Qaranlıq günəş

Скачать книги из серии Qaranlıq günəş



    Həyat sandığı

    Zaur Pənahov

    Üçlüyün ölümündən artıq beş il keçib. Çöküşdən sonra baş qaldıran qazza üsyanı, Elion tərəfindən basdırılsa da, Draqzin və Zeldan gizlənə bilmişdi. İndi isə, hər kəsi gündən-günə daha dərin qorxuya salan bir həqiqət var idi. Əsrlərdir tanınan ən qəddar düşmən, az qala beş ildir ki səssizliyə qərq olmuşdu. Yolunu azmış ürkək ovuna, qaranlıqda səssiz yaxınlaşan vidra kimi. Elionun yaratdığı yeni dəstəyə daxil olan Eçso, dəstə üzvləri ilə birgə Draqzini öldürmə tapşırığı alır. Lakin yola çıxmazdan əvvəl, təxmin belə etmədiyi həqiqətləri öyrənir. Elionun illərdir onu hər kəsdən qorumağının, hətta onun özündən gizli saxladığı bir səbəbi var idi. Hansı ki, Draqzin də bilirdi bunu. İlk görüşlərində “Etibar etdiklərinin əsl üzünü görən zaman, səni gözləyəcəm,” demişdi qaranlıq şahzadə.

    Xeyrin çöküşü

    Zaur Pənahov

    İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır… Bir vaxtlar özlərinə tanrı deyən uzun ömrlü canlıları düşünün… İki böyük ordunun bir gecəlik qanlı döyüşünü… Günəşin kölgəsində gizlənən düşməni, gecənin qaranlığında görünən qanlı ölümü düşünün… Və bütün bunların ardında öz növbəsini gözləyən Qaranlıq Hökümdarı gözləyin… Hadisələr tarixə, tarix miflərə, miflər kitablara dönüşdü… heç kimin inanmadığı kitablara…