Metro-2033. Дмитрий Глуховский

Читать онлайн.
Название Metro-2033
Автор произведения Дмитрий Глуховский
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

necə olacaq! Gözlə! Sənin danışdığın o donuz böyüklüyündəki siçovulu indi gətirəcəm, – deyib Andrey cavab verdi, silahını çiyninə asaraq təkrar qaranlığa yönəldi.

      Bir dəqiqədən sonra uzaqdan yüngül fit səsi eşidildi. Ardından da yumşaq, qışqırıq səsi eşidildi:

      – Gəl bura… Durma, gəl bura kiçik varlıq, qorxma!

      Uzun müddət, bəlkə də on dəqiqə qədər Andrey öz-özünə danışdı, fit çaldı. Axırda yarı qaranlığın içində kölgə göründü. Təkrar ocağın yanına gələndə qələbə qazanmış kimi güldü, pencəyini açdı. İçərisindən titrəyən yazıq şəklində, islanmış, qorxunc pis, keçələşmiş dərisindən rəngi bilinməyən, gözləri qorxudan bərəlmiş, balaca qulaqları bir-birinə bitişik kiçik it çıxardı. Yerə qoyan kimi qaçmaq istədi, amma Andreyin güclü əli onu ənsəsindən yapışdı. Balaca itin başını oxşadı, pencəyini çıxarıb üzərinə örtdü.

      – Bu balaca it əvvəlcə bir az isinsin, – dedi.

      – Bəsdir, Andryuşa, hər halda yaxşıca bitlənib, Pyotr Andreyeviç dedi, – Bəlkə də qurdlanıb. Sənə də bulaşacaq, sonra da bütün stansiyaya yayacaqsan.

      – Zırıldamağı burax, Pyotr. Bir buna bax!

      Andrey pencəyini açaraq Pyotr Andreyeviçə qorxudan, soyuqdan titrəməkdə olan itin burnunu göstərdi:

      – Hələ bunun gözlərinə bax! Bu gözlər əsla yalan deməz.

      Pyotr Andreyeviç şübhəylə iti təhlil etdi. Heyvanın gözləri hərçənd ki, qorxuyla baxırdı amma heç şübhə yox ki, məsum və yazıqdı. Pyotr Andreyeviçin qəlbi bir az yumşalmışdı.

      – Yaxşı! Eh, siz təbiət elmlərini bilənlərsiniz! Bir az gözlə, ona gəmirməsi üçün nəsə verim, – donquldanaraq əlini bel çantasına soxdu.

      – Al, görək! Bəlkə bunu yesə bir az özünə gələr və hansı heyvana oxşadığı bilinər. Misal üçün: bir alman çoban itinə, – Andrey pencəyini balaca itlə birlikdə ocağa yaxınlaşdırdı.

      Adamlardan biri soruşdu:

      – Bu birdən birə hardan çıxdı? Orada arxa tərəflərdə artıq insan qalmayıb ki… Sadəcə qaralar var. Onlar nə vaxtdan it saxlayırlar?

      Danışan, qarayanız, arıq adamdı. O ana qədər susmuş, ancaq danışanları dinləmişdi. İndi sizə istinin təsirindən yatmağa başlayan heyvana şübhəli gözlərlə baxırdı.

      – Düz deyirsən, Kirill, – Andrey ciddi şəkildə cavab verdi, – Bildiyim qədər, qaralar heç it saxlamırlar.

      – Bəs nə ilə yaşayırlar? Nə yeyirlər? – yenə Andreylə birlikdə gələnlərdən biri soruşdu, bir tərəfdən də çənəsini qaşıyırdı. Sualı soruşan, ucaboy, enlikürək, keçəl, güclü-qüvvətli adamdı. Kürəyində, buralarda çox nadir rastlanan uzun, rəsmi dəri palto vardı.

      – Nə yeyirlər? Deyilənə görə, nə olsa. Yosun, siçan, insan. Onlara fərqi yoxdur, nə rastlarına çıxsa, nə tapsalar yeyərlər, – Andrey iyrənərək sifətini turşutdu.

      – Onlar adamyeyəndirlər? – Andreyin yoldaşı soruşdu. Sanki daha əvvəllər adamyeyənlər haqqında nəsə bilirmiş kimi təəcübləndi.

      – Bəli, adamyeyəndirlər! İnsan deyillər. Bir növ “insandan dönmə” deyə bilərik. Nə olduqlarını Tanrı bilir! Yaxşı ki, silahları yoxdur, bizə hücum edəndə silahlarla onları qova bilirik. Pyotr, sən bilirsən, altı ay bundan əvvəl onlardan birini necə ələ keçirmişdik?

      – Bəli, düz deyirsən! – Pyotr Andreyeviç dedi, – İki həftə yanımızda hərəkətsiz vəziyyətdə qaldı, suyumuzdan içmədi, yeməyimizə də əlini vurmadı…

      Yenə soruşdu:

      – Onu dindirdiniz?

      – Danışdıqlarımızın bir kəlməsini də başa düşmürdü. Onunla son dərəcə normal danışdığın halda həmişə sakit dayanırdı. Davamlı olaraq susdu. Sanki dilini udmuşdu. Hətta döyüləndə danışmadı. Qabağına yemək də qoydular, amma bir kəlmə danışmadı. Sadəcə bəzən donquldandı, vəssalam. Ölməmişdən əvvəl də elə qışqırdı, bütün stansiya ayağa qalxdı.

      Kirill yenidən sözə müdaxilə etdi:

      – Bəs, indi bu it haradan gəlir?

      – Kərkəz quşu bilər! – Andrey cavab verdi, – Kərkəz quşlarından qaçıb gizlənmiş ola bilər. Bəlkə də iti parçalamaq istəyiblər. Bura sadəcə iki kilometr uzaqlıqdadır. Bəlkə də ancaq bir it buraya qədər gəlməyi bacara bilərdi, elə deyilmi? Ya da şimaldan buraya gəlməküçün yola çıxan, sonra da yolda qaralarla qarşılaşan birinə məxsusdur. İt vaxtında qaçmağı bacarıb. Hardan gəlir gəlsin mənim üçün maraqlı deyil. Ona bir diqqətlə bax; mutanta bənzəyir? Bir mutanta? Balaca, yazıq itdir, həmçinin, insanların yanına gəlməsi insanlara inamının göstəricisidir. Yoxsa nə üçün yanımıza gəlsin, burda üç saat yatsın?

      Kirill susmuşdu. Andreyin danışdığı fikirləri bir-bir beynində təhlil edirdi. Hamı sakit dayanıb qulaq asırdı. Pyotr Andeyeviç bardaqdan çaydana su tökdü və soruşdu:

      – Çay istəyən varmı? Bu axırıncıdır, bundan sonra keşikçi növbəsini dəyişəcəyik.

      – Yaxşı fikirdir, mən varam, – Andrey sevinclə dedi, digərləri də yenidən canlanmışdılar.

      Çaydandakı su qaynadı. Pyotr Andreyeviç, hamıya çay süzdükdən sonra:

      – Qulaq asın! – dedi, – Xahiş edirəm, daha qaralardan danışmağı saxlayın. Yenə bir gün burada sonuncu dəfə oturduğumuzda, heç kim onlar haqqında danışmamışdı, o vaxt da yenə sürünərək bura gəlmişdilər. Digərləri də mənə eyni şeyləri danışdılar. Bəlkə də təsadüfdü, batil inancım yoxdur, yenə də nə demək olar? Bəlkə bunları hiss edirlər? Növbəmiz, demək olar ki, bitmək üzrədir, hələ də bu şeytan uşaqlarıyla nə maraqlanırsınız?

      – Düzgün fikirdir! Onlar haqqında bu qədər düşünməyə dəyməz – Artyom da təsdiq etdi.

      – Bəsdirin, daha dostum… Qorxutma bizi! – Andrey dedi, – Necə olsa, həll edərik.

      Niyyəti Artyomu az da olsa güldürməkdi, amma səsi özünə belə inandırıcı gəlmədi, nə qədər gizlətməyə cəhd göstərsə də, qaralar ağlına gəldikcə, kürəyini buz kəsirdi. İnsanlardan qətiyyən qorxusu yoxdu, nə quldurlardan, nə anarxist qatillərdən və ya “Qızıl Ordu” döyüşçülərindən. Amma tam qorxmasa da, bu qara varlıqlar ağlına hər gələndə qəribə narahatlıq keçirirdi; bu insanlardan gələ biləcək təhlükəni düşünməkdən çox fərqli narahatlıqdı.

      Hamısı sakit dayanmışdı, ətrafı ağır, qorxulu sükut çuğlamışdı. Ocağa bir az da yaxınlaşdılar. Odun parçaları yandıqca tonqaldan çıxan səslərin ahəngilə tunelin dərinliklərindən və şimaldan gələn qəribə səslər onları qorxuya salmışdı. Moskva metrosu sanki bir mutantın böyük qarnıydı. Bu gurultu, havadakı dəhşəti daha da artırırdı.

      2

      Ovçu

      Artyomun ağlını yenə sərsəm şeylər qarışdırırdı. Qaralar… Öz növbəsi zamanı bu adamaoxşamazlar sadəcə