Dekameron. Джованни Боккаччо

Читать онлайн.
Название Dekameron
Автор произведения Джованни Боккаччо
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8125-9-7



Скачать книгу

ilə, meyitləri evdən dartıb çıxarır, qapının qabağına qoyurdular, xüsusilə səhər çağı kim küçədən keçsəydi, hədsiz-hesabsız meyit görərdi. Sonra adamlar təsgörə tapmağa çalışardılar. Bəzən təsgörə çatışmadığından, meyitləri taxta üstünə qoyardı-lar. Çox vaxt bir təsgörədə iki-üç meyit aparardılar. Bəzən bir təsgörəyə ər ilə arvadı, iki-üç qardaşı, ata ilə oğlu qoyar-dılar. Bəzən də elə olurdu ki, iki keşiş, əlində xaç, bir cənazənin qabağında gedəndə, təsgörəçilər iki-üç təsgörəni də daldan gətirər, birinci təsgörəyə qo-şulardılar, bu qayda ilə bir meyiti dəfn etmək fikrində olan keşişlər altı, ya səkkiz, bəzən daha çox meyit basdırar-dılar. Bu zamana göz yaşı tökən, nə şam yandıran, nə də onları müşayiət edən olardı. İş o yerə çatmışdı ki, ölən keçilər haqqında nə qədər düşünürdülərsə, ölən adamlar haqqında da o qədər fikir çəkirdilər. Təcrübə aydın göstərdi ki, nadir halda baş verən xırda itkilər adi vəziyyətdə, hətta ağıllı şəxslərə səbr etməyi öyrədə bilmirsə, böyük müsibətlər dayaz adamları da düşüncəli və laqeyd edir. Yuxarıda dediyimiz kimi, hər gün, hər saat kilsələrə aparılan bu qədər meyit üçün təqdis edilmiş torpaq çatışmadığından, xüsusilə hər kəsin öz ölüsü üçün yer ayırması daha mümkün olmadığından, kilsə yanındakı qəbiristanlıqlar tamam dolduğundan, böyük çuxurlar qazıılır, gətirilən yüzlərlə meyiti, gəmiyə mal yığan kimi, ora yan-yana, üst-üstə qoyurdular, üstünə də, çuxurun qırağına qədər, azca torpaq tökürdülər.

      Şəhərdə baş verən bəlanın daha artıq təfsilatına varmadan deməliyəm ki, bu müsibətli zaman bu şəhər üçün ağır olduğu halda, ətraf əyalətə də heç bir şeydə aman vermədi. Qəsrlər hesaba alınmasa (onlar da kiçik şəhərdir), ayrı-ayrı malikanələrdə, çöldə yazıq, zavallı kənd-lilər həkimsiz-davasız, ailələri ilə, gecə-gündüz yollarda, əkin yerlərində, evlərdə insan kimi deyil, heyvan kimi ölürdülər. Heç kəs onların qeydinə qalmırdı. Nəticədə onların da, şəhər camaatı kimi, əxlaqı pözuldu, onlar da daha mal-dövlətlərinin, işlərinin dərdinə qalmadılar; sanki onlar hər gün ölümü gözlədikləri üçün çalışırdılar ki, əllərində olan mal-qaradan, torpaqdan öz əməkləri ilə özlərinə heç bir şey hazırlamasınlar, əldə etdiklərini də hər vasitə ilə məhv etsin-lər. Buna görə də qapılardan qovulan eşşək, qoyun, keçi, toyuq, hətta insana ən sədaqətli heyvan olan it də zəmilərdə başlı-başına dola-şırdı. Zəmilər başlı-başına buraxılmışdı; taxıl yığılmamışdı, heç biçilməmişdi də heyvanlardan çoxunun sanki dərrakəsi vardı; onlar bütün günü doyunca otladıqdan sonra, axşam, qarınları tox, çobansız-naxırsız öz yiyələrinin evinə qayıdırdılar.

      Şəhər ətrafındakı əyaləti buraxıb yenə də Florensiyaya qayıtsaq, bundan artıq nə demək olar? Tanrının amansızlığından, ya bəlkə də insanların daşqəlbli olmasından, – qismən taun xəstəliyinin şiddətin-dən, qismən də sağlam adamları bürüyən qorxudan, xəstələrə pis baxıldığından, onların ehtiyacı təmin olunmadığından, – güman edilir ki, Florensiya şəhərinin divarları içərisində mart ilə iyul arasında yüz minə qədər adam ölmüşdür, lakin bu müsibətdən əvvəl, yəqin ki, şəhərdə bu qədər adam yaşadığı heç təsəvvür edilmirdi. Vaxtilə ağalarla, xanımlarla, nökər-naiblə, qul-qaravaşla dolu olan o böyük saraylar, gözəl imarətlər, möhtəşəm binalar tamam boşaldı, içində bircə qulluqçu da qalmadı! Nə qədər adlı-sanlı nəsillər, zəngin miraslar, şanlı mülklər varissiz qaldı! Nə qədər sağlam kişilər, gözəl qadınlar, qəşəng cavanlar səhər öz ailələri ilə, yoldaşları, dostları ilə nahar edər, ertəsi gün də axirət dünyasında əcdadı ilə şam edərdi – bunlar elə adamlardı ki, Halen, Hippokrat, Eskulap onları ən sağlam adam hesab edərdi.

      Bu müsibətdən belə uzun-uzadı bəhs etməkdən mən özüm əzab çəkirəm, buna, görə də bu barədə danışılası başqa şeyləri buraxıb, ayrı mətləbə keçirəm. Belə bir vəziyyətdə bizim şəhərimiz tamamilə boşalmaq- dərəcəsinə çatmışdı; bir gün (bunu sonra mən sədaqətli bir adamdan eşitdim), çərşənbə axşamı, səhərçağı, böyük hörmətə layiq olan Santa Mariya Novella məbədində, o vaxtkı müsibətə görə qara paltar geymiş yeddi xanım, allaha ibadət etdikdən sonra, bir yerə yığışdı, onlar bir-biri ilə ya dost, ya qonşu, ya da qohum idilər, heç birinin də yaşı on səkkizdən az deyildi; hamısı da əsli-nəcabəti olan dərrakəli, xoşxasiyyət, təmkinli, mehriban, gözəl xanımlardı. Mən onları öz adı ilə adlandırardım, lakin əlimdə kifayət qədər əsas olduğundan, bunu etmədim: mən istəmirəm ki, onlar, söylədiyi, ya qulaq asdığı hekayə üçün sonralar utanıb xəcalət çəksinlər, çünki icazə, verilən zövq-səfanın hüdud dairəsi indi o vaxta görə çox kiçikdir. Onda, göstərdiyimiz səbəblərə görə, zövq-səfa məsələsi ancaq o yaşlı qadınlar üçün deyil, daha yetkin qadınlar üçün çox sərbəst idi. Həm də mən istəmirəm ki, adamları həmişə yaxşı həyat keçirməsi üstündə məzəmmət edən pa-xıllar nalayiq danışıqları ilə abırlı qadınların təmiz adını ləkələsinlər. Sonralar onların nələr dediyini başa düşmək, sözlərini bir-birinə qarışdırmamaq üçün hər birinə ad vermək fikrindəyəm, bu ad tamamilə, ya qismən onların xasiyyətinə uyğun olacaqdır. Onlardan birincisinə, yaşca o birilərdən böyük olana – Pampineya, ikincisinə – Fyammetta, üçüncüsünə – Filomena, dördüncüsünə – Yemşşya, beşincisinə – Lauretta, altıncısına – Neifild, yeddincisinə – Yeliza deyəcəyik; sonuncuya Yeliza deməyimizin də bir səbəbi vardır. Onlar müəyyən bir məqsədlə deyil, təsadüfi olaraq kilsənin bir tərəfinə yığışıb, halaylama oturdular, bir neçə dəfə ah çəkdikdən sonra «ya ilahi» duasını ötürüb, hal-hazırda cəmiyyəti maraqlandıran müxtəlif məsələlərdən danışmağa başladılar. Bir qədərdən sonra Pampineya dedi:

      – Mənim əziz xanımlarım, yəqin siz də mənim kimi, dəfələrlə eşitmisiniz ki, adamın öz hüququndan ləyaqətlə istifadə etməsi heç kəsə zərər yetirmir. Öz həyatını saxlamaq, qorumaq, mühafizə etmək – dünyaya gələn hər adamın təbii haqqıdır, bu elə həqiqətdir ki, bəzən adam öz həyatını qorumaq üçün təqsiri olmayan başqa bir adamı da öldürmüşdür. Bütün insanların rifahı üçün can yandıran qanunlar buna yol verirsə, onda hamıya, xüsusilə bizə layiq deyilmi ki, heç kəsə zərər yetirmədən ,öz həyatımızı qorumaq üçün əlverişli tədbirlər görək? Mən bizim bu gün səhərki hərəkətimizi, həm də bu günlərdə tutduğunuz işləri düşünəndə, nə barədə və necə söhbət etdi-yimizi fikirləşəndə yəqin edirəm, siz də mənim kimi yəqin edirsiniz ki, bizim hər birimiz özünə bir şey olacağından qorxur. Məni təəccübləndirən bu deyil; məni təəccübləndirən odur ki, biz bir qadın kimi tez mütəəssir olduğumuz halda, qorxduğumuz şeyə qarşı heç bir əks-tədbir axtarmırıq. Mənə elə gəlir ki, biz burada elə bil bir şey üçün yaşayırıq: sanki biz qəbiristanlığa nə qədər meyit aparıldığının şahidi olmaq, ya sayı heç dərəcəsinə enən buradakı rahiblərin müəyyən edilən vaxtda dua oxuyub-oxumadıqlarını eşitmək, öz paltarımızla bura gələn adamlara müsibətimizin keyfiyyətini və kəmiyyətini sübut etmək istəyirik və ya bunu etməyə borcluyuq. Biz buradan çıxanda, meyitlərin və xəstələrin necə aparıldığını, vaxtilə tutduqları pis iş üstündə ictimai qanunlar hakimiyyəti tərəfindən sürgün edilən adamların indi şəhərdə