Название | Ağ zanbaqlar ölkəsi |
---|---|
Автор произведения | Qriqoriy Petrov |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Karlil “Qəhrəmanlar və tarixdə qəhrəmanlıq” adlı əsə-rində qəhrəmanları meydana gətirən “culte/kült”14 və “culture/mədəniyyət”15 anlayışları üzərində dayanır. Karlilə görə, millət cansız gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətkarın əli dəyməsə sonsuza qədər şəkilsiz və hərəkət-siz də qalacaq.
Lakin Sezar16, Napaleon17, Böyük Pyotr18, Sokrat19, Mə-həmməd20 kimi bir sənətkar, böyük bir şəxsiyyət, qəhrə-man, öndər irəliyə çıxıb bu gili əlinə alarsa, onu istədiyi formaya sala bilər.
Çingiz xan21 Asiyada milyonlarla insanı birləşdirib öz hakimiyyəti altına aldı. Çini, Hindistanı, İranı, qədim Ru-siyanı fəth etdi, Peder Pierre d`Amiyen22 Qüdsü müsəl-manlardan geri almaq üçün bütün Katolik Avropasını ayağa qaldırdı, Martin Lüter23 islahatlar həyata keçirdi. Neronlar24, Kaliqulalar25 Romanı dağıtdılar. Bismarkların, Hohenzollernlərin siyasəti Almaniyada ciddi sarsıntılara səbəb oldu.
Qısası, Karlilin düşüncəsinə görə, millətlərin, hətta bü-tün insanlığın tarixini yaradan ruhən güclülər, ağıl və ba-carıq sahibi olan fərdlərdir, yəni qəhrəmanlardır. Elə Ramzeslər26, Romuluslar27, Femistokllar28, Lüterlər, Bis-marklar və s. belə insanlardır.
Lev Tolstoy isə bunun tamamilə əksini irəli sürərək deyir: “Həyatı yaradan, hadisələrin gedişatını, xüsusiyyət və formasını təyin edən tək-tək insanlar – Napaleonlar deyil, xalqın özüdür”.
Digər tərəfdən isə Tomas Karlil iddia edir: “Xalq küt-ləsi yerdə hərəkətsiz yatan və çürüyən saman çöpü kimi-dir. Böyük adamlar və qəhrəmanlar isə göydən düşən il-dırım kimidir – bu samanı alovlandırır, kütlələri canlan-dırır, hərəkətə gətirir”.
Lev Tolstoy başqa bir misal gətirərək belə söyləyir: “Dənizlərdə böyük, həm də çox böyük bir gəminin Trans-atlantikə doğru istiqamət aldığını düşünün. Hərəkət za-manı sular onun önündən lent kimi keçib gedir. Həmin su şırnağının gəmini sürüdüyünü kim iddia edə bilər? Mə-lumdur ki, bu su axınını gəminin özü yaradır və özü qar-şısında qovub aparır. Güc, əslində, gəminin özündədir. Axan su isə sadəcə bunun nəticəsidir”.
Bəli, Tolstoy belə deyir. Bir millətə hərəkət gücü gə-libsə və o, irəliləyirsə, deməli, öz-özlüyündən hərəkətə keçmiş olur, önündəki suları qovur. Öz həyat tərzini, ma-raq və həssaslığını ifadə edən bir nəfəri özünə lider olaraq seçir.
“Hərb və Sülh” romanının müəllifi olan Lev Tolstoy əgər Tomas Karlilin “qəhrəman-ildırım” bənzətməsini qə-bul etsəydi, hər halda belə deyərdi: “Bəli, böyük şəxsiyyət qəhrəmandır, ildırımdır. Amma xalq kütləsi nə gil təbəqə-si, nə də saman tayasıdır. O ildırımı yaradan millətin özü-dür. Bulud topası elektrik yaratdığı vaxt ildırım da öz-özlüyündən yaranır. Əgər buludlar elektriklə yüklənmə-yiblərsə, heç bir zaman şimşək və ya ildırım yaranmaz, bulud elə nəm buxar halında qalar. Millətlər də belədir. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini özündə daşıyırsa, ondan ildırımlar yaranar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəm bir buxar halındadırsa, heç bir güc ondan ildırım çıxara bilməz”.
İlk baxışdan bu iki yanaşma bir-birinə zidd və bir-birinə uyğunsuz görünür. Bunlardan birini seçmək lazım gəlir. Karlil haqlıdır, yoxsa Tolstoy? Ancaq Karlillə Tols-toy arasında ziddiyyət əslində, səthidir. Həqiqətdə onlar bir-birilərinə qarşı deyillər. Əksinə, bir-birilərini tamam-layırlar. Yəni ikisindən birini seçmək lazım deyil. Onlara “Karlil və Tolstoy” deyilməliydi. Çünki Karlil də, Tolstoy da haqlıdır. Bir medalyonun iki üzü kimi. Hər biri hə-qiqətin bir yarısıdır.
Qəhrəmanlar xalqı həyəcanlandırır və alovlandırır. Ancaq onu həm də yalnız millətindən aldığı alov və hə-yəcanla yandıra bilər.
Misal üçün əlimizə bir linza götürək. O, geniş sahəyə dağılmış günəş şüalarını bir nöqtədə toplama xüsusiyyə-tinə malikdir. Milyonlarla günəş şüasının bir yerə toplan-masından parlaq bir nöqtə yaranır. Bu güclü enerjili nöqtə kağız, saman kimi yanıcı maddələri bir andaca alışdırır; daşı, şüşəni, dəmiri isə qızdırır.
Millətin böyük insanları da elə linza kimidirlər. Onlar millətin gücünü və özəl xüsusiyyətlərini özlərində cəm-ləşdirir, bununla da milyonlarla insanın ruhunu alovlan-dırırlar. Ancaq günəş işığının olmadığı buludlu hava şə-raitində heç bir linzanın qar dənəsini əritməyə, su damla-sını isitməyə gücü çatmaz.
İsveçrə pendiri yalnız yüksək dağlarda otlayan inəklə-rin südündən hazırlanır. Müxtəlif vaxtlarda və müxtəlif millətlərin içində yetişən böyük şəxsiyyətlər də belədir. Onlar çiçək açmağa başlayan millətin incə qoxusudur. Napaleon qədim sülhsevər Çində deyil, Fransada yetişib. İngiltərə Darvini29 formalaşdırıb, o da “Növlərin mübari-zəsi”30 qaydasını ortaya qoyub. Rusiya isə müqavimətsiz-liyin31 carçısı olan Tolstoyu yetişdirib. Hər şey məhz bu cür olub. Əksi baş verməyib.
Hər zaman və hər yerdə eyni hadisələr olur. Almani-yanı I Dünya Müharibəsinə qatan II Vilhelm deyildi. Am-ma almanların döyüşkən ruhu Bismarklarda, Vilhelmlər-də, Hindenburqlarda32 və Rohrbachlarda33 öz əksini tapıb. Qədim Romanı Neronlar, Caracallalar34 və Commodlar35 məhv etməyib. Ancaq hər işdə ehtiraslı olan İspaniya dünyaya Loyolanı36 və inkvizisiyanı verib, Almaniya isə bir tərəfdə Kantı37, digər tərəfdə isə Kruppu38 yetişdirib.
Hər bir millət iqtidara ya qüdrətli, ya da əhəmiyyətsiz birini gətirir. Onlardan hansının hakimiyyətə gəlməsi isə millətin əxlaqi səviyyəsi və həyatı ilə çox bağlıdır.
Millətdə cəmləşmiş yaxşı nə isə var, yoxsa yox? Millə-tin ağlı, iradəsi, vicdanı yüksəlir, yoxsa korlanıb zəhərlə-nir? Bayağı və səfil bir həyat içində yox olub gedirmi?
Bu məqamda hər birimizin həyatının ən vacib xüsu-siyyətləri və fəaliyyət forması önə çıxır. Biz öz ölkəmizdə hansı işləri görürük? Millətimizin gələcəyində hansı rolu oynayırıq?
Cənub dənizlərində beş-on mərcan adası var. Mərcan-lar gil kimi xüsusi quruluşa malikdirlər.
Kiçik poliplər öz bədənlərindən xüsusi orqanik maddə ifraz edirlər, amma bunların fərqini görmək xüsusi diqqət tələb edir. Ancaq bu ifrazatların toplanması ilə zaman-zaman “mərcan adaları” adlı kiçik adalar meydana gəlir. Hətta bu adalarda insanlar belə yaşaya bilir.
Cənub ölkələrində xüsusi növ balaca qarışqalar var ki, bölgə əhalisi üçün tam bir fəlakət hesab edilirlər. Onlar əhalinin sığındığı qamış və taxta evləri, içində olan mebel tipli əşyaları