Məmməd Arazlı günlərim. Gülxanım Fətəliqızı

Читать онлайн.
Название Məmməd Arazlı günlərim
Автор произведения Gülxanım Fətəliqızı
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-256-625-3



Скачать книгу

daxil oldum. Oranı fərqlənmə diplomu ilə bitirib ADU-ya daxil daxil olmaq arzusu ilə Bakıya gəldim. İki il iş stajım olmadığına görə sənədlərimi qəbul etmədilər. Onda atamın dostu İsmayıl Əfəndiyevə (APİ-də işləyirdi) müraciət etdim. İsmayıl müəllim mənə Xarici Dillər İnstitutuna daxil olmağı təklif etdi:

      – Gəl sənə kömək edim, xarici dillərdən birini seç, orada oxu. Xarici dillərə bu saat ehtiyac çoxdur. Savadlı qızsan, orada qalıb müəllim də işləyərsən.

      Qorxdum, xarici dil keçməmişdik. Sonralar peşman olsam da, gec idi. Atdığım səhv addımın acısını çəkə-çəkə APİ-nin qiyabi şöbəsinə daxil oldum. O vaxtın qərarına görə, İkiillik Müəllimlər İnstitutunu bitirənləri qiyabi şöbənin 3-cü kursuna qəbul edirdilər.

      1956-cı ilin yayını başa vurub kəndimizə qayıtdım. Mənimlə bir qrupda oxuyanların, demək olar ki, hamısı yaşlı kişi və qadınlar idi. Yaşca ən kiçiyi mən idim. Məmmədin böyük qardaşı İbrahim, əmisi oğlu Aşurla bir qrupda oxuyurduq. Onları qrup yoldaşı kimi tanıyırdım. Məmmədin onların yanına gəlib-getdiyini, məni xoşlayıb izlədiyini sonralar bildim.

      Dəmir yolu vağzalının yanında, keçmiş Kamo küçəsində kəndimizin qızları ilə birlikdə mənzil kirayələmişdik. APİ-yə yaxın olduğu üçün dərsə piyada gedib-gəlirdik.

      1957-ci ilin yayında təsadüfən orta məktəbdə bir yerdə oxuduğum sinif yoldaşlarımla rastlaşdım. Onların yanında arıq, qarayanız, uzun saçlarını arxaya daramış, bakenbardlı bir oğlan vardı. Qalın bığları da diqqət çəkirdi. Uşaqlardan biri:

      – Yaxın dostumdur, yaxşı şairdir, – Məmməd İbrahibovdur, – dedi.

      Məmməd dilləndi:

      – Mənə elə gəlir, bu qızı görmüşəm, qardaşımla bir qrupdadırlar, hətta adını da bilirəm, Gül və xanım. Bu sözlərə bir o qədər də əhəmiyyət vermədim. Uşaqlar məni də özləri ilə dəniz kənarına gəzməyə dəvət etdilər:

      – Elə dənizə yaxın yerdəyik, sən də bizimlə gəl, bir az gəzişək, müəllimlərimizi, sinif yoldaşlarımızı yada salaq, – dedilər.

      Razılaşdım. Gəzişdiyimiz vaxt “Azərbaycan” jurnalında çap olunmuş şeirlərdən xoşuma gələnləri əzbərdən dedim. Heç bilmirdim ki, bu şeirlərdən bir neçəsi Məmmədindir. Çünki şeiri oxuyanda müəllifinə fikir verməz, bəyəndiyimi əzbərləyərdim. Sonralar bildim ki, bu, Məmmədin xoşuna gəlibmiş. Elə fikirləşməyin ki, şeiri, şairi xoşlayırdım, yox, sadəcə, biz gənclər oxumağa üstünlük verirdik.

      Bir neçə gündən sonra “təsadüfən” bir də rastlaşdıq və bu rastlaşma sonradan yaxın tanışlığa çevrildi (Məmməd sonra zarafatla deyirdi ki, özü qəsdən yolunu oralardan salırmış ki, mənimlə rastlaşsın). Qərara gəldik ki, nişanlanaq.

      Nişan üzüyünü dükandan tapmaq o vaxtlar problem idi. Zərgərdən almalı olduq. 600 manata dedilər. Məmmədin pulu çatmadığına görə iki yüzünü mən, dörd yüzünü o verdi.

      Siyasi iqtisaddan kəsirim və yazı işlərim qaldığı üçün oktyabrda Bakıya gəldim. Məmmədlə qərara gəldik ki, kiçik kompaniya edək, çünki toya gücümüz çatmaz, Məmmədin bir o qədər də pulu yox idi.

      Biz ki gələcəyə ümid sarıdan,

      Dünyanın ən varlı adamlarıyıq.

      Molla və dövlət kəbinimiz Qubada kəsildi. Məmməddən xahiş etdim ki, öz soyadımı saxlamağa icazə versin, soyad dəyişməkdən xoşum gəlməzdi. Məmməd bir az tərəddüddən sonra razılıq verdi, amma ürəyində narazı olduğunu hiss etdim. Sonralar bunu tez-tez biruzə verərdi. Həmişə mənə hirslənəndə istehza ilə “yoldaş Məlikməmmədova” deyərdi.

      Beləliklə, 1958-ci ilin 8 noyabrında ailə həyatımızın təməli qoyuldu.

      8 noyabrda Qubada möhkəm yağış yağırdı. Küçələr palçıq idi. Məmmədin dostları – İlyas Tapdıq, Sərda Əsəd, Firidun, Daryuşla bərabər tanımadığım qonaqlar da vardı. Evimiz ikimərtəbəlidir. Pilləkən yaş olduğuna görə, Daryuş sürüşüb yıxılmış, əzilməsə də, yaxşıca palçığa bulaşmışdı. Daryuşun yıxılması rəhmətlik Sərdar Əsədə ləzzət eləmişdi. Tez-tez həmin məqamı xatırlayar, “Yadda qalan hadisədir” deyərdi.

      Maşına minəndə isə İlyas gülə-gülə dedi:

      – Gülxanım, sevin ki, canını bu palçıqdan qurtardıq. Buna sevinmişdim, amma qarşıda məni gözləyən çətinliklərdən xəbərim yox idi. Həyatımı bağladığım, o qədər də tanımadığım bu adamla sonrakı həyatım necə olacaqdı, əgər yanılmışamsa, nə edəcəkdim? Yolda güzgümü sındırmışdılar. Bu da el arasında pis hadisə hesab olunurdu. Amma Məmməd imkan daxilində məni darıxmağa qoymaz, şübhələrimi az da olsa, qovardı. Məmməd o vaxtkı pulla 600 manata keçmiş 1-ci Sverdlovski küçəsində 125 saylı binada birotaqlı ev almışdı. Bu mənzil çox darısqal olmaqla yanaşı, həm də yarızirzəmi idi. Kiçik pəncərəsi həyətə baxırdı (Həmin mənzil indi də yuxuma girir. Yaxınlarda həmin həyətə gedib kənardan otağımıza bir xeyli baxmışam). Otağa çarpayı, stol və divan güclə yerləşirdi. Yaşamağa heç bir şəraiti olmayan bu mənzili Məmmədin anası Cahan xala gəlib-gedənə belə tərifləyirdi:

      – Otağın şəraitsizliyinə fikir verməyin, bura padşahlardan böyük adamlar yığışırlar.

      BU “PADŞAHLARDAN BÖYÜK ADAMLAR”

      KİMLƏR İDİ?

      Uzun qış gecələrində söhbətlərimiz ancaq uşaqlıq və gənclik (subaylıq) illəri ilə bağlı olardı. Məmməd bəzən özü də hiss etmədən elə şirin danışardı ki, danışıq dili ilə yazı dili arasında çox fərq hiss etməzdim. Məmmədin söhbətlərindən bəzi məqamlar:

      Xatirələrin qəhrəmanlarından biri bu balaca daxmanın “daimi sakini” sayılan Əli Kərim idi. Əlinin yaradıcı adamlara aid belə bir bölgüsü varmış: “darnı” və “bezdarnı”. Çoxunun adı “bezdarnı” siyahısında idi. Rüfət Zəbioğlu Əli Kərimlə bərk dost olsa da, adını “bezdarnı”ların siyahısında görüb ondan inciyərdi. Rüfət tez-tez Əlidən xahiş edərdi:

      – Əli, adımı o zəhrimar “qara siyahı”dan poz, xahiş edirəm.

      – Olmaz, – deyərdi Əli, – necəsən, elə də yazmışam.

      Əli evə gələn kimi qapını içəridən qıfıllardı. Soruşardım:

      – Əli, qapını niyə bağlayırsan?

      – “Upravdom” görər, bizi qovar, – deyərdi. Əli çox utancaq idi. Ona sataşardım:

      – Əli, bəlkə, səninlə dostam deyə, mənim adımı “darnı” siyahısına salmısan? Uşaq kimi and içərdi Əli:

      – Yox, Vallah, sən, həqiqətən, layiqsən.

      Məmməd sonralar da Əlidən çox hörmətlə danışardı.

      Bu kiçik otağın daimi sakinlərindən olan İdris Zamanlı haqqında da gülə-gülə danışardı Məmməd:

      – İdris yaman danışqan idi və danışdıqca da tez-tez, “mən ölüm, vur bura”, – deyərdi. Axırda əlimi açıq qoyub deyərdim:

      – İdris,