağı ilə hər yanı götürmüş o gözəl quş səslərinə artıq fikir vermirdi.

      Birdən başını qaldırıb qorxu ilə ətrafa boylanan Eçso, az əvvəl insan qışqırığına bənzər bir səs eşitdiyinə əmin idi. Nəfəsini tutaraq yerində ətrafına boylanıb səsin gəldiyi yeri təyin etməyə çalışsa da, heç nə görməməyi onu daha da qorxudurdu. Az əvvəl günün doğuşu ilə sevinc mahnıları oxuyan quşlar, təpəni ölüm səssizliyinə tərk etmişdilər. Gənc oğlan dağın arxasından tamam çıxmış, parlaq oxları ilə hər yana işıq saçan günəşə baxıb onu heç bir təhlükənin gözləmədiyinə və qışqırıq məsələsini özü uydurduğunu düşünməyə çalışdı.

      Səbət dolmuşdu. Son dəfə əli ilə lazım olan hər şeyi yığıb-yığmadığını yoxladıqdan sonra dirçələrək özündən asılı olmadan zirvəyə doğru nəzər saldı. Gözünə dəyən bir şey onun gözlərini qırparaq daha da diqqətlə baxmasına səbəb olmuşdu. Bu iki çılpaq daşın arasında bitmiş nənəsinin çoxdandı axtardığı nadir tapılan qısa gövdəli siyadan başqa heç nə deyildi. Səbəti olduğu yerə qoyaraq yuxarı çıxmaq üçün ön baxış keçirdikdən sonra yenidən dırmaşmağa başladı.

      Olduqca sevincli görünürdü və deyəsən, bayaqkı narahatlığı unutmuşdu. Çiçəyin yanına çatıb onu çıxarmağa başlayanda nə qədər yüksəkdə olduğunu gördü, heç bu qədər yüksəyə qalxmamışdı, amma hal-hazırda qalxdığına peşman da deyildi. Çünki bu nadir çiçək istənilən əziyyətə dəyərdi. Bu ot bir vaxtlar yayılmış və minlərlə insanın həyatına son qoymuş dəhşətli xəstəliyə qarşı dərman hazırlamaq üçün istifadə olunan yeganə bitkidir. Siyanın təkcə bir zoğundan hazırlanan dərman, ən az otuz nəfəri ölümdən xilas etmə gücünə sahib olduğu üçün o ən dəyərli dərman otları içində birinci gəlirdi. Bundan başqa onu satmaq da çox asan idi. İstənilən şəhərdə bu çiçəyi asanlıqla sata və ya bir çox dəyərli mal qarşılığında dəyişə bilərdi.

      Eçso çiçəyin zərif gövdəsindən tutub ustalıqla kökündən çıxardı. Durduğu yerdən boylanaraq səbətin olduğu yerə baxıb, tək əli ilə necə düşəcəyini bir gözünü qıyaraq düşünürdü. Külək bir neçə saniyəlik dayanıb xışıldayan ağacların səsi kəsiləndə, qulağına qəribə bir uğultu səsi gələn Eçso, ayağa qalxıb səsin istiqamətini tapmağa çalışdı. Aramsız olaraq, sanki, dərin bir quyudan gələn səs, yuxarıdan, onun bir neçə addımlığından gəlirdi. Eçso adətən nənəsinin məşhur tövsiyəsinə uymağı üstün tutardı. Ancaq bu gün yox. Sabah evə qayıdacağının, həm də əlidolu qayıdacağının ona verdiyi sevinc hissi, görünür bəzi tövsiyələri unutdurmuşdu.

      Çiçəyi ehtiyatla daşın üstünə qoyub yuxarı dırmaşdı. Bir neçə addımlıq məsafə çıxıb ona qəribə gələn, yola bənzər düz zəminə qalxdı. Ensiz yol sağ tərəfə, aşağı doğru uzanırdı. Eçso qulağını qabardıb səsin gəldiyi yerə tərəf yolu izlədi. O, irəlilədikcə, dərinlikdən gələn anlaşılmaz uğultu, daha da aydınlaşmağa başlayır, daha çox onlarla vidranın xırıltısına bənzəyirdi. Özü nə qədər inkar etməyə çalışsa da, bağrında dəli kimi döyünən ürəyi və hər hərəkətə reaksiya verən gözləri əslində nə qədər qorxduğunun ən bariz dəlili idi.

      Bir neçə addım tərəddüdlə səsin artdığı yerə doğru gedib dəhşət içində geniş və qaranlıq girişi olan mağaraya baxdı. Eçso artıq kənd sakinlərinin nə üçün bura gəlmədiyini anlamışdı. Bu dağda böyük bir vidra yuvası var və o, hal-hazırda bu yuvanın on addımlığında dayanmışdı. Mağaranın ağzındakı hələ təzəcə qurumuş qan ləkələri buradan getmək, hətta qaçmaq vaxtının çoxdan gəldiyini göstərirdi. Cəsur görünməyin mənasız olduğunu anlayan Eçso, sürətlə arxaya çevrilərək qaçdı. Amma bu qaçış iki addımı keçməmişdi.

      Heç üzünü çevirməmiş bərk bir cismə dəyərək yerə yıxıldı. O an nə olduğunu və nə ilə qarşılaşdığını anlamamışdı. Başını qaldıran zaman, belindən asılan böyük qılıncı ilə, iri əzələli qollarını sinəsində birləşdirmiş qazza gördü. Döyüşçü dəmir piltələrdən hazırlanmış ağır zireh geyinmişdi. Hər iki qolundakı enli biləklik və ayağındakı dəmir dizliklər iti tikanlarla örtülmüşdü. Qara, çirkin sifətində dərin caynaq izlərini və bu izlərin üzərindəki səliqəli tikişləri görmək mümkün idi.

      Qazzalar eynən nakralar kimi sabitlik və insanların təhlükəsizliyini təmin edən döyüşçülərdir. Döyüş texnikası və iri cüssələri ilə nakralardan tamam fərqlənən qazzalar, adətən idarəsi daha asan olan nakra qılıncının əksinə ağır qılınclardan (daha çox enli, baltaya bənzər qılınclardan) və ağır zirehli geyimlərdən istifadə edirlər. Bədən quruluşlarından, cəldlik üçün yox, zərbəyə davamlılıq və ağır zərbələr endirmək üçün təlim gördükləri aydın olurdu.

      Qazzalar iki növə ayrılırlar: müdafiəçilər və mühafizəçilər. Müdafiəçilər yalnız gecələr, insanları və kəndləri vidralardan qorumaq üçün işləyirlər. Mühafizəçilər isə, qanun pozuntularına qarşı mübarizə aparırlar. Bu səbəbdən geyimləri daha xəfif, bədən quruluşları isə daha kiçik olur. Mühafizəçilər əksərən təlimini yeni bitirmiş qazzalar olduğu kimi müdafiəçilər təcrübəli və güclü döyüşçülərdən seçilirdi.

      Döyüşçü yarı hirsli, yarı təəccüblü baxışlarla rəngi solmuş gəncə izah gözləyən gözlərlə bir müddət baxdı.

      Eçso həyəcanla dərin-dərin nəfəs alaraq çətinliklə “Ba… bağışlayın,” dedi, “mən – burada ot… çiçək yığırdım, səs eşitdim…”

      Döyüşçü bu qəribə cümlənin arxasından üzünü qırışdırıb “Nə işin var sənin burada?!” deyə şiddətlə qışqırdı. “Buranın nə qədər təhlükəli olduğundan xəbərin var?!”

      “Mən xenerayam, aşağıdan çiçək yığırdım, sonra bunu… burada səsi gördüm, yəni… yəni eşitdim,” deyə yerdən qalxaraq barmağı ilə mağaranın girişini göstərdi. “O mağaradan qəribə səslər gəlirdi, mən də…”

      “Sən də içəridə nə olduğunu görmək istədin, hə?” Qazza gözünü ağardaraq əlini Eçsonun çiyninə qoyub dedi.

      “Yox mən, sadəcə, səsi…”

      “Çox cəsursan oğlan, içəridə